| 
								
								Keçən il Göygöl rayonunda iki yeni məktəb binası 
								tikilmiş, Toğana və Danayeri kənd orta 
								məktəbləri əsaslı təmir edilmişdir. Şəhər 2 və 3 
								nömrəli məktəblər mərkəzləşdirilmiş istilik 
								sistemi ilə təchiz olunmuşdur.  
								
								Rayon icra hakimiyyəti başçısının müavini Kəmalə 
								İbrahimova demişdir ki, 2010-cu ildə daha üç 
								məktəb binasının inşası nəzərdə tutulur. 
								 
								
								Hazırda Təhsil Nazirliyinin sifarişi ilə inşa 
								ediləcək yeni məktəb binalarının layihəsi 
								üzərində iş aparılır.   
								
								
								AzərTAc |