ABŞ-ın
Kaliforniya
ştatında
fəaliyyət
göstərən
Azərbaycan-Amerika
Şurası,
Berkli Türkdilli
Tələbələr
Assosiasiyası
və
Türk-Amerika
Assambleyası
Assosiasiyasının
təşkilatçılığı
ilə
fevralın
19-da
Berkli Universitetində
XX
əsrin
ən
dəhşətli
hadisələrindən
olan Xocalı
faciəsinin
18-ci
ildönümü
ilə
əlaqədar
tədbir
keçirilmişdir.
Tədbirdə soydaşlarımız, Kaliforniyada təhsil
alan azərbaycanlı tələbələr, Azərbaycanın Los
Ancelesdəki baş konsulluğunun əməkdaşları və
Berkli Universitetinin tələbələri iştirak
etmişlər.
Montana Universitetinin professoru Tomas Qoltz,
Şimali Dakota Universitetinin professoru Tomas
Ambrosio, Kaliforniyanın Devis Universitetindən
Pərvin Axancı, baş konsulluğun əməkdaşı Elşən
Baloğlanov, Türk-Amerika Assambleyası
Assosiasiyasının nümayəndəsi Ergün Kirlikovalı
və Azərbaycan-Amerika Şurasının icraçı direktoru
Cavid Hüseynov çıxış etmiş, ermənilərin
Azərbaycana təcavüzü, əsassız torpaq iddiaları
barədə ətraflı məlumat vermişlər.
AzərTAc |