2010-cu ilin noyabr ayında respublikamızın
tanınmış ali təhsil ocaqlarından sayılan
Azərbaycan Dövlət İqtisad Universitetinin
fəaliyyətə başlamasının 80 illiyi tamam olur.
Zəngin elmi-pedaqoji ənənələrə malik Azərbaycan
Dövlət İqtisad Universiteti ölkəmizdə təhsilin
inkişafına sanballı töhfələr vermişdir.
İqtisadiyyatın ən müxtəlif sahələri üçün geniş
profil üzrə yüksək ixtisaslı kadrların
hazırlanmasında mühüm xidmətlərini nəzərə
alaraq, Azərbaycan Dövlət İqtisad
Universitetinin 80 illik yubileyinin dövlət
səviyyəsində keçirilməsini təmin etmək məqsədi
ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universitetinin 80
illik yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2010-cu il |