Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Sentyabr 2010 - ¹37

 

Qabaqcıl pedaqoji təcrübə - güclü faktor, dəyərli mənbə

Bookmark and Share

75 illik tarixi olan "Azərbaycan müəllimi"nin son 5 ilə qədərki saylarında həmişə, məqsədyönlü və sistemli şəkildə dərc olunan mövzulardan biri qabaqcıl müəllim və məktəb təcrübəsi olub. Respublikanın şəhər və kənd məktəblərinin, yaxud da həmin təhsil müəssisələrində çalışan müxtəlif fənn müəllimlərinin tədris sistemindən bəhs edən jurnalist, metodist və ya alim yazıları, yaxud həmin müəllimlərin ayrı-ayrı bəhs və ya mövzunun öyrədilməsi sistemi barədə qələm məhsulları pedaqoji kollektiv əməyindən, həyatını maarif çırağının şöləsinə çevirən müəllim axtarışlarından soraq verir.

Pedaqogika, psixologiya və ayrı-ayrı fənlər üzrə metodika sahəsində aparılmış tədqiqatlarda, dissertasiyalarda məktəb və müəllim təcrübəsi faktlarının təhlil və təqdir olunması təsdiq edir:

a) qabaqcıl pedaqoji təcrübə maarif, təhsil sahəsində uğurları təmin edən güclü faktordur;

b) təhsilin daha da inkişafı yollarını araşdıran, səmərəli forma və vasitələr axtaran alim fərziyyələrinin reallaşdırılmasında qabaqcıl pedaqoji təcrübə çox dəyərli mənbədir.

Təkcə təhsildə deyil, istehsalın ayrı-ayrı sahələrində toplanmış, ümumiləşdirilib elmi-nəzəri cəhətdən əsaslandırılmış qabaqcıl təcrübədən istifadə təsdiq edir: qabaqcıl təcrübə inkişafın başlıca faktorlarındandır; qabaqcıl təcrübə sosial-mənəvi sərvətdir; qabaqcıl təcrübə elm və texnikanın istinad nöqtəsidir; qabaqcıl təcrübə nəzəriyyə ilə praktikanın vəhdətinin həyati-əməli təsdiqidir...

Elm, sənaye və ya başqa sahələrdə çalışan yaradıcı, əməksevər, axtarışa meyilli insanları səciyyələndirən qabaqcıl sözü, biliyi, nəzəri hazırlığı ilə yanaşı, praktik bacarıq və vərdişləri ilə özgələrdən seçilən vətənpərvər, milli təəssübkeşliyi ilə fərqlənən şəxslərin mənəvi-fərdi sərvəti olan təcrübə ifadəsi ilə birinci növ təyini söz birləşməsi yaradanda fəlsəfi-sosial mahiyyət kəsb edir.

Dünya təhsilinə inteqrasiyanın korrelyativ və sistemli, geniş parametrli bir prosesə çevrildiyi bir zamanda qabaqcıl pedaqoji təcrübə qazanmaq, həqiqi mənada, milli fədakarlıq, bu təcrübəni öyrənib, ümumiləşdirib yaymaq əsl vətəndaşlıqdır, soydaş-həmkarların çoxillik əməyinin nəticəsi olaraq formalaşmış qabaqcıl pedaqoji təcrübədən bəhrələnərək tədris prosesinin səmərəliliyini artırmaq əsl vətənpərvərlikdir.

***

Vaxtilə qəzetdə (ötən əsrin 80-ci illərinin ortalarında) qabaqcıl pedaqoji təcrübə ilə bağlı müzakirə açılmışdı.

Görkəmli pedaqoq və metodist alimlərin, əməkdar müəllimlərin və kənd müəllimlərinin mülahizə və fikirlərini ifadə edən müzakirə xeyli çəkdi. Bu faktla bağlı əməkdaş müşahidələri belə oldu ki, məktəblərdə müəllimlər məsələyə isti münasibət bəsləmişdilər, pedaqoji şura iclaslarında müzakirə təqdir edilmişdi; qabaqcıl müəllimlərin təcrübəsini öyrənmək sahəsində canlanma yaranmışdı.

***

Məktəblərdə və ayrı-ayrı müəllimlərin fəaliyyətində özünü göstərən, məzun nailiyyətləri (ali məktəbə qəbulda) və şagird göstəricilərində (olimpiada və yoxlama testlər aparılmasında, yarımillik və gündəlik qiymətləndirmədə) əks olunan innovativ fəaliyyət motivləri artıq ikinci ildir ki, dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncam çərçivəsində "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələri vasitəsilə üzə çıxarılır. Respublikada təhsil ocaqlarının yeni binalara köçürüldüyü, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi miqyasının genişləndiyi, İnternet və İntranet  şəbəkələrinin tətbiq olunduğu bir zamanda qabaqcıl təcrübəni (məktəb və müəllim fəaliyyəti kontekstində) ildə bir dəfə öyrənmək az deyilmi?

Şəhər və rayon təhsil şöbələri metodkabinetləri əməkdaşlarının, Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filialında çalışan alimlərin (müxtəlif ixtisaslar üzrə), Təhsil Problemləri İnstitutu işçilərinin qüvvəsi ilə, koordinasiya edilməklə, sistemli, məqsədyönlü, ardıcıl, fasiləsiz iş görmək mümkündür və bu indi daha vacibdir.

Ədəbiyyatlardan birində belə qeyd olunub:

Qabaqcıl pedaqoji təcrübə - eyni əmək, maddi və mənəvi maraq şəraitində pedaqoji fəaliyyət göstərən, şagirdlərin təlimi, təhsili və həyata hazırlanması üçün ən yaxşı son nəticə əldə edən müəllim qabaqcıl, onun göstərdiyi pedaqoji fəaliyyətin məzmunu isə qabaqcıl pedaqoji təcrübə sayılır. Qabaqcıl pedaqoji təcrübə 5 bölmədən ibarət planlaşdırılır: 1.Təcrübəsi öyrəniləcək müəllimin işinin qısa təhlili. 2.Hazırlıq işləri, müəllimə kömək. 3. Təcrübənin öyrənilməsi. 4. Materialın tərtibi. 5. Təcrübənin yayılması.

Qabaqcıl təcrübə aşağıdakı yollarla öyrənilir: 1.Təcrübəsi öyrənilən müəllimin iş planı ilə tanış olmaq. 2.Müsahibə və rəy sorğusu keçirmək. 3. Dərsləri dinləyib təhlil etmək. 4. Şagirdlərin bilik və bacarıq səviyyəsini öyrənmək. 5. Onların məruzə və çıxışlarını təşkil etmək. 6.Mətbuatda çıxışlarını hazırlamaq və s.

***

Qazanılmış pedaqoji təcrübəni təbliğ etmək üçün ayrı-ayrı fənlər üzrə metodik məqalələr məcmüələrinin (kimya, biologiya, tarix, coğrafiya, fizika və riyaziyyat, ibtidai məktəb və məktəbəqədər tərbiyə, Azərbaycan dili və ədəbiyyat) nəşrinin sayı və tirajını artırmaq, bunların çapını (bir qismini) dövlət büdcəsindən maliyyələşdirmək barədə düşünmək və iş görmək milli təhsilə ən böyük qayğı olardı.

Çoxillik salnaməsi olan "Azərbaycan müəllimi" qəzeti səhifələrində yenidən qabaqcıl təcrübə guşəsi açmaq, bu guşənin materiallarını hazırlamaq üçün tanınmış alim və metodistlərdən ibarət mütəxəssislər qrupu yaratmaq, bu yolla həyatını milli təhsilə həsr etmiş əsl müəllimlərin əməyini dəyərləndirmək, qabaqcıl iş təcrübəsini ümumxalq malına çevirmək mümkün olar.

Və yeri gəlmişkən bir məsələni də qeyd etmək yerinə düşərdi. Azərbaycanda dövlət və özəl ali məktəblər var. Kimsənin səviyyə və pedaqoji fəaliyyətinə xələl gətirmək niyyətimiz yoxdur. Ali məktəb auditoriyalarında əsl müəllim, əsl natiq, əsl vətəndaş enerjisi, həvəsi və bacarığı ilə dərs deyən professor və dosentlərin bu baxımdan tədris sistemini öyrənib, ümumiləşdirib dəyərləndirmək olmazmı?

Sətirləri ulu Nizami Gəncəvinin misraları ilə bitirirəm: 

Əzəldən belədir insan xilqəti,

Axtarıb tapmaqdır onun xisləti.

Kimisi axtarar sonsuz dənizlər,

Kimisi dənizin dibində gövhər.

 

İlahinin yaratdığı insanlar naminə axtarışlar aparanlar hörmət və məhəbbətə layiqdirlər... 

Ş.MƏMMƏDOV

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Sentyabr 2010 - ¹37

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Dövlət xətti ilə 512, müxtəlif ölkələrin ayırdığı təqaüd hesabına isə 816 Azərbaycan gənci xaricdə təhsil almağa göndərilib
 
Yeni məktəblərimiz
 
Gürcüstanda azərbaycandilli məktəblər diqqətdən kənarda qalmır
 
BDU-da Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun kitabının təqdimat mərasimi keçirilib
 
"Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 30 nəfər uşaq Gəncədə sağlam və maraqlı həyat tərzi keçib
 
Valideyn nəzarəti üçün yeni imkanlar
 
Azərbaycanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müzəffərabadda  qızlar üçün tikilmiş orta məktəbdə olub
 
Azərbaycan alimi A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru seçilib
 
Türkiyəli qonaqlar əməkdaşlığı yüksək qiymətləndiriblər
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni layihə
 
Gəncə təhsili inkişaf yollarında
 
Azərbaycan Dillər Universitetində 33 tələbə italyan dilini öyrənir
 
Azərbaycan müəllimləri Moskvada "İntel"-in treninqində iştirak edəcəklər
 
Naxçıvan Dövlət Universiteti ölkəmizi beynəlxalq layihələrdə təmsil edəcək
 
Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı
 
Salyan və Hacıqabul rayonlarında məktəb binaları istifadəyə verilib
 
Qabaqcıl pedaqoji təcrübə - güclü faktor, dəyərli mənbə
 
ADU-da 20 Yanvar şəhidi Ülvi Bünyadzadə anıldı
 
Təlimin səmərəliliyində fəal-interaktiv metodun rolu
 
Aləmdə səsi qalan yazıçı, müəllim, alim
 
"Biliklər Mərkəzi Azərbaycan" "START UP" layihəsi qaliblərinin adlarını açıqlayıb
 
Kimya dərslərində şagirdlərin ekoloji biliklərinin inkişaf etdirilməsi
 
TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar əhatə dairəsini genişləndirir
 
İtaliyalı alim Qərb Universitetinin qonağı olub
 
Rus dili müəllimləri üçün metodik seminarın ilk məşğələsi
 
Azərbaycan "Microsoft"un "Həmkara dəstək" proqramında iştirak edəcək
 
"Ekologiya ili" çərçivəsində tədbir
 
130 yaşlı  məktəb dərs ilini yeni binada qarşıladı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni təlim texnologiyalarından tədrisdə istifadəyə dair vəsait
 
Qitə birinciliyində ardıcıl 3 qələbə
 
Mingəçevir futbolçuları "Region kuboku"nun qalibi olublar
 
Qəbələdə "Məktəbli kuboku" turniri keçiriləcəkdir
 
Dünya universitetləri: Seul Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov