| 
								
								Fevralın 24-də Qafqaz Universitetində bu ali 
								təhsil ocağının Beynəlxalq Münaqişələri 
								Araşdırma Mərkəzi ilə Şimali Kipr Türk 
								Respublikasının Bakıdakı nümayəndəliyi birgə 
								seminar keçirmişlər. Müvafiq institutların və 
								araşdırma mərkəzlərinin nümayəndələrinin iştirak 
								etdiyi seminarda "Kipr problemi və gələcək 
								perspektivləri" mövzusunda məruzə dinlənilmiş və 
								"dəyirmi masa" ətrafında müzakirə aparılmışdır. 
								
								Seminarı giriş sözü ilə Qafqaz Universitetinin 
								rektoru, professor Ahmet Saniç açmış, sonra Kipr 
								probleminin tarixindən və çözülməsi ilə bağlı 
								göstərilən fəaliyyətlərdən, Şimali Kipr Türk 
								Respublikasının inkişaf yolundan, bugünkü 
								həyatından bəhs edən film nümayiş olunmuşdur. 
								Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi 
								Zəki Qazikoğlu Kipr münaqişəsinin tarixi 
								haqqında qısa arayış vermiş, problemin həlli 
								perspektivlərindən danışmışdır. 
								
								Seminarda Qafqaz Universiteti Beynəlxalq 
								Münaqişələri Araşdırma Mərkəzinin əməkdaşı 
								Ceyhun Mahmudov "Şimali Kipr Türk 
								Respublikasının azərbaycanlılarda formalaşmış 
								imici" adlı məruzə təqdim etmişdir.  
								
								Seminarda iştirak edən tanınmış politoloq Vəfa 
								Quluzadə mövzu ilə bağlı müəllim və tələbələri 
								maraqlandıran sualları cavablandırmışdır.  
								
								Yusif ƏLİYEV |