Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Fevral 2010 - ¹08

 

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral
tarixli Fərmanı ilə təsdiq edilmişdir

"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə

 

I. Ümumi müddəalar 

1. Bu Əsasnamə "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin (bundan sonra - Sistem) yaradılması, zənginləşdirilməsi və ondan istifadə qaydalarını müəyyən edir. Sistemə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatlar daxil edilir.

2. Sistemin yaradılması, zənginləşdirilməsi və ondan səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə proqram təminatının yaradılması və mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Sistem administratoru) tərəfindən aidiyyəti qurumlarla əlaqəli həyata keçirilir. Sistemdə yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.

3. Sistemi tələbə-məzun elektron məlumat bazası və bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə edilməsini, axtarışların aparılmasını və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki-proqram kompleksi təşkil edir.

4. Sistemin istifadəçiləri ali və orta ixtisas təhsili müəssisələri, həmçinin bu Əsasnamənin 6-cı bəndində nəzərdə tutulan dövlət orqanlarıdır.

5. Sistemə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinin qoşulması məcburidir.

6. Sistemə aşağıdakı dövlət orqanları bu Əsasnamə ilə müəyyən edilmiş qaydada qoşula bilərlər:  

6.1.         Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;

6.2.         Azərbaycan Respublikası Milli Məclisinin Aparatı;

6.3.         Azərbaycan Respublikasının Nazirlər Kabineti;

6.4.         Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

6.5.         Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi;

6.6.         Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

6.7.         Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

6.8.         Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

6.9.         Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

6.10.      Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi;

6.11.      Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

6.12.      Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya.  

II. Sistemin strukturu 

7. Sistemin strukturuna Sistem administratorunda olan mərkəzi server və hər bir istifadəçinin bu Sistemə qoşulmaq imkanına malik bir və ya bir neçə işçi stansiya daxildir.

8. İstifadə olunacaq işçi stansiyaların texniki təchizatı (avadanlıq və rabitə xidməti) istifadəçilərin öz hesabına həyata keçirilir.

9. Sistemdə istifadə olunacaq texniki vasitələrin siyahısı və bu texniki vasitələr üzərinə qoyulmuş tələblər Sistem administratoru və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müəyyən edilir.

10. Tələbə-məzun elektron məlumat bazası mərkəzi serverdə yerləşir.

11. Məlumat bazasının informasiya təminatı Sistem administratoru, həmçinin ali və orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir.  

III. İstifadəçilərin Sistemə qoşulması 

12. Sistemə qoşulmaq üçün müraciət ali və ya orta ixtisas təhsili müəssisəsi, yaxud müvafiq dövlət orqanı tərəfindən Sistem administratoruna göndərilir. Müraciət etmiş qurumun sistemə qoşulması, ondan istifadə etməsi və sistemin təhlükəsizliyinin təmin edilməsinə dair texniki və texnoloji imkanları Sistem administratoru tərəfindən yoxlanılır. Yoxlama müsbət nəticə ilə başa çatdıqda bir həftə ərzində mərkəzi serverə qoşulmaq üçün işçi stansiyaların müraciətdəki sayına müvafiq olaraq tələb olunan istifadəçi adı, parolu və digər bağlantı parametrləri Sistem administratoru tərəfindən müəyyən edilir və müvafiq proqram təminatı işçi stansiyalara quraşdırıldıqdan sonra müraciət edənin təyin etdiyi məsul şəxsə təhvil verilir.  

IV. Sistem administratoru 

13. Sistem administratoru mərkəzi serverdə yerləşən məlumat bazasının təhlükəsizliyinə cavabdehlik daşıyır.

14. Sistem administratoru:  

14.1.      sistemin fasiləsiz fəaliyyətini və məlumat bazasına daxil edilən məlumatların mühafizəsini təmin edir;

14.2.      işçi stansiyalarla bağlantıların təmin edilməsinə nəzarət edir;

14.3.      işçi stansiyalarda sistemə qoşulmaq üçün lazım olan proqram təminatının yaradılmasını həyata keçirir;

14.4.      mərkəzi serverə qoşulmaq üçün müvafiq bağlantı parametrlərini verir;

14.5.      keçirilən imtahanlar nəticəsində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslər haqqında məlumatları mərkəzi serverə daxil edir;

14.6.      məlumatların işçi stansiyalardan ötürülməsinə nəzarət edir;

14.7.      bütün işçi stansiyalarda çalışacaq operatorların proqram təminatından effektiv istifadə olunması üçün treninq həyata keçirir;

14.8.      müvafiq statistik məlumatlar hazırlayır;

14.9.      aşağıdakı hallarda işçi stansiyanın fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar qəbul edir və onu icra edir:

14.9.1.   serverə virus hücumları olduqda;

14.9.2.   texniki problemlərin aradan qaldırılması zamanı;

14.9.3.   serverə səhv məlumatlar göndərildikdə.  

V. Sistemin istifadəçiləri 

15. Təhsil müəssisəsi olan istifadəçilər:  

15.1.      informasiyanın mühafizəsi və doğruluğunu təmin etmək üçün məsul şəxsi və məlumat axtarışını icra edən və yeni məlumatları mərkəzi serverə daxil edən operatoru (operatorları) təyin edir;

15.2.      mərkəzi serverə tələbələri və magistrantları haqqında aşağıdakı məlumatları daxil edir:

15.2.1.   soyad, ad və ata adında ola biləcək dəyişikliklər;

15.2.2.   akademik müvəffəqiyyət haqqında məlumat;

15.2.3.   ixtisas dəyişmələri;

15.2.4.   təhsildə fasilələr;

15.2.5.   tələbələr sırasından xaric edilmələr;

15.2.6.   bərpalar;

15.2.7.   təkrar ali təhsil və ya orta ixtisas təhsili alan şəxslər haqqında məlumatlar;

15.2.8.   bir təhsil müəssisəsindən digərinə köçürmələr, o cümlədən təhsil müəssisəsinə xarici ölkədən köçürülmüş tələbələr haqqında məlumatlar;

15.2.9.   təhsil müəssisəsinə qəbul edilmiş əcnəbilər haqqında məlumatlar;

15.2.10. diplom əmrləri və diplom haqqında məlumatlar.  

16. Məsul şəxs Sistem administratoru ilə birlikdə Sistemin fasiləsiz fəaliyyətini təmin edir və məlumatların yenilənməsinə, düzgünlüyünə, tamlığına və mühafizəsinə görə cavabdehlik daşıyır. Məsul şəxs təhsil müəssisəsindəki yeni məlumatların tam və vaxtında (10 gün ərzində) məlumat bazasına daxil edilməsini təmin etməlidir.

17. Təhsil müəssisəsi olan istifadəçilər mərkəzi serverdən onlara verilmiş məlumata çıxış statusuna uyğun olaraq öz işçi stansiyasında çalışan operator vasitəsilə yalnız özlərinin tələbələri, magistrantları və məzunları barədə məlumatlara baxa və orada bu Əsasnamənin 15.2-ci bəndinə əsasən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər.

18. Dövlət orqanı olan istifadəçilər mərkəzi serverdən onlara verilmiş məlumata çıxış statusuna uyğun olaraq öz işçi stansiyasında çalışan operator vasitəsilə yalnız müxtəlif növ axtarışlar həyata keçirə bilər, tələbələr, magistrantlar və məzunlar haqqında məlumatlara baxa bilərlər. Dövlət orqanı olan istifadəçilərə məlumat bazasına məlumat daxil etmək və orada dəyişikliklər etmək hüququ verilmir.

19. Məsul şəxs və ya operator işdən çıxarıldığı təqdirdə istifadəçi bu haqda Sistem administratoruna dərhal məlumat verir, administrator isə məlumatın mühafizəsini təmin etmək məqsədilə birinci halda bütün, ikinci halda isə yalnız operatorun çalışdığı işçi stansiyadakı istifadəçi adını, parolu və digər bağlantı parametrlərini dəyişdirir.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Fevral 2010 - ¹08
Bu gün Xocalı soyqırımının on səkkizinci ildönümüdür
 
Kaliforniyanın Berkli Universitetində Xocalı faciəsinin on səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilib
 

Xocalı faciəsinin on səkkizinci  ildönümü təhsil müəssisələrində qeyd olundu

 
"Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə
 
İstedadlı uşaqlar üçün 32 pilot məktəbi yaradılıb
 
Amerikalı qonaqlar ADU-da olublar
 
Pedaqoji təcrübəyə həsr edilmiş konfrans
 
Muğam ustadları ilə görüş
 
Nazir Bakıdakı 18 nömrəli məktəbdə yeni kurikulumlarla keçilən dərsləri yüksək qiymətləndirdi
 
Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olundu
 
Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında
 
"Poliqlot" qəzetinin 10 illik yubileyi qeyd olundu
 
"Müəllim hazırlığı: Türkiyə təcrübəsi" Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunludur
 
"Təhsilin əsasları" fənni üzrə təlimin təşkilinə dair bəzi qeydlər
 
Azərbaycan Müəllimlər İnstitutunda konfrans
 
"Ermənilər ayaq dırnaqlarımı çıxartdılar"
 
Təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti
 
"Təlim prosesi: ənənəvi və müasir yanaşmalar" mövzusunda respublika seminarı keçirildi
 
Qafqaz Universitetində seminar
 
Ana dilim, yaşa, dilim!
 
Bu il Göygöl rayonunda üç yeni məktəb binası tikiləcək
 
Yeganənin ecazkar dünyası
 
Yubilyar şair məktəbin qonağı olub
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 
Dünya universitetləri: Mançester Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov