Xüsusi qayğıya ehtiyacı olan uşaqların təlimi
üçün "Elektron təlimləndirən sistemlər"
layihəsinin reallaşdırılması planlaşdırılır.
Layihənin "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub.
"Nobel-T" təşkilatı tərəfindən reallaşdırılacaq
layihənin konsepsiyası artıq Təhsil Nazirliyi
Elektron Tədris Resurslarının Qiymətləndirilməsi
Şurasında müzakirə olunub və bununla bağlı
zəruri tövsiyələr verilib.
Layihə Bakı şəhərindəki 219 nömrəli evdə
məktəbin VII sinif şagirdləri ilə
reallaşdırılacaq. Xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün distant tədris metodlarından
istifadə edəcək müəllimlər artıq layihənin
həyata keçirilməsində tərəfdaş olan "Mədəd"
təşkilatının treninqlərində
informasiya-kommunikasiya texnologiyalarının
təhsildə tətbiqi üzrə xüsusi bilik və bacarıqlar
alıblar. Layihə çərçivəsində iştirak edən bütün
şagirdlərə kompüter avadanlığı təqdim olunması
nəzərdə tutulub.
Hicran ƏKBƏROVA |