Fevralın 18-də ABŞ Konqresi üzvlərinin
köməkçiləri Azərbaycan Dillər Universitetində
olublar. Qonaqlar ADU-nun rektoru, professor,
millət vəkili Səməd Seyidov və universitetin
professor-müəllim heyəti ilə görüşüblər. Görüşdə
ABŞ və Azərbaycan arasında əlaqələrin geniş
olduğunu bildirən S. Seyidov keçmiş sovet
məkanında ən böyük Amerika Mərkəzindən birinin
məhz ADU-da olduğunu qeyd edib.
Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı
səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin
rəhbəri Terri Devidson da ADU-da yaradılan
Amerika Mərkəzinin məhz Amerikaya "bir pəncərə"
olduğunu söyləyib.
Görüşdə təhsil sahəsində Azərbaycanla ABŞ
arasında yaradılan əməkdaşlığın getdikcə
genişləndiyindən də söz açılıb.
Şakir CƏFƏROV |