Batumidə yeniyetmə və gənc şahmatçılar arasında
keçirilən Avropa çempionatında 3-cü turun
oyunları olmuşdur.
Oğlanların turnirində 8 yaşlı şahmatçıların
qrupunda mübarizə aparan Fərid Aslanov 3 xal,
Abdulla Qədimbəyli və Kənan Qarayev isə hərəyə
2,5 xal, 10 yaşlıların qrupunda Oğuz Abışlı 2,5
xal, 12 yaşlılarda Ülvi Sadıxov 3 xal, 14
yaşlılarda Kənan İzzət, Aqil Pirverdiyev və
Elvin Bayramov hərəyə 2,5 xal, 16 yaşlılarda
Zaur Məmmədov və Nicat Abasov hərəyə 2,5 xal,
Vasif Durarbəyli 3 xal toplamışlar.
Qızlar arasında keçirilən yarışda isə Xanım
Balacayeva (10 yaş) 2,5 xal, Aydan Höcətova (12
yaş) 2,5 xal, Səbinə İbrahimova (16 yaş) 3 xal,
Xəyalə Abdulla və Səbinə Quliyeva (18 yaş)
hərəyə 2 xal toplamışlar. |