Təhsil
naziri Misir Mərdanov qonaqları salamlayıb,
Azərbaycanla İran arasında münasibətlərin daha
da möhkəmlənməsində təhsil sahəsindəki
əlaqələrin xüsusi əhəmiyyətə malik olduğunu qeyd
edib. Bakıda keçirilən İslam Dünyası
Universitetləri Federasiyasının (İDUF) V baş
konfransının uğurla başa çatdığını söyləyən
nazir belə yüksək səviyyəli tədbirin təşkilində
İSESKO-nun mühüm rolu olduğunu bildirib.
Azərbaycanla İran universitetlərinin
əlaqələrinin potensial imkanlara uyğun
gəlmədiyini qeyd edən təhsil naziri hər iki
dövlət rəhbəri arasındakı münasibətlərin yüksək
səviyyədə olduğunu nəzərə çatdırıb. Təhsil
sahəsində əməkdaşlığın genişləndirilməsində belə
görüşlərin mühüm əhəmiyyət daşıdığını bildirən
Misir Mərdanov ali məktəblər arasındakı
əlaqələrə diqqətin artırılmasının zəruriliyini
önə çəkib.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova
təşəkkür edən İranın Özəl İslam Universitetinin
rektoru, doktor Abdullah Cassabi ölkələrimiz
arasında ortaq mədəni əlaqələrin və səmərəli
əməkdaşlığın mövcud olduğunu nəzərə çatdırıb.
Qonaq ikitərəfli təhsil əlaqələrinin daha da
inkişaf etdirilməsi istiqamətlərindən söz açıb,
rəhbərlik etdiyi universitet haqqında ətraflı
məlumat verib.
Aparılan müzakirələrin əhəmiyyətli olacağını
bildirən nazir gələcəkdə ölkələrimizin təhsil
sahəsində əlaqələrinin daha da inkişaf edəcəyinə
əminliyini ifadə edib. |