Futbol üzrə Unibank Premyer Liqasının 29-30-cu
turlarında vurulan hər bir qol əvəzinə Unibank
Kommersiya Bankı tərəfindən korporativ sosial
məsuliyyət proqramları üçün hesablanan ümumi
vəsait - 2100 manat Gəncədə uşaq futbolunun
dəstəklənməsinə yönəldiləcəkdir.
Qeyd edək ki, Unibank Premyer Liqasının 28-ci
turunun nəticələrinə görə, Unibankın korporativ
sosial məsuliyyət proqramlarının büdcəsi
hesabına Lənkəranda uşaq futbolunun
dəstəklənməsinə 1000 manat yönəldilmişdir.
AzərTAc |