Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondunun fəaliyyətini təmin etmək
məqsədi ilə
QƏRARA ALIRAM:
1. "Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondunun işçilərinin say həddi 10
ştat vahidi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bir ay müddətində Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun xərclər smetasını, ştat
cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını
müəyyən etsin;
3.2. Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun maddi-texniki
təminatı ilə bağlı zəruri tədbirləri həyata
keçirsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində
Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondunun dövlət qeydiyyatına
alınmasını təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2010-cu il |