Sentyabrın
17-də Qərb Universitetində İtaliyanın Peruca
Universitetinin rektoru, professor, xanım
Stefani Giannini ilə görüş keçirildi.Görüşün
məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək,
birgə seminarlar, dərslər, konfranslar keçirmək
və elmi araşdırmaları genişləndirməkdir.
Qərb Universitetinin professoru Fikrət Sadıxov
universitet barəsində qonaqlara məlumat verərək
bildirdi ki, burada işgüzar inzibatçılıq, Qərb
dilləri, kompüter elmləri və dizayn, siyasi
elmlər fakültəsi fəaliyyət göstərir.Universitet
1991-ci ildən - fəaliyyətə başladığı vaxtdan
indiyə kimi yüksəkixtisaslı mütəxəssislər
hazırlamaq yönündə faydalı işlər görür. Bu işlər
arasında elmi-praktik seminar və konfransların,
Azərbaycanın və xarici ölkələrin tanınmış elm və
siyasi xadimləri ilə görüşlərin keçirilməsi
xüsusi yer tutur.
Sonra xanım Stefani Giannini görüşü təşkil edən
Qərb Universitetinin rektorluğuna öz təşəkkürünü
bildirdi və rəhbərlik etdiyi universitet barədə
tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Görüşdə İtaliyanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Mario Baldi də çıxış etdi.
Sonda qonaqlar Qərb Universitetinin müəllim və
tələbələrini maraqlandıran suallara cavablar
verdilər.
Şakir CƏFƏROV |