Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Sentyabr 2010 - ¹37

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Hüseynov Tofiq Mirsiyab oğlu 

1954-cü il aprelin 19-da Xocalı şəhərində anadan olmuşdu. 1971-ci ildə burada orta məktəbi bitirmişdi. Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsinə daxil olmuş , orada təhsilini başa çatdırdıqdan sonra 1974-cü ildə hərbi xidmətə çağırılmışdı. Tofiq əsgəri xidmətini  Qazaxıstanın Alma-Ata şəhərində başa vurmuşdu. Sonra Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi işləmiş, 1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri kimi taborun komandiri təyin edilmişdi. Meşəli kəndi uğrunda gedən döyüşdə onun taboru onlarca erməni yaraqlısını məhv etməyə müvəffəq olmuşdu. Onun səyi nəticəsində Naraguğ kəndində  yerləşən  və  Xocalı  şəhərini top atəşinə tutan düşmənin top-batareya nöqtəsi susdurulmuş, Mehdikənd kəndinin fermasında yerləşən  erməni  artilleriya  qurğusu məhv edilmiş, on erməni əsir götürülmüşdü. O, rayonda "Mixaylo" ləqəbi ilə tanınmışdı.

T.Hüseynov 1992-ci il fevralın 26-da Xocalıda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Xasıyev Samir Zirəddin oğlu 

1973-cü il aprelin 20-də Bakı şəhərində anadan olmuşdu. 1980-ci ildə paytaxtın Nərimanov rayonundakı 82 nömrəli orta məktəbin birinci sinfinə getmişdi. 1988-ci ildə ailə üzvləri Gəncə şəhərinə köçdüyü üçün orta təhsilini Gəncə şəhər 14 nömrəli beynəlmiləl orta məktəbdə başa çatdırmışdı. Samir 1991-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin axşam şöbəsinə daxil olmuşdu. Birinci kursda oxuyarkən hərbi xidmətə çağırılmışdı. 1992-ci ildə isə rəhbərlikdən döyüş bölgəsinə göndərilməsini xahiş etmişdi. Onun ilk döyüş yolu Ağdamın Mərzili kəndindən başlamışdı. 1993-cü ildə Füzuli, Ağdərə bölgələrində aparılan əməliyyatlarda, 1994-cü ildə isə "Gəncə qiyamı"nın yatırılmasında iştirak etmişdi.

S.Xasıyev 1995-ci il martın 17-də Azərbaycanda dövlət çevrilişinə cəhdin qarşısını alarkən qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə leytenant Xasıyev Samir Zirəddin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərindəki 2-ci Şəhidlər xiyabanında dəfn olunub. Paytaxtın Nərimanov rayonundakı keçmiş Montin adına Mədəniyyət və istirahət parkına  Samir  Xasıyevin adı verilib və parkda büstü qoyulub.  

Xəlilov Eldar Xəlil oğlu 

1976-cı il avqustun 19-da Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdu. Altıncı sinfə kimi doğma kəndlərindəki məktəbdə oxumuşdu. 1988-ci ildə yüz minlərlə soydaşımız kimi öz dədə-baba torpaqlarından ermənilər tərəfindən zorla qovulan ailələrdən biri də Eldargilin ailəsi olmuşdu. Onlar Bakı şəhərinə gəlmiş və Bakıxanov qəsəbəsində məskunlaşmışlar. O, təhsilini  Bakıdakı 96 və 252 nömrəli orta məktəblərdə davam etdirmişdi. 1994-cü ildə Sabunçu rayonunun Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. 1995-ci ilin mart ayında respublikamızda qeyri-qanuni silahlanmış dəstələr dövlət çevrilişinə cəhd edirlər. O da dövlətçiliyimizə xəyanət edən qüvvələrə qarşı mübarizə aparmalı olur.

E.Xəlilov 1995-ci il martın 17-də öz vətənpərvərlik borcunu yerinə yetirərək, silahlı dəstəni tərk-silah etməyə çalışarkən qarşı tərəfdən atılan güllənin qurbanına çevrilir.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıdakı ikinci Şəhidlər xiyabanında dəfn olunub. Bakıxanov  qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Qəsəbədə büstü qoyulub. 

Xəlilbəyli Təbriz Xəlil Rza oğlu 

1964-cü il fevralın 12-də Bakı şəhərində anadan olmuşdu. 1981-ci ildə Bakı şəhəri M. Müşfiq adına 18 nömrəli orta məktəbi bitirmişdi. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdu. Təbriz təhsilini qiyabi şöbədə davam etdirərək, həm də  C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işıqçı işləmişdi. 1991-ci ilin sonunda könüllü olaraq Qarabağa- cəbhə bölgəsinə yollanmışdı. Xramord və Naxçıvanik kəndləri uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdi.

T.Xəlilbəyli 1992-ci il yanvarın 31-də qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. 

İbrahimov Mirələkbər Mirələsgər oğlu 

1961-ci il sentyabrın 30-da Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində ziyalı ailəsində anadan olmuşdu. Birinci sinfə doğma kəndlərində gedən Mirələkbər məlum hadisələr üzündən təhsilini Bakı şəhərindəki 158 nömrəli orta məktəbdə davam etdirmişdi. 1980-ci ildə hərbi xidmətini başa çatdırdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman və hərbi hazırlıq fakültəsinə daxil olmuşdu. Təhsilini başa çatdırdıqdan sonra bir müddət 153 nömrəli məktəbdə dərs demiş, 1993-cü ildə yeni yaradılan Yasamal taboruna komandir təyin edilmişdi. Füzuli rayonunun Alxanlı, Kürdmahmudlu kəndləri uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdi.

M.İbrahimov 1994-cü il martın 5-də Qorqan kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində ikinci Şəhidlər xiyabanında dəfn olunub. Vaxtı ilə müəllim işlədiyi 153 nömrəli orta məktəb onun adını daşıyır. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Sentyabr 2010 - ¹37

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi-tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Dövlət xətti ilə 512, müxtəlif ölkələrin ayırdığı təqaüd hesabına isə 816 Azərbaycan gənci xaricdə təhsil almağa göndərilib
 
Yeni məktəblərimiz
 
Gürcüstanda azərbaycandilli məktəblər diqqətdən kənarda qalmır
 
BDU-da Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun kitabının təqdimat mərasimi keçirilib
 
"Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 30 nəfər uşaq Gəncədə sağlam və maraqlı həyat tərzi keçib
 
Valideyn nəzarəti üçün yeni imkanlar
 
Azərbaycanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müzəffərabadda  qızlar üçün tikilmiş orta məktəbdə olub
 
Azərbaycan alimi A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru seçilib
 
Türkiyəli qonaqlar əməkdaşlığı yüksək qiymətləndiriblər
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni layihə
 
Gəncə təhsili inkişaf yollarında
 
Azərbaycan Dillər Universitetində 33 tələbə italyan dilini öyrənir
 
Azərbaycan müəllimləri Moskvada "İntel"-in treninqində iştirak edəcəklər
 
Naxçıvan Dövlət Universiteti ölkəmizi beynəlxalq layihələrdə təmsil edəcək
 
Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anıldı
 
Salyan və Hacıqabul rayonlarında məktəb binaları istifadəyə verilib
 
Qabaqcıl pedaqoji təcrübə - güclü faktor, dəyərli mənbə
 
ADU-da 20 Yanvar şəhidi Ülvi Bünyadzadə anıldı
 
Təlimin səmərəliliyində fəal-interaktiv metodun rolu
 
Aləmdə səsi qalan yazıçı, müəllim, alim
 
"Biliklər Mərkəzi Azərbaycan" "START UP" layihəsi qaliblərinin adlarını açıqlayıb
 
Kimya dərslərində şagirdlərin ekoloji biliklərinin inkişaf etdirilməsi
 
TQDK-nın nəzdindəki elmi-metodiki seminarlar əhatə dairəsini genişləndirir
 
İtaliyalı alim Qərb Universitetinin qonağı olub
 
Rus dili müəllimləri üçün metodik seminarın ilk məşğələsi
 
Azərbaycan "Microsoft"un "Həmkara dəstək" proqramında iştirak edəcək
 
"Ekologiya ili" çərçivəsində tədbir
 
130 yaşlı  məktəb dərs ilini yeni binada qarşıladı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeni təlim texnologiyalarından tədrisdə istifadəyə dair vəsait
 
Qitə birinciliyində ardıcıl 3 qələbə
 
Mingəçevir futbolçuları "Region kuboku"nun qalibi olublar
 
Qəbələdə "Məktəbli kuboku" turniri keçiriləcəkdir
 
Dünya universitetləri: Seul Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov