| 
								
								"2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
								xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 
								çərçivəsində indiyədək təhsil almağa 
								göndərilənlərin sayı 512-yə çatmışdır. Böyük 
								Britaniyaya göndərilənlər sayca üstünlük təşkil 
								edir - 100 nəfər. Proqram çərçivəsində Türkiyəyə 
								73, Almaniyaya 67, Fransaya 52, Rusiyaya 38, 
								Cənubi Koreyaya 22, Niderland Krallığına 20, 
								ABŞ-a 17 gənc göndərilib. Gənclərimizin dövlət 
								hesabına təhsil almağa göndərildikləri ölkələr 
								arasında habelə İsveç (12 nəfər), Kanada (11), 
								İsveçrə (7), Sinqapur (6), Avstraliya (5), 
								İtaliya (4), Avstriya (3), Yeni Zelandiya (2), 
								Malayziya (2), Çexiya (2), Yaponiya (1), 
								İrlandiya (1), Finlandiya (1) və Belçika (1) da 
								vardır. 
								
								2010-cu ildə 200 nəfər gəncin xaricdə təhsilə 
								göndərilməsi ilə əlaqədar tədbirlər görülür. Bu 
								il Dövlət Proqramının icrasına 10 milyon manat 
								vəsait ayrılıb. 
								
								Türkiyə, Rusiya, Çin, Çexiya və b. ölkələrin 
								Azərbaycana ayırdığı təqaüdlər çərçivəsində isə 
								bu ölkələrin ali məktəblərinin bakalavr, 
								mütəxəssis, magistr, doktorantura, tibdə 
								uzmanlıq və aspiranturasında təhsil almaq 
								məqsədi ilə bu günədək 816 nəfər Azərbaycan 
								Respublikası vətəndaşı göndərilib. Onlardan 
								517-si Türkiyənin, 237-si Rusiyanın, 21-i 
								Misirin, 25-i Çinin, 8-i Koreyanın, 3-ü 
								Çexiyanın, 3-ü Slovakiyanın, 2-si Rumıniyanın, 
								1-i Avstriyanın və 1-i də ABŞ-ın payına düşür. 
								Öz hesabına və müxtəlif mübadilə proqramları 
								çərçivəsində isə 10 mindən artıq tələbə 
								respublikamızdan kənarda təhsillərini davam 
								etdirir. 
								
								
								Y.ƏLİYEV |