| 
								
								Məlum olduğu kimi son illər müəllim hazırlığı 
								sahəsində aparılan islahatlar çərçivəsində 
								bakalavr pilləsində ibtidai sinif müəllimlərinin 
								hazırlanması üçün yeni kurikulum tərtib edilmiş 
								və onun respublikamızın üç ali pedaqoji təhsil 
								müəssisəsində eksperiment şəklində tətbiqinə 
								başlanılmışdır. Yeni kurikulumda praktik müəllim 
								hazırlığını təmin edən fənlərin sayı artırılmış 
								və müəllim hazırlığına yeni yanaşmaları əks 
								etdirən "Təhsilin əsasları" adlı fənnin tədrisi 
								planlaşdırılmışdır. Bu fənnin tətbiq edilməsi 
								haqqında qərar Azərbaycanda müəllim hazırlığı 
								məsələlərinin təhlilinə və müəllim hazırlığına 
								dair müasir dünya təcrübəsinə əsaslanaraq qəbul 
								edilmişdir. Artıq eksperiment şəklində tədrisinə 
								başlanılmış "Təhsilin əsasları" fənnində nəzərdə 
								tutulmuş məqsədlərə nail olunması, vəzifələrin 
								yerinə yetirilməsi və təlim nəticələrinin əldə 
								edilməsi üçün təlimin təşkili məsələləri də 
								xüsusi əhəmiyyətə malikdir. Bununla əlaqədar 
								olaraq bu məqalədə "Təhsilin əsasları" fənninin 
								təliminin təşkilində nəzərə alınması  daha çox 
								əhəmiyyətli hesab edilən bəzi məsələlər qeyd 
								edilir və fənni tədris edən müəllimlər üçün 
								metodik tövsiyələr verilir. 
								
								Fikrimizcə "Təhsilin əsasları" fənninin təlimin 
								təşkilində aşağıdakı məsələlərə daha çox fikir 
								verilməlidir.  
								
								·         
								
								
								Təlim metodlarında, fənnin məzmun və əsas 
								istiqamət xəttində  rraktik biliyə, pedaqoji 
								bacarıq və vərdişlərin formalaşdırılmasına 
								üstünlük verilməsi.  
								
								·         
								
								
								İrəliləmə amili. Müəllimlər diqqətlərini 
								şəxsiyyətyönümlü tədris üzərində cəmləşdirməzdən 
								əvvəl öyrənənlərin özlərinə də öyrənmə 
								rrosesində olan şəxs kimi yanaşmalıdırlar.  Bir 
								çox müəllimlər belə hesab edirlər ki, onlar 
								yaxşı müəllimlərdir, çünki onlar müxtəlif 
								metodlardan istifadə edirlər. Əlbəttə, 
								müəllimlər müxtəlif metodlardan istifadə edə 
								bilərlər. Lakin əgər istifadə edilən metodlar 
								öyrənmə rrosesinə yenilik gətirmirsə, bu 
								metoddan istifadə etmək lazım deyil. Müəllimlər 
								tədricən öyrənmə prosesinə yenilik gətirməyən 
								ənənəvi metodlardan əl çəkməli və mümkün qədər 
								yeni metodlar axtarmalıdırlar.   
								
								·         
								
								
								Nəzərə almaq lazımdır ki, "Təhsilin əsasları" 
								fənni sosioloji, rsixoloji, tarixi və fəlsəfi 
								əsaslara deyil,  daha çox təhsilə, sinifdə baş 
								verən proseslərə  istinadlanmalıdır.  
								
								·         
								
								
								Məsləhətləşmə, qarşılıqlı əlaqə və müzakirə 
								rroseslərinə həvəs yaradılması. Müəllimlər bir 
								faktı unutmamalıdırlar ki, tələbələr gələcəkdə 
								şagirdləri özləri öyrəndikləri metodlarla 
								öyrətməyə meyil göstərəcəklər. Müəllimlər 
								məsləhətləşmə, qarşılıqlı əlaqə, müzakirə 
								etməklə müəyyən nümunələr yarada bilərlər. 
								Nəticədə tələbələr sual vermək, tənqid etmək və 
								s. üsullarla öyrənməyə çalışırlar və gələcəkdə 
								də öz fəaliyyətlərində bu metodlardan istifadə 
								etməyə səy göstərirlər.  
								
								·         
								
								
								Öyrənənlərin başa düşməsinə kömək etmək 
								müəllimlərin qarşısında duran ən vacib 
								məsələlərdən biridir. Müəllimlər öyrənənlərə 
								sadəcə olaraq fənn haqqında bilikləri ötürməklə 
								deyil, biliklərin mahiyyətini başa düşməkdə 
								kömək etməlidirlər. Öyrənənlərə izah edilməlidir 
								ki, onlar əzbərçiliyə deyil, biliklərin 
								mahiyyətini başa düşməyə səy göstərməlidirlər. 
								Əgər öyrənənlərə başa düşməkdə köməklik 
								göstərilməzsə, onlar öz biliklərini müstəqil 
								şəkildə tətbiq etməkdə çətinlik çəkirlər və buna 
								maraq göstərmirlər. Müəllimlər bu məsələlərə 
								dair nümunələr hazırlamalıdırlar. 
								
								·         
								
								
								Öyrənmə prosesində öyrənənlərə kömək etmək üçün 
								digər tərəflərlə məsləhətləşmələrin ararılması. 
								Məlumdur ki, təhsil prosesinə bir çox insanlar 
								qoşulmuş olur. Öyrənmə prosesini daha səmərəli 
								etmək üçün müəllimlər daim bu insanlarla 
								məsləhətləşmələr  ararmalıdırlar.   
								
								·         
								
								
								Tədris rrosesinin inkişafının bir hissəsi kimi  
								eksreriment ararılması və bu rrosesin 
								dəstəklənməsi. Ümumiyyətlə götürdükdə tədrisin 
								keyfiyyətli olması və tədris prosesinin inkişaf 
								etdirilməsi müəllimlərin arardığı eksrerimentlər 
								sayəsində mümkün olur. Eksrerimentlər aparmaq 
								heç də o demək deyildir ki, müəllimlər tədris 
								prosesində hər hansı bir ekstremal fəaliyyət 
								növü göstərməlidirlər. Sadəcə olaraq onlar öz 
								işlərini digərləri ilə birgə müzakirə etməli, 
								öyrənənlər haqqında müxtəlif məlumatlar 
								torlamalı və müxtəlif yanaşma metodları 
								axtarmağa cəhd etməlidirlər. Üaxşı olar ki, yeni 
								ideya barəsində ilk əvvəl öyrənənlərin özləri 
								ilə məsləhətləşmələr ararılsın.  
								
								·         
								
								
								Tədris rrosesi zamanı yaranan çətinliklərin 
								aradan qaldırılması. Müəllimlər tədris 
								prosesində yaranan çətinlikləri aradan qaldırmaq 
								üçün yollar axtarmalıdırlar. Bu barədə digər 
								təcrübəli müəllimlərlə müzakirələrin ararılması 
								da faydalı olar.  
								
								·         
								
								
								İnklüziv təhsil yanaşmalarının tətbiq edilməsi. 
								Tələbələrin irqindən, dini mənsubiyyətindən, 
								mədəniyyətindən, etnik tərkibindən, cinsindən, 
								əqli qüsurundan, sosial-iqtisadi məsələlərdən 
								asılı olmayaraq hamı üçün inklüziv təhsil 
								imkanları yaradılmalıdır. Tələbələr inklüziv 
								təhsil yanaşmaları ilə bilavasitə auditoriyada 
								əyani formada tanış olmalıdırlar. 
								
								·         
								
								
								Müəllimlər başa düşməlidir ki, öyrənənlərin 
								dəstəklənməsi sadəcə olaraq texniki məsələ deyil, 
								etik məsələdir. Öyrənmə prosesində öyrənənlərə 
								qayğı göstərmək müəllimlərin mənəvi borcudur.  
								Texniki yanaşmada müəyyən mövzu haqqında bilik 
								verilir, öyrənmə və dərketmə məsələsinə bir o 
								qədər də diqqət göstərilmir.  
								
								·         
								
								
								Öyrənənlərdə özünüqiymətləndirmə və özləri 
								haqqında mühakimə yürütmək hissinin 
								formalaşdırılması.  
								
								·         
								
								
								Öyrənənlərin öyrənmə rrosesinə dəstək olmaq üçün 
								dərs rrosesində müxtəlif dəyişkən yanaşmalardan 
								istifadə edilməsi. Keyfiyyətli tədris dəyişkən 
								xarakterlidir və tədrisdə dəyişikliklər edilməsi 
								yalnız dəyişikliklər naminə deyil, öyrənənlər 
								üçün geniş imkanlar yaradılması məqsədilə 
								edilməlidir.   
								
								
								Müəllimlər üçün tövsiyələr. 
								
								·         
								
								
								Tələbələrin qarşısında  dayanaraq  uzun müddət 
								danışmayın. Bu şərtə əməl etməyiniz xüsusilə 
								vacibdir. Müəyyən mövzuları şagirdlərə təqdim 
								etməyə çox vaxt ayırmayın və şagirdlərdən də 
								müəyyən mövzuları danışmaq üçün çox vaxt sərf 
								etməklərini tələb etməyin.Üaxşı olar ki, onların 
								eksreriment ararmasına və müstəqil düşünüb 
								nəticə çıxarmasına şərait yaradasınız. Əgər 
								onlar özləri  düşünüb müstəqil nəticə çıxararkən 
								yanlışlıqlara yol verirlərsə, onlara  istiqamət 
								verin və ya düşünüb nəticə çıxarmaq üçün digər 
								bir mövzu təklif edin.  
								
								·         
								
								
								Öyrənənlərlə yumşaq rəftar etməyin. Özləri 
								düşünüb nəticə çıxarmaq üçün tənbəllik edən 
								tələbələri heç vaxt qəbul etməyin və onlara başa 
								salın ki, gələcəkdə yaxşı müəllim olmaq üçün 
								onlar indidən düşünüb nəticə çıxarmaq vərdişləri 
								əldə etməlidirlər. 
								
								·         
								
								
								Heç vaxt başqasının işindən üzü köçürülmüş və 
								redaktə edilməmiş yazılı işləri qəbul etməyin. 
								Belə tələbələrdən bu işi yenidən etməyi xahiş 
								edin. Əgər bu işə laqeyd yanaşsanız, tələbələr 
								də öz gələcək fəaliyyətlərində sizin etdiyiniz 
								kimi, laqeyd olacaqlar.  
								
								·         
								
								
								Tələbələri qrur halında və yaxud digər üsullarla 
								diskussiya ararmağa həvəsləndirin. Belə 
								diskussiyalar nəticəsində tələbələr bir-birindən 
								çox  şey öyrənə bilərlər. Yaxşı olar ki, 
								tələbələr "təbii öyrənmə" forması hesab edilən  
								diskussiyalarda  həvəslə iştirak etməyə cəlb 
								edilsinlər. Belə diskussiyalarda siz diskussiya 
								mövzusunu kurikulumda nəzərdə tutulmuş mövzulara 
								yönəltməyə cəhd etməlisiniz.   
								
								
								Aydın KAZIMZADƏ, Bakı Dövlət Universitetinin professoru,
 fizika-riyaziyyat elmləri doktoru
 |