| 
								
								Azərbaycan Milli Elmlər Akademiyasının 
								tabeliyində olan və dövlət büdcəsindən 
								maliyyələşdirilən digər elm və elmi-tədqiqat 
								müəssisə, idarə və təşkilatlarında çalışan 
								işçilərin sosial müdafiəsini daha da 
								gücləndirmək və onlara dövlət qayğısını artırmaq 
								məqsədi ilə 
								
								  
								
								
								QƏRARA ALIRAM:  
								
								1. Azərbaycan Milli Elmlər Akademiyasının 
								tabeliyində olan və dövlət büdcəsindən 
								maliyyələşdirilən digər elm və elmi-tədqiqat 
								müəssisə, idarə və təşkilatlarında çalışan 
								işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən 
								edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il 
								sentyabrın 1-dən orta hesabla 10 faiz 
								artırılsın.  
								
								2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 
								bu Sərəncamdan irəli gələn məsələləri həll 
								etsin.   
								
								
								İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 17 sentyabr 2010-cu il
 |