Qəbələ rayonunun Vəndam qəsəbə 1 nömrəli orta
məktəbində Fəal-interaktiv təlim metodlarının
tətbiqi ilə bağlı seminar keçirilib. Azərbaycan
Müəllimlər İnstitutunun əməkdaşları C.Bəhmənova
və S.Əmirəliyevanın keçirdikləri seminarda 26
nəfər müxtəlif fənn müəllimləri iştirak edib.
Seminarın məqsədi müəllimlərin peşəkarlıq
səviyyəsinin yüksəldilməsi, təlim bacarıqlarının
formalaşdırılması və müasir tələblərə cavab
verən yeni təlim metodlarından istifadə
edilməsi bacarıqlarına nail olmaqdır.
Tədbirdə təlimə dair müxtəlif problemli
məsələlər müzakirə edilib və dərs nümunələri
dinlənilib. |