| 
								
								"Azərbaycanda gənc istedadlara dövlət qayğısı 
								haqqında" Azərbaycan Respublikası Prezidentinin 
								1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına 
								uyğun olaraq 
								
								  
								
								
								QƏRARA ALIRAM:  
								
								Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı 
								şəxslərin adları Azərbaycanın gənc 
								istedadlarının "Qızıl kitabı"na yazılsın və 
								onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
								 
								
								Əlizadə Fuad Telman oğlu - Sumqayıt Musiqi 
								Kollecinin tələbəsi  
								
								Həsənov Kamil Sənan oğlu - Bakı şəhər Rauf 
								Hacıyev adına 15 N-li Uşaq Musiqi Məktəbinin 
								şagirdi  
								
								Hüseynova Nərgiz Ələkbər qızı - Bakı şəhər Qara 
								Qarayev adına 8 N-li Uşaq Musiqi Məktəbinin 
								şagirdi 
								
								Mayılov Kənan Eldəniz oğlu - Bakı şəhər Leopold 
								və Mstislav Rostropoviçlər adına 21 N-li Uşaq 
								Musiqi Məktəbinin şagirdi  
								
								Nəcəfzadə Minirə İlham qızı - Azərbaycan Milli 
								Konservatoriyası tərkibində Respublika İncəsənət 
								Gimnaziyasının şagirdi  
								
								Ömərli Kamran İmran oğlu - Bakı şəhər Leopold və 
								Mstislav Rostropoviçlər adına 21 N-li Uşaq 
								Musiqi Məktəbinin şagirdi  
								
								Yunusov İsmayıl Səbuhi oğlu - Bakı şəhər Rauf 
								Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin 
								şagirdi   
								
								
								İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 17 sentyabr 2010-cu il
 |