Mayın 12-də Azərbaycan Dövlət Pedaqoji
Universitetində görkəmli ədəbiyyatşünas alim,
tənqidçi və şair Cəfər Xəndanın (Cəfər Zeynal
oğlu Hacıyev) 100 illik yubileyinə həsr olunmuş
tədbir keçirildi.
Tədbiri giriş sözü ilə ADPU-nun rektoru,
professor Yusif Məmmədov açaraq alimin həyat və
yaradıcılığından qısa məlumat verdi. Qeyd etdi
ki, Cəfər Xəndan bir müddət APİ- də (indiki
ADPU) kafedra müdiri işləmiş və 1947-1949-cu
illərdə Azərbaycan Dövlət Universitetinin (
indiki BDU) filologiya fakültəsinin dekanı,
1950-1954-cü illərdə isə universitetin
rektoru vəzifəsində çalışmışdır.
Sonra filologiya fakültəsinin dekanı,
professor Buludxan Xəlilovun "Cəfər Xəndanın
həyat və yaradıcılığı", universitetin
professorlarından Tərlan Novruzovun "Cəfər
Xəndanın poeziyası" və Təyyar Cavadovun "Cəfər
Xəndan tənqidi ədəbi proses və zaman
kontekstində" mövzularında çıxışları dinlənildi.
Alimin həyat və fəaliyətinə həsr olunmuş tədbir
ayrı-ayrı bölmələrdə öz işini davam etdirdi.
Şakir CƏFƏROV |