Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

14 May 2010 - ¹18

 

Təhsil Nazirliyi ilə YUNİSEF arasındakı əməkdaşlıq daha da inkişaf etdiriləcək

Bookmark and Share

Mayın 13-də təhsil naziri Misir Mərdanov YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər  Birliyi ölkələri üzrə regional direktoru Stiven Allen, Azərbaycandakı nümayəndəliyin rəhbəri Mark Herevard və bu təşkilatın məsul əməkdaşları ilə görüşüb.

Qonaqları salamlayan nazir onları Təhsil Nazirliyində görməyindən məmnunluq hissi keçirdiyini bildirdi. YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin Təhsil Nazirliyi ilə birgə fəaliyyətindən razılıq hissi ilə danışan nazir Misir Mərdanov bu qurumun respublikamızda təhsillə bağlı gördüyü işləri yüksək qiymətləndirdi. Bildirildi ki, ötən 17 il ərzində YUNİSEF-lə Təhsil Nazirliyi arasında əməkdaşlıq yüksələn xətlə inkişaf etmişdir. Nazir həyata keçirilən bir sıra layihələrdən söz açdı. Qeyd olundu ki, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi ilə Təhsil Nazirliyinin birgə səmərəli fəaliyyəti nəticəsində fəal təlim metodlarının tətbiqi, müəllim hazırlığı, məktəbəqədər təhsil, Valideyn-Müəllim Assosiasiyasının yaradılması, valideynlərlə məktəb arasında münasibətlərin düzgün qurulması və təhsillə bağlı digər istiqamətlər üzrə uğurlu nəticələr əldə olunub. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin təhsil sahəsində gördüyü işləri yüksək dəyərləndirən nazir həmin işlərin hazırda da davam etdirildiyini söylədi.

Sonra Misir Mərdanov Təhsil Nazirliyinin "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"ndan irəli gələn vəzifələri YUNİSEF-lə sıx əməkdaşlıq çərçivəsində həyata keçirdiyini söyləyərək, adıçəkilən qurumun Azərbaycandakı nümayəndəliyinin bu sahəyə olan dəstəyini xüsusi vurğuladı. Nazir qeyd etdi ki, YUNİSEF təşkilatı Azərbaycanda öz missiyasını uğurla yerinə yetirir, uşaqların hüquqlarının qorunması, sağlamlığı və inkişafı sahəsində son dərəcə mühüm əhəmiyyət kəsb edən birgə layihələr həyata keçirir.

Nazir YUNİSEF-in ölkəmizdəki keçmiş nümayəndəsi xanım Hanaa Singerə uşaq hüquqlarının qorunması və onların humanist ruhda böyüməsi işinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondu tərəfindən təsis edilən "Qızıl çinar" beynəlxalq mükafatının təqdim olunduğunu qeyd etdi.

YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Stiven Allen belə səmimi qarşılandıqlarına görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirdi. Ölkəmizdə təhsil sahəsinin uğurla inkişaf etdiyini xüsusi vurğulayan qonaq əldə olunan nəticələrdən məlumatlı olduğunu dedi və görülən bütün işləri müsbət dəyərləndirdi. Təmsil etdiyi təşkilatla Təhsil Nazirliyi arasındakı işgüzar əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini qeyd etdi. Cənab Stiven Allen bildirdi ki, cari ilin iyununda Azərbaycan hökuməti ilə YUNİSEF arasında 2011-2015-ci illəri əhatə edən birgə Fəaliyyət Planının müzakirə edilməsi nəzərdə tutulub. Məhz bu məqsədlə də təmsil etdiyi qurumun Azərbaycanın müxtəlif dövlət təşkilatlarında görüşlər keçirməyə, görülən işlərlə yaxından tanışlığa xüsusi önəm verdiyini və səfərin əsas məqsədinin də buna xidmət etdiyini söylədi. Uşaq hüquqlarının qorunması, onların sağlamlığı, inkişafı və digər məsələlərin əhəmiyyətini diqqətə çatdıran regional direktor daha sonra Valideyn-Müəllim Assosiasiyasının rolundan söz açdı. Stiven Allen çıxışının sonunda YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin ünvanına dediyi xoş sözlərə görə təhsil nazirinə minnətdarlığını bildirdi.

Geniş diskussiya şəraitində keçən görüşdə təhsil naziri Misir Mərdanov adıçəkilən Fəaliyyət Planında məktəbəqədər təhsil sahəsi üzrə müvafiq işlərin aparılması, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin ixtisasının artırılması, yeni kurikulumların və vəsaitlərin hazırlanması, Valideyn-Müəllim Assosiasiyasının fəaliyyətinin genişləndirilməsi və digər məsələlərin öz əksini tapması ilə bağlı bir sıra təkliflərlə çıxış etdi. Nazir həmçinin qonağa paytaxtın bir neçə məktəbəqədər təhsil müəssisəsi ilə yaxından tanış olmağı tövsiyə etdi.

Nazir Misir Mərdanov cənab Stiven Allenin səfəri müddətində keçirəcəyi çoxsaylı görüşlərin Azərbaycanla YUNİSEF arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə, təhsillə bağlı bəzi məsələlərin həllində öz müsbət nəticələrini verəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə həmçinin Təhsil Nazirliyi ilə YUNİSEF arasında əməkdaşlığın gələcək perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi də aparıldı. 

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

14 May 2010 - ¹18

Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təlim kurslarının təşkili haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
 
Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində Bakı Dövlət Universiteti günlərinin açılışı olub
 
Naxçıvan Dövlət Universitetində xarici dillərin tədrisindən qonaqlar razı qalıblar
 
Bakıda İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransı keçirilir
 
Məktəblilərin III İntellekt olimpiadası keçirilib
 
Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası
 
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Mayın 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhrami və Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Cassabinin rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyi ilə YUNİSEF arasındakı əməkdaşlıq daha da inkişaf etdiriləcək
 
Norveçli diplomatlar Azərbaycan Dillər Universitetində olublar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Braziliyada təhsil
 
Azərbaycanda milli qiymətləndirmə təcrübəsi
 
Builki buraxılış imtahanlarının keçirilmə tarixləri
 
"Heydər Əliyev və Azərbaycanın inkişafı" mövzusunda elmi-praktik konfrans
 
Fəaliyyətimizin əsas hədəfi təhsilin keyfiyyətini yüksəltməkdir
 
"Açıq dərs" yüksək qiymətləndirildi
 
Qəbələnin Vəndam qəsəbə 1 nömrəli orta məktəbində seminar keçirilib
 
"Azəri inciləri" Türkiyədən qayıdıb
 
Kimyəvi birləşmələrdə rabitə saylarının riyazi ifadəsi
 
Şərəfli həyat yolu
 
Liseydə şagird elmi-praktik konfransı 
 
Azərbaycan gəncləri Avropa Tələbə Hərəkatında təmsil olunacaqlar
 
ADPU-da Cəfər Xəndanın 100 illik yubileyi qeyd olunub
 
Sumqayıt Dövlət Universitetində respublika elmi konfransı
 
Məktəbdə yubiley tədbiri
 
"Sevgi dolu alim və pedaqoq"
 
"Fizika gecəsi" keçirilib
 
Böyük sənətkarın 100 illik  yubileyi qeyd edildi
 
Tələbə liqasının püşkü atıldı
 
Unibank Gəncədə uşaq futboluna dəstək verəcək
 
Bağçada ekologiya mövzusunda "açıq məşğələ"
 
"Yol hərəkəti qaydaları və mən"
 
"Azərbaycan xalq ədəbiyyati" yeni formada
 
Talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov