Bakıdakı
298 nömrəli orta məktəbdə şair Musa Ələkbərlinin
anadan olmasının 60 illiyinə həsr olunmuş
"Tanrının dediklərini yazan şair" adlı
ədəbi-bədii gecə keçirildi.
Gecəni giriş sözü ilə məktəbin direktoru Şaiqə
Hüseynova açdı. Məktəbin direktor müavini,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə
Xatirə Rəhimbəyli Musa Ələkbərlinin həyat və
yaradıcılığı haqqında ətraflı məlumat verdi.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Aytən Qurbanova Musa Ələkbərli yaradıcılığının
əsas məziyyətləri haqqında danışdı.
Sonra tədbirə dəvət olunmuş şairin qələm
dostları çıxış etdilər. Prezident təqaüdçüsü,
"Azərbaycan dəmiryolçusu" qəzetinin redaktoru
Vasif Süleyman Musa Ələkbərlinin 1985-90-cı
illərdə rəhbərlik etdiyi "Pərvanə" ədəbi
məclisinin fəaliyyətindən, Prezident təqaüdçüsü,
şair Faiq Balabəyli isə Musa Ələkbərli ilə
bağlı xatirələrindən söz açdılar.
Məktəbin şagirdləri Musa Ələkbərlinin
şeirlərindən nümunələr söylədilər.
Sonda yubilyar tədbiri təşkil etdiklərinə görə
məktəbin pedaqoji və şagird kollektivinə
minnətdarlıq etdi və yeni şeirlərini oxudu.
Aytəkin SƏFƏROVA |