Fənn olimpiadalarının yekun turunun mütəşəkkil
keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Fənn olimpiadalarının yekun turu 17-18 mart
2010-cu il tarixdə Bakı şəhərində keçirilsin.
2. Olimpiadaların yekun turunun iştirakçıları 17
mart 2010-cu il tarixdə qəbul edilib aşağıdakı
müəssisələrdə yerləşdirilsinlər:
- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan
tarixi fənləri üzrə S.C.Pişəvəri adına humanitar
fənlər gimnaziyasında - V.Xuluflu küçəsi, 39,
tel.: 566-65-41
- riyaziyyat, fizika və informatika fənləri üzrə
fizika-riyaziyyat və informatika təmayüllü
liseydə - S.Dadaşov küçəsi, 555-ci kvartal,
tel.: 510-76-28
- kimya və biologiya fənləri üzrə
kimya-biologiya təmayüllü liseydə - 8-ci
kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi, 53, tel.:
423-78-42.
3. Olimpiadaların yekun turu Azərbaycan dili və
ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika,
kimya, biologiya fənlərindən iştirakçıların
yerləşdiyi müəssisələrdə, informatika fənnindən
isə BDU-da 18 mart 2010-cu il tarixdə keçirilsin.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) fənn
olimpiadalarının xərclər smetasını hazırlayıb 10
gün müddətinə təsdiqə təqdim etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
22 fevral 2010-cu il |