Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Fevral 2010 - ¹08

 
Xocalı faciəsinin on səkkizinci  ildönümü təhsil müəssisələrində qeyd olundu
 

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik  Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım  mərasimi keçirilib. Mərasim başlamazdan  əvvəl soyqırımı qurbanlarının xatirəsi  bir dəqiqəlik  sükutla  yad edilib. Sonra tədbiri  Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar  elm xadimi, professor Seyfəddin Qəndilov açaraq erməni separatçılarının terrorçu dəstələrinin "Böyük Ermənistan" yaratmaq  xülyası ilə xalqımıza qarşı daim apardıqları  təxribatlardan danışıb. O, yalnız ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən  sonra  Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması   yönümündə aparılan  işləri  tədbir  iştirakçılarının  nəzərinə  çatdırıb.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı  Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və başqaları  çıxış ediblər.

Tədbirin sonunda faciə qurbanlarının xatirəsinə həsr olunmuş  ədəbi-bədii kompozisiya göstərilib.


Xocalı  faciəsinin 18-ci ildönümü ilə əlaqədar Naxçıvan MR-in bütün müəssisə və təşkilatlarında kütləvi tədbirlər təşkil olunur. Bununla  əlaqədar  olaraq  Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsində, tarix-filologiya, iqtisad  və digər fakültələrində konfranslar keçirilməkdədir. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə xarici tələbələrin də qatıldığı Naxçıvan Muxtar Respublikası tələbələrinin Xocalı faciəsinə həsr olunmuş İnternet aksiyası keçirilmişdir.

Tədbirdə çıxış edən universitetin rektoru, akademik İsa Həbibbəyli 1992-ci il Xocalıda baş verən qanlı hadisələrin o zamankı Azərbaycan rəhbərliyinin  fəaliyyətinin  nəticəsi  kimi dəyərləndirmiş, bu faciəyə hüquqi qiymətin yalnız  ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev  rəhbərliyə gəldikdən sonra verildiyini  bildirmişdir. Natiq universitetdə təhsil alan xarici tələbələrin də belə tədbirlərdə iştirakını və dəstəyini  yüksək qiymətləndirmiş, bunun millətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulamışdır.

Naxçıvan Dövlət  Universiteti  Tələbə  Gənclər  Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini Arzu Abdullayev İnternet aksiya haqqında ətraflı məlumat verdikdən sonra aksiyaya start verilmişdir. İnternet aksiya vasitəsilə tələbə-gənclər Xocalı həqiqətlərini dünyanın əksər beynəlxalq təşkilatlarına, tanınmış ali təhsil ocaqlarına çatdıracaqlar.


 Fevralın 25-də Azərbaycan Dillər Universitetində Xocalı faciəsinin 18-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səsləndi, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Xocalı faciəsini insanlıq əleyhinə ən qanlı hadisə adlandırdı. Tarixə qısa ekskurs edən rektor tarix boyu ermənilərin azərbaycanlılara qarşı törətdiyi hadisələri ən qəddar cinayətlər adlandıraraq bir gecədə 613 dinc insanın öldürülməsini faciə kimi dəyərləndirdi.

Tədbirdə ADU-nun tarix kafedrasının baş müəllimi Qorxmaz Mustafayev və digər çıxış edənlər tarixin müxtəlif vaxtlarında rus imperiyasının dəstəyi ilə ermənilərin Azərbaycan torpaqlarını işğal etmək siyasətinin olduğunu qeyd etdilər və tələbələrə xarici dillərlə yanaşı, Azərbaycan tarixini də dəqiq öyrənməyin vacibliyini bildirdilər. 


Fevralın 25-də Ağdam rayon 100 nömrəli köçkün orta məktəbində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Öncə iştirakçılar Xocalı faciəsində şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Agayeva Xocalı soyqırımını XX əsrin ən qanlı faciəsi olduğunu və bu dəhşətin heç vaxt unudulmayacağını qeyd edib. O, erməni vəhşiliyi və vandalizmi haqqında geniş danışaraq bildirib ki, bir daha belə faciələrin baş verməməsi üçün düşmənə qarşı daim hazırlıqlı və diqqətli olmalıyıq.

Tədbirdə  çıxış edənlər Xocalı faciəsinin dəhşətlərindən söz açaraq  torpaqlarımızın düşmənlərdən tezliklə azad olunacağına əminlik ifadə ediblər. Sonda şagirdlər faciə qurbanlarına həsr edilmiş şeirlər söyləyib və səhnəciklər göstəriblər.

Naxçıvan Dovlət  Universitetində  Xocalı soyqırımının  18-ci ildonümünə həsr olunmuş  silsilə  tədbirlərin  yekunu olaraq  mərasim keçirildi. İlk öncə Azərbaycanın milli müstəqilliyi uğrunda qurban gedən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olundu. Tədbiri giriş sözu ilə açan universitetin rektoru,  akademik  İsa Həbibbəyli Xocalı faciəsi haqqında geniş məruzə etdi. Qeyd olundu ki, Xocalı faciəsi bəşər tarixində misli görünməmiş ən dəhşətli faciədir.

Rektor vurğuladı ki, 1994-cü il fevralın 24-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi və beynəlxalq içtimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı.

Sonra Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix elmləri namizədi Xəzər Hüseynov "Xocalı soyqırımı zəmanəmizin ən dəhşətli faciəsidir"  mövzusunda  məruzə edərək faciənin başvermə səbəbləri və o zamankı ictimai-siyasi proseslər barədə şərh verdi.

Hüquq fənləri kafedrasının baş müəllimi, hüquq elmləri namizədi Qəhrəman Behbudov  "Xoçalı  soyqırımı və beynəlxalq hüquq" adlı məruzəsində Xocalı soyqırımının heç bir beynəlxalq siyasi-hüquqi qanuna sığmadığını, demokratik dünya dövlətlərinin bu genosidə ədalətli qiymət vermələrinin vaxtı çatdığını bildirdi.

Tədbirin sonunda Xocalı soyqırımının 18-ci ildonümünə həsr olunmuş  rəsm sərgisinə baxış keçirildi.


Ötən əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş ən dəhşətli soyqırımı aktlarından biri olan Xocalı faciəsinin 18-ci ildönümü Bakının 115 nömrəli orta məktəbində də geniş qeyd olundu. Bu məqsədlə fevralın 23-də məktəbin akt zalında anım mərasimi keçirildi. Məktəbin dil-ədəbiyyat müəllimi Nəzakət Cəfərova faciənin bütün dəhşətlərini, erməni qəsbkarlarının vəhşiliklərini, amansızlığını əks etdirən və mərasimin hər bir iştirakçısında düşmənə qarşı güclü nifrət və qəzəb hissi oyadan təsirli ədəbi-bədii kompozisiya ssenarisi hazırlamışdı.

Mərasim Dövlət himninin ifası ilə başlandı. Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirin aparıcıları IX və XI sinif şagirdləri Reyhanla Ağalar 18 il öncə fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc Xocalı sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən, faciənin başvermə səbəblərindən, o vaxtkı Azərbaycan hakimiyyətinin öz vətəndaşlarının taleyinə qarşı göstərdiyi biganəlikdən danışdılar, qırğının miqyasını, nəticələrini əks etdirən kədərli statistikanı diqqətə çatdırdılar. Uşaqlar hər dəfə böyük ürəkağrısı ilə söz açdıqları faciəni soyqırımı, genosid adlandırdılar.

Məktəbin V-IX siniflərində təhsil alan istedadlı şagirdlər çıxış edərək Xocalıya, onu müdafiə edən qəhrəmanlara həsr olunan, dinc əhaliyə tutulmuş amansız divanı, onu törədən erməniləri lənətləyən şeirlər söylədilər, səhnəciklər nümayiş etdirdilər. Hadisələrin iştirakçısı olmuş, ermənilərin zülmünə məruz qalmış, həmin dəhşətli gecədə olmazın müsibətlər çəkmiş insanların açı xatirələrinin, bayatıların şagirdlər tərəfindən söylənməsi, məsum bir qızın öz namusunu qorumaq, ermənilərin əlinə keçməməkdən ötrü onu öldürmək üçün əsgərə yalvarması, ağbirçək ananın düşmən gülləsinə tuş gəlmiş igid balasını oxşayaraq ağlaması və s. kimi səhnələr mərasim iştirakçılarına xüsusilə güclü təsir göstərdi, ürəklərdə erməni cəlladlarına qarşı nifrət hissini alovlandırdı. Xocalı hadisələri zamanı əhalinin şəhərdən çıxmasına kömək edən, şəhərə qəfil soxulmuş düşmənə qarşı mərdliklə döyüşən qəhrəmanların, faciə barədə həqiqətləri öz kamerası vasitəsilə dünyaya çatdırmağa can atan telejurnalist Çingiz Mustafayevin şəninə qoşulmuş şeirləri də məktəblilər böyük məharətlə ifa edib, həmin qəhrəmanlardan nümunə götürəcəklərini, Xocalı faciəsinin heç zaman unudulmayacağını bildirdilər. O müdhiş gecədə günahsız insanların axıdılmış qanlarının yerdə qalmayacağını, soyqırımı törədənlərin nəhayət öz cəzalarını alacaqlarına, 18 ildir ki, düşmən əsarətində qalmış Xocalının azad olunacağına inam hissini ifadə etdilər.

Məktəbin direktoru Tanrıverdi Orucov şagirdlərin çıxışlarını yüksək qiymətləndirib onlara baxdıqca düşmənə qalib gələcəyimizə əmin olduğunu söylədi.

Sonda onu da qeyd edək ki, anım mərasiminin keçirildiyi zal tədbirin ruhuna uyğun tərtib olunmuş, Xocalı faciəsinə həsr olunmuş kitablardan guşə yaradılmış, şamlar yandırılmış, divar qəzetləri asılmışdı.


Çağdaş tariximizə  ermənilərin xalqımıza qarşı törətdikləri  soyqırımı aktı kimi düşmüş Xocalı faciəsinin 18-ci ildönümü  fevralın 25-də Qafqaz Universitetində anım mərasimi ilə qeyd olundu. Tələbələrin hazırladığı tədbirin seminar hissəsində giriş sözü söyləyən universitetin rektoru, professor Ahmet  Saniç ermənilərin tarixən  türklərə düşmən olduğunu, onlara qarşı saysız-hesabsız soyqırımı və terror aktları törətdiyini, bu baxımdan tarixdə misli görünməmiş qəddarlıqla həyata keçirilən Xocalı faciəsini də bütün türklərə qarşı  yönəlmiş soyqırımı kimi qiymətlədirdiyini bildirdi.

 Seminarda çıxış edən millət vəkili, filologiya elmləri doktoru Jalə Əliyeva, tarixçi alimlər, professorlar Musa Qasımlı və Xaləddin İbrahimli Xocalı faciəsini tarixdə törədilmiş soyqırımlarla müqayisə edib onun məhz silahsız, dinc əhaliyə qarşı yönəldiyi üçün misli-bərabəri olmadığını, dünya dövlətləri tərəfindən indiyədək bu faciəyə düzgün və ədalətli siyasi qiymət verilmədiyini diqqətə çatdırdılar.

Sonra universitetin teatr kollektivinin hazırladığı ədəbi-bədii proqram nümayiş etdirildi.

Tələbələr Xocalı hadisələrinə, həmin müdhiş  qırğın zamanı düşmən əli ilə faciəli şəkildə həlak olmuş  yüzlərlə insanın acı taleyinə həsr olunmuş şeirlər söylədilər, səhnəciklər göstərdilər.


Bakıdakı fizika-riyaziyyat  və informatika təmayüllü liseydə Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Öncə bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edildi. Tədbiri açıq elan edən məktəbin direktor müavini Valeh Bəyalıyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən ağır cinayətlərindən biri - erməni qəsbkarlarının törətdiyi misilsiz  vəhşilikləri barədə məlumat verdi, qeyd etdi ki, erməni hərbçiləri  öldürdükləri insanların başlarının dərisini soymuş, körpə uşaqların gözlərini  çıxarmış, qocaları, uşaqları diri-diri  torpağa basdırmış və yandırmışlar. Erməni cəlladları bu faciəni rus ordusunun 366-cı alayının bilavasitə köməyi   və iştirakı ilə  həyata keçirmişdir...

Məktəbin müəllimləri Sərvinaz Əkbərova, Allahverdi Məmmədov çıxışlarında erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən ürəkağrısı ilə danışdılar.

Sonra şagirdlər Nəsibə Tağıyeva, İlyas Dəmirov, Zinyət Əhmədova, Gülcənnət Hüseynli  "Layla, Xocalım layla", "Xocalının Milli Qəhrəmanları", "Azərbaycan"  kompozisiyalarını nümayiş etdirdilər. Naibə Müzəffərova, Türkan Məmmədli  "Şəhid qardaşım",  "Qəhrəman  Çingiz", "Dəfn edin məni, "Xocalı faciəsi", "Bir gəlin qaçırdı, dağlara  sarı", "Azərbaycan", "Xocalı faciəsi" və s. şeirlər,  bayatılar söylədilər.

Sonda Milli Qəhrəman  Çingiz Mustafayevin lentə aldığı Xocalı soyqırımının dəhşətli məqamlarından görüntülər göstərildi.


Bakıdakı 124 nömrəli orta məktəbin tarix müəllimi Zülfiyyə Niftəliyeva VIII "A" sinfinin şagirdləriylə diskussiya təşkil etdi. İlk növbədə, Xocalı soyqırımı haqqında məlumat verərək, tədbirin sonrakı gedişatını daha çox şagirdlərin ixtiyarına buraxdı. Onlar öz fikirlərini sərbəst söyləyərək öyrəndikləri faktlarla onları izah etdilər. Sinif nümayəndəsi Emin İbrahimov xalqımızın indiyədək üzləşdiyi soyqırımı və faciələrin qısa xülasəsini şərh edərək Xocalı soyqırımının nəinki Azərbaycanda, bütün dünyada törədilən digər faciələrdən daha dəhşətli olduğunu vurğuladı və səbəbini uşaqların müzakirəsinə buraxdı. Murad Qubadzadə bildirdi ki, bu soyqırımı dinc əhaliyə divan tutulması olduğundan daha amansız sayılmalıdır.

Ümumiyyətlə, erməni vəhşiliyi tarix boyu sübut edib ki, normal müharibə aparmaq cəsarəti onlarda yoxdur. Namərdcəsinə, gözlənilmədən, heç nədən xəbərsiz insanları gülləbaran etmək, silahsız insanları öldürmək, onlara qalib gəlmək ermənilərin döyüş taktikasıdır.

İnarə Mahmudova, Aynur Kazımova, Ehtiram Əlizadə ermənilərin Xocalı soyqırımı zamanı törətdikləri tükürpədici vəhşilikləri elə nəql etdilər ki, sanki həmin anları öz gözlərilə görmüşdülər. Sonra şəhidliyin ən ali, ən müqəddəs ad olması haqqında fikirlər söylənildi.

Tədbirdə faciə ilə bağlı ən vacib amillər müzakirə edilib aydınlaşdırıldı və bütün fikirlər ümumiləşdirildi. Bütün bu kədərli məqamlar şagirdlərin gözlərində düşmənə amansız nifrət, günahsız soydaşlarının ruhuna dərin hörmət görüntülərilə sezilirdi. Onlar sadəcə, olanları düzgün təhlil edib, düzgün nəticə sıxarmağa çalışdılar. Öz tarixlərini daha dərindən öyrənməyə cəhd etdilər və vətənin gələcəyinin məhz onlardan asılı olması məsuliyyətini dərk etməyə nail oldular.

Diskussiya boyu öz dəyərli məsləhətlərilə şagirdlərə dəstək olan məktəbin dərs hissə müdiri Arizə Mahmudova belə maarifləndirici tədbirlərin keçirilməsinin şagirdlərdə milli ləyaqət, vətənpərvərlik hisslərinin formalaşmasında olduqca vacib rolu olduğunu vurğuladı.


Bakının 87 nömrəli məktəbində şagirdlərin fəal iştirakı ilə keçirilən anım mərasimində qeyd olundu ki, düz 18 ildir Xocalısız yaşayırıq. Bu illərin ağrı-acısını, dəhşətini indi də yaşayırmış kimi hər il onun məhv olduğu günü yad edirik. Yad edirik ki,  Xocalı deyilən bir şəhəri, onun amansızlıqla məhv edilmiş sakinlərini, həmin o dəhşətli 1992-ci il fevralın 25-dən 26-na keçən gecəni unutmayaq, yadlaşmayaq. Həmin günü unutmaq, hafizələrdən silmək də mümkün deyil. Çünki həmin gecə tarixdə görünməmiş Xocalı faciəsi, Xocalı qırğını törədilmişdi. Bu faciə tarixin yaddaşına qanlı hərflərlə yazılmışdır.

Şagirdlər hazırladıqları və təqdim etdikləri ədəbi-bədii kompozisiya ilə sanki Xocalının 18 il bundan əvvəlki harayına səs verirdilər, onu unutmadıqlarını, faciə qurbanlarına dərin ehtiramla, bu qanlı olayı törətmiş ermənilərə nifrət hissi ilə həmişə xatırlayacaqlarını bildirirdilər.

Mərasimin sonunda çıxış edən məktəbin direktoru Elmira Ələkbərova tarixdə misli görünməmiş bu faciəyə ilk dəfə məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən 1997-ci ildə siyasi qiymət verildiyini, faciənin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun böyük xidmətləri olduğunu söylədi.  

"Azərbaycan müəllimi"

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Fevral 2010 - ¹08
Bu gün Xocalı soyqırımının on səkkizinci ildönümüdür
 
Kaliforniyanın Berkli Universitetində Xocalı faciəsinin on səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilib
 

Xocalı faciəsinin on səkkizinci  ildönümü təhsil müəssisələrində qeyd olundu

 
"Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə
 
İstedadlı uşaqlar üçün 32 pilot məktəbi yaradılıb
 
Amerikalı qonaqlar ADU-da olublar
 
Pedaqoji təcrübəyə həsr edilmiş konfrans
 
Muğam ustadları ilə görüş
 
Nazir Bakıdakı 18 nömrəli məktəbdə yeni kurikulumlarla keçilən dərsləri yüksək qiymətləndirdi
 
Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olundu
 
Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında
 
"Poliqlot" qəzetinin 10 illik yubileyi qeyd olundu
 
"Müəllim hazırlığı: Türkiyə təcrübəsi" Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunludur
 
"Təhsilin əsasları" fənni üzrə təlimin təşkilinə dair bəzi qeydlər
 
Azərbaycan Müəllimlər İnstitutunda konfrans
 
"Ermənilər ayaq dırnaqlarımı çıxartdılar"
 
Təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti
 
"Təlim prosesi: ənənəvi və müasir yanaşmalar" mövzusunda respublika seminarı keçirildi
 
Qafqaz Universitetində seminar
 
Ana dilim, yaşa, dilim!
 
Bu il Göygöl rayonunda üç yeni məktəb binası tikiləcək
 
Yeganənin ecazkar dünyası
 
Yubilyar şair məktəbin qonağı olub
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 
Dünya universitetləri: Mançester Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov