Ümumtəhsil məktəblərində orta təhsil pilləsi
üzrə buraxılış imtahanları
3 iyun
Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı,
Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran,
Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan
rayonlarında;
7 iyun
Gəncə, Mingəçevir və Naftalan şəhərləri,
Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən,
Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir,
Tərtər, Tovuz və Yevlax rayonlarında;
11 iyun
Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara,
Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul,
İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala,
Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab
rayonlarında;
16 iyun
Bakı və Sumqayıt şəhərlərində.
Qeyd: Ağdam və Füzuli rayonlarının işğal
olunmamış ərazilərində yerləşən ümumtəhsil
məktəblərində orta təhsil kursu üzrə buraxılış
imtahanı 7 iyun 2010-cu il tarixdə
keçiriləcəkdir. Bu rayonların işğal altında olan
ərazilərinə aid olan və digər məcburi köçkün
rayonlarının ümumtəhsil məktəblərində buraxılış
imtahanları məskunlaşdıqları şəhər və rayonların
ümumtəhsil məktəbləri üçün bu əmrlə
müəyyənləşdirilmiş tarixdə keçiriləcəkdir.
Ümumtəhsil məktəblərində əsas təhsil kursu üzrə
buraxılış imtahanları
4 iyun
Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı,
Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran,
Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan
rayonlarında;
8 iyun
Gəncə, Mingəçevir və Naftalan şəhərləri,
Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən,
Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir,
Tərtər, Tovuz və Yevlax rayonlarında;
12 iyun
Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara,
Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul,
İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala,
Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab
rayonlarında;
14 iyun
Bakı və Sumqayıt şəhərlərində.
Qeyd: Ağdam və Füzuli rayonlarının işğal
olunmamış ərazilərində yerləşən ümumtəhsil
məktəblərində əsas təhsil kursu üzrə buraxılış
imtahanı 8 iyun 2010-cu il tarixdə
keçiriləcəkdir. Bu rayonların işğal altında olan
ərazilərinə aid olan və digər məcburi köçkün
rayonlarının ümumtəhsil məktəblərində buraxılış
imtahanları məskunlaşdıqları şəhər və rayonların
ümumtəhsil məktəbləri üçün bu əmrlə
müəyyənləşdirilmiş tarixdə keçiriləcəkdir.
XI sinif şagirdləri buraxılış imtahanlarına
şəxsiyyəti təsdiq edən sənəd əsasında
buraxılacaqlar.
Orta təhsil pilləsi üzrə buraxılış imtahanı ana
dili, riyaziyyat, Azərbaycan tarixi, fizika,
kimya, biologiya, coğrafiya və xarici dil
fənlərindən aparılacaqdır. İmtahan test
suallarının sayı 120-dir. Bu sualların 25-i ana
dili və ədəbiyyat (o cümlədən, 17-si Azərbaycan
dilinə, 8-i ədəbiyyata), 25-i riyaziyyata (o
cümlədən, 17-si riyaziyyat, cəbr, cəbr və
analizin başlanğıcına, 8-i isə həndəsə fənninə),
15-i Azərbaycan tarixi və xarici dil fənninin
hər birinə, fizika, kimya, biologiya və
coğrafiya fənlərinin hər birinə isə 10-u aiddir.
Əsas təhsil pilləsi üzrə buraxılış imtahanı ana
dili və riyaziyyat fənlərindən keçiriləcəkdir.
İmtahan test suallarının sayı 50-dir. Bu
sualların 25-i ana dilinə, 25-i isə riyaziyyata
(o cümlədən, 17-si cəbr, 8-i isə həndəsə
fənninə) aiddir.
Orta təhsil pilləsi üzrə buraxılış
imtahanlarının aparılmasına 3 saat, əsas təhsil
pilləsi üzrə buraxılış imtahanlarının
aparılmasına 1,5 saat vaxt ayrılır.
İmtahanda qiymətləndirmə hər bir fənn üzrə
ayrılıqda aparılır. Hər bir fənn üzrə sualların
20%-nə müsbət cavab verən şagirdin biliyi 3
(kafi) qiymətləndirilir. Məsələn, ana dili və
riyaziyyat fənlərinin hər birindən olan 25
sualın 5-nə (yəni, 20%-nə) düzgün cavab verən
şagirdin nəticəsi 3 (kafi) olur. Şagird
Azərbaycan tarixi və xarici dil fənlərinin hər
birinə aid olan 15 sualın 20%-nə, yəni 3-nə
düzgün cavab verdikdə, o, 3 (kafi) qiymət alır.
Digər (fizika, kimya, biologiya və coğrafiya)
fənlərin hər birinə aid 10 sualın 2-ni (yəni,
20%-ni) düzgün cavablandıran şagirdin biliyi 3
(kafi) qiymətləndirilir.
"Ümumtəhsil məktəblərində, peşə liseylərində
buraxılış imtahanları və şagirdlərin
sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın
38-ci bəndinə əsasən şagirdlərin imtahanlara
mobil telefon, dərslik və digər vasitələr
gətirməsinə icazə verilmir.
"Qaydalar"ın 39-cu bəndinə müvafiq olaraq
şagirdlərin kalkulyatordan istifadə etmələrinə
icazə verilir.
Buraxılış imtahanlarında cari dərs ilində çap
olunmuş "Buraxılış imtahanlarının test bankı"na
daxil olan suallardan istifadə olunacaqdır.
Bu "Qaydalar"ın aşağıda göstərilən (27, 29, 30,
31, 65-70-ci) bəndlərinə uyğun olaraq:
27. Bütün fənlərdən müsbət illik, həmçinin
bir-üç fəndən qeyri-kafi illik qiyməti olan IX
sinif şagirdləri əsas təhsil kursu üzrə
imtahanlara buraxılırlar.
29. Bütün fənlərdən yalnız müsbət illik qiyməti
olan XI sinif, peşə liseylərinin III kurs
şagirdləri orta təhsil üzrə imtahanlara
buraxılırlar.
30. Əvvəlki dərs ilində imtahanlara buraxılmayan
və ya imtahanlarda qeyri-kafi qiymət alan XI
sinif, peşə liseylərinin III kurs şagirdləri hər
il aprelin 1-dən 20-dək bitirdikləri məktəblərə
ərizə ilə müraciət edirlər. Onların imtahana
buraxılması barədə qərar qəbul edildikdən sonra
müvafiq sənədlər rayon (şəhər) təhsil şöbəsinin
(idarəsinin), müvafiq hallarda ümumtəhsil
məktəbi və peşə liseyinin müşayiətedici məktubu
və ilkin mərhələ imtahanlarının qiymətləri mayın
20-dək Təhsil Nazirliyinə təqdim edilir.
31. Əvvəlki dərs ilində biliyi
qiymətləndirilmədiyi üçün imtahanlara
buraxılmayan XI sinif, peşə liseylərinin III
kurs şagirdləri, habelə müxtəlif səbəblərdən
əsas və ya orta təhsil pilləsini vaxtında başa
vura bilməyən və buraxılış imtahanı verərək
müvafiq təhsil sənədi almaq istəyən şəxslər
ekstern yolu ilə imtahanlara buraxılırlar.
65. Əvvəlki dərs ilində ən azı bir fəndən illik
"qeyri-kafi" qiymət aldığı üçün imtahana
buraxılmayan XI sinif şagirdləri növbəti dərs
ilində imtahan aparılan bütün fənlərdən imtahan
verirlər. Əvvəlki dərs ilində XI sinif şagirdi
imtahana düşməyən fəndən (fənlərdən) illik
"qeyri-kafi" qiymət almışsa, növbəti dərs ilində
əvvəlcə oxuduğu məktəbdə həmin fəndən
(fənlərdən) imtahan verir. Bu fənn (fənlər) üzrə
imtahandan müsbət qiymət aldığı halda, o,
müəyyən edilmiş mərkəzdə imtahan aparılan bütün
fənlərdən imtahan verir.
66. Əvvəlki dərs ilində XI sinif şagirdi,
sayından asılı olmayaraq, imtahan aparılan
fənlərdən illik "qeyri-kafi" qiymət almışsa, bu
halda növbəti dərs ilində müəyyən olunmuş
mərkəzdə imtahan aparılan bütün fənlərdən
imtahan verir.
67. İmtahanlarda "qeyri-kafi" qiymət alan XI
sinif şagirdləri növbəti il yalnız həmin fəndən
(fənlərdən) müəyyən olunmuş mərkəzlərdə imtahan
verirlər.
68. İmtahanlara buraxıldığı halda, imtahanlarda
iştirak etməyən XI sinif şagirdləri növbəti il
müəyyən olunmuş mərkəzdə imtahan aparılan bütün
fənlərdən imtahan verirlər. Həmin şagirdlərə
orta təhsil haqqında attestat oxuduqları məktəb
tərəfindən verilir.
69. Əvvəlki dərs ilində illik "qeyri-kafi"
qiymətlər aldığı üçün imtahanlara buraxılmayan
və ya imtahanlarda "qeyri-kafi" qiymətlər alan
şəxslər növbəti dərs ilində keçirilən imtahanda
ən azı bir fəndən "qeyri-kafi" qiymətlər
aldıqda, yaxud üzürsüz səbəbdən imtahanlarda
iştirak etmədikdə, gələcəkdə yalnız ekstern yolu
ilə imtahan verə bilərlər.
70. Üzürlü səbəblərdən imtahanda iştirak edə
bilməyən IX və XI sinif, həmçinin peşə
liseylərinin III kurs şagirdlərinin məsələsinə
rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin),
müvafiq hallarda ümumtəhsil məktəbi və peşə
liseyinin təqdimatı əsasında, fərdi qaydada
Təhsil Nazirliyində baxılır. İmtahanda üzürlü
səbəbdən iştirak etməməsi təsdiq olunan
şagirdlər (o cümlədən, imtahan zamanı xəstələnən
şagirdlər) iyunun 25-dək Bakı şəhərində müəyyən
edilmiş məktəblərdə mərkəzləşdirilmiş qaydada
imtahan verirlər.
Şagirdlərin attestatına yazılacaq yekun qiymət
"Qaydalar"ın 12-ci bəndinə əsasən müəyyən
olunur: IX və XI siniflərin, peşə liseylərinin
III kurs şagirdlərinin imtahan aparılan
fənlərdən yekun qiymətləri Təhsil Nazirliyinin
müəyyən etdiyi müvafiq düstur üzrə çıxarılır.
Təhsil sənədinə yazılacaq yekun qiymət şagirdin
fənn üzrə əsas təhsil pilləsi üçün IX, orta
təhsil pilləsi üçün XI sinifdə yoxlama
imtahanının nəticələri, IX siniflərdə VIII və
IX, XI siniflərdə X və XI siniflərin, peşə
liseylərinin II-III kurs şagirdlərinin illik
qiymətləri və buraxılış imtahanı qiymətləri
əsasında hesablanır.
"Qaydalar"ın 13-cü bəndinə əsasən, əsas və orta
təhsil pilləsi üzrə yoxlama imtahanında üzürsüz
səbəbdən iştirak etməyən şagirdlərin imtahan
fənləri üzrə yekun qiymətləri çıxarılarkən
yoxlama imtahanının nəticəsi "0" (sıfır) qəbul
edilir. Şagird yoxlama imtahanında üzürlü
səbəbdən iştirak etmədiyi halda, onun imtahan
fənləri üzrə yekun qiymətləri çıxarılarkən
imtahanda aldığı qiymət həm də yoxlama
imtahanının qiyməti hesab olunur. İmtahanda
üzürlü səbəbdən iştirak etmədiyi barədə şagirdin
imtahan başlanan müddətədək təhsil aldığı
məktəbə müvafiq sənəd təqdim etməsi zəruridir.
Mobil telefondan istifadə etdikləri üçün
imtahandan kənarlaşdırılan şagirdlərin
nəticələri "0" (sıfır) qəbul edilir.
İmtahan cavab kartı ilə düzgün rəftar etməyən
şagirdlərin nəticələri oxuyucu qurğu tərəfindən
oxunmadığına görə ləğv edilir.
Bu dərs ilində əvvəlki dərs ilində buraxılış
imtahanında müəyyən fənlərdən qeyri-kafi qiymət
alan şagirdlər təkrar buraxılış imtahanında
iştirak edə bilər və onlar ancaq qeyri-kafi
qiymət aldıqları fənlərdən imtahan verirlər.
2007-2008-ci dərs ilində buraxılış imtahanında
qeyri-kafi qiymət almış, lakin 2008-2009-cu dərs
ilində üzürlü səbəbdən imtahanda iştirak etməmiş
şagirdlər də təkrar buraxılış imtahanında
iştirak edə bilərlər.
Qeyd edək ki, əsas təhsil kursu üzrə
şəhadətnaməsinə yazılacaq qiymətləri 2
(qeyri-kafi) olan IX sinif şagirdləri cari dərs
ilində sentyabr ayının 2-dən 12-dək olan
müddətdə Təhsil Nazirliyi tərəfindən müəyyən
olunmuş məktəblərdə mərkəzləşdirilmiş qaydada
payız imtahanları verirlər. Bununla bağlı
onların oxuduqları məktəblərin rəhbərlərinə
müraciət etmələri və yerli təhsili idarəetmə
orqanları tərəfindən müvafiq sənədlərin
hazırlanması və vaxtında Təhsil Nazirliyinə
təqdim edilməsi vacibdir. Üzürlü səbəbdən payız
imtahanında iştirak etməyən IX sinif şagirdləri
sentyabrın 20-dək Təhsil Nazirliyinin müəyyən
etdiyi məktəbdə mərkəzləşdirilmiş qaydada payız
imtahanları verirlər. Üzürsüz səbəbdən payız
imtahanına gəlməyən şagirdlər təkrar sinifdə
saxlanılırlar.
Yoxlama və ya buraxılış imtahanlarının birindən
müsbət qiymət almış şagirdlərin imtahan fənləri
üzrə attestata yazılacaq yekun qiyməti müvəffəq
ola bilər. |