Naxçıvan Özəl Universitetində pedaqoji
fakültənin əyani şöbəsinin Azərbaycan dili və
ədəbiyyatı, xarici dil (ingilis), tarix və
ictimaiyyat, riyaziyyat-informatika ixtisasları
üzrə III kurs tələbələrinin 2009-2010-cu tədris
ilinin ikinci yarısında keçəcəkləri pedaqoji
təcrübəyə həsr edilmiş başlanğıc konfransı
keçirildi.
Konfransı giriş sözü ilə açan universitetin
tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli
tələbələrin pedaqoji təcrübə zamanı görəcəkləri
işlərdən danışdı və bu təcrübənin tələbələrin
həyatında böyük rol oynayacağını xüsusi
vurğuladı.
Pedaqogika və psixologiya kafedrasının müdiri
Solmaz Həsənovanın "Pedaqoji və psixoloji
rəhbərlərin vəzifələri", pedaqoji təcrübə üzrə
metodist Nazim Mahmudovun "Pedaqoji təcrübənin
səmərəli keçirilməsi üçün metodist və təcrübəçi
tələbələrin vəzifələri" haqqında məruzələri
dinlənildi. Tələbələrə keçəcəkləri təcrübədə
uğurlar arzulandı.
Mina QASIMOVA |