Bakıdakı
261 nömrəli orta məktəbdə "Fizika gecəsi"
keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Abuzər Əsədov bildirib ki, artıq ənənə şəklini
alan fənn gecələrinin təşkili rəhbərlik etdiyi
məktəbdə özünü doğruldub. Bu gecələrin
keçirilməsi fənlərin tədrisi keyfiyyətinin
yaxşılaşmasına, səviyyəsinin yüksəldilməsinə
xidmət edir. Belə tədbirlər proqram
materiallarının dərindən mənimsənilməsinə kömək
etməklə yanaşı, şagirdlərin fənnə həvəsini
artırır, dünyagörüşünü genişləndirir, elmi
məlumatlarını zənginləşdirir.
Sonra şagirdlər tanınmış fiziklərin həyatından
danışıblar. Gecədə fizikaya aid təcrübələr
aparılıb, tapmacalar və səhnəciklər göstərilib.
Xətai Rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə
və mədəniyyət şöbəsinin əməkdaşı Qüdrət
Səfərov, ADPU-nun professoru Şükür Əlizadə,
dosent Əfqan Kərimov və başqaları keçirilən
tədbirin əhəmiyyətindən danışıb və məktəblilərlə
birgə olmalarından məmnun olduqlarını
bildiriblər.
Gecədə fənn olimpiadasının şəhər turunda I
yer tutan IX "A" sinif şagirdi Turan
İsgəndərzadə və XI "A" sinif şagirdi Zülfiyyə
Heydərliyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
Fəxri fərmanı təqdim olunub.
Tədbir diskussiya şəklində başa çatıb.
Şakir CƏFƏROV |