Müasir
tələblərə cavab verən bu yaraşıqlı bina Qusar
rayonunda son altı ildə istifadəyə verilən sayca
17-ci məktəb binasıdır. Yeni dərs ilinin ilk
günündə açılış mərasimi olmuş Qusar şəhər 4
nömrəli məktəbin 420 şagird yerlik yeni binası
müəllim və şagirdlərə ən gözəl hədiyyə olub.
Təhsil ocağının tikintisini Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti həyata keçirib.
İkimərtəbəli müasir tipli bu bina 67 otaqdan
ibarətdir. 23 sinif otağı, 3 laboratoriya,
müxtəlif fənn kabinetləri, kompüter otağı, açıq
və qapalı idman zalı və s. burada təhsil alacaq
130 məktəblinin istifadəsinə verilib.
Bütün bunlar yeni nəslin təlim-tərbiyəsi üçün
ölkə rəhbərliyinin təhsilə göstərdiyi yüksək
qayğının bariz nümunəsidir. Əlbəttə, müəllim və
şagird kollektivinə göstərilən bu qayğı və
diqqət onları təhsildə yeni-yeni uğurlu
nəticələr qazanmağa ruhlandırır.
ƏDALƏT |