Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Fevral 2010 - ¹08

 

"Təlim prosesi: ənənəvi və müasir yanaşmalar" mövzusunda respublika seminarı keçirildi

 

Xəbər verildiyi kimi, Təhsil Problemləri İnstitutunda ayda bir dəfə ölkənin təhsil sistemində aparılan islahatlara, xüsusən də institutun Kurikulum Mərkəzində fənn kurikulumlarının hazırlanması və tətbiqi ilə bağlı görülən işlərə həsr olunmuş respublika seminarı keçirilir.

Fevralın 24-də həmin silsilədən təşkil edilən növbəti məşğələdə "Təlim prosesi: ənənəvi və müasir yanaşmalar" mövzusu müzakirə olundu. keçirilən seminarda Təhsil Problemləri İnstitutunun rəhbərliyi və əməkdaşları, kurikulum və qiymətləndirmə üzrə mütəxəssislər, paytaxtın və bölgələrin ümumtəhsil məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimləri iştirak edirdilər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri, kurikulum islahatı üzrə alt-komponent koordinatoru Aydın Əhmədov tədbir iştirakçılarına müzakirə olunacaq məsələ ilə bağlı məlumat verdi. Sonra "Təlim prosesi: ənənəvi və müasir yanaşmalar" mövzusunda təqdimatla çıxış etmək üçün söz pedaqoji elmlər doktoru, professor Akif Abbasova verildi. Məruzə-təqdimatda öncə ölkədə həyata keçirilən təhsil islahatları və pedaqoji prosesin yenidən qurulmasından, bu islahatları, zərurətə çevirən başlıca səbəblərdən bəhs olundu.

Pedaqoji prosesin təşkili prinsiplərindən (Milli Kurikulumda) söz açan natiq söylədi ki, bu mənada təhsil, təlim, tərbiyə, inkişaf və formalaşma proseslərinin məcmusu anlaşılır. Hər bir dərs təşkilati, məntiqi və psixoloji cəhətdən tam olmalıdır.

Daha sonra məruzədə əsas pedaqoji anlayış olan təlimin mahiyyəti və məzmunundan danışıldı, təlim prosesinin təşkili haqqında fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Qeyd olundu ki, təlimin məzmunu dedikdə, şagirdlərin ayrı-ayrı dərslərdə yiyələnməli olduğu bilik, bacarıq və vərdişlərin həcmi və xarakteri nəzərdə tutulur. Təhsilin məzmunu təlim prosesinin komponentlərindəndir. Məktəbdə və digər təlim-tərbiyə müəssisələrində təhsilin məzmunu kurikulumlar, təhsil standartları, dövlət tədris planları, öyrənilən fənlər üzrə tədris proqramları və dərsliklərlə müəyyən olunur. Son zamanlar ənənəvi və müasir təlim anlayışlarının müzakirə obyektinə çevrildiyini vurğulayan məruzəçi bildirdi ki, bu yalnız son dövrlərin problemi deyil. XX əsrin müxtəlif dövrlərində də, gələcəkdə də müasir dərs, təlimin prinsip və metodlarına müraciət etmək mühüm tələb olub və olacaq. Bu problem bütün dövrlərdə ortaya atılıb.

Sonra A.Abbasov hər iki təlimin müqayisəli təhlilini apardı, fəal təlimin xüsusiyyətləri, metodları haqqında ətraflı məlumat verdi, ənənəvi və fəal dərslərin quruluşunu, standart və qeyri-standart dərslərin əsas xüsusiyyətlərini diqqətə çatdırdı.

Təqdimat-məruzə başa çatdıqdan sonra Aydın Əhmədov seminar iştirakçılarını mövzu ətrafında geniş müzakirəyə dəvət etdi.

Bakıdakı 115 nömrəli məktəbin müəllimi Xuraman Əmircanova, 5 nömrəli məktəbin müəllimləri Sevinc Rzayeva, Almaz Bayramova, 164 nömrəli məktəbin müəllimləri Turan Hüseynova, Arzu Quluzadə, 58 nömrəli məktəbin direktoru Ulduzxan Abdullayev, 28 nömrəli məktəbin müəllimi Tünzalə Rzayeva, Təhsil Problemləri İnstitutunun əməkdaşı, psixologiya elmləri namizədi Limunəd Əmrahlı və başqaları müzakirə olunan mövzu ilə bağlı rəy və mülahizələrini söylədilər, bir sıra təkliflərini səsləndirdilər.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov və Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov tədbir iştirakçılarının müxtəlif məsələlərlə bağlı suallarını cavablandırdılar və səslənən təkliflərə münasibətlərini bildirdilər.

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Fevral 2010 - ¹08
Bu gün Xocalı soyqırımının on səkkizinci ildönümüdür
 
Kaliforniyanın Berkli Universitetində Xocalı faciəsinin on səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilib
 

Xocalı faciəsinin on səkkizinci  ildönümü təhsil müəssisələrində qeyd olundu

 
"Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə
 
İstedadlı uşaqlar üçün 32 pilot məktəbi yaradılıb
 
Amerikalı qonaqlar ADU-da olublar
 
Pedaqoji təcrübəyə həsr edilmiş konfrans
 
Muğam ustadları ilə görüş
 
Nazir Bakıdakı 18 nömrəli məktəbdə yeni kurikulumlarla keçilən dərsləri yüksək qiymətləndirdi
 
Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olundu
 
Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında
 
"Poliqlot" qəzetinin 10 illik yubileyi qeyd olundu
 
"Müəllim hazırlığı: Türkiyə təcrübəsi" Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunludur
 
"Təhsilin əsasları" fənni üzrə təlimin təşkilinə dair bəzi qeydlər
 
Azərbaycan Müəllimlər İnstitutunda konfrans
 
"Ermənilər ayaq dırnaqlarımı çıxartdılar"
 
Təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti
 
"Təlim prosesi: ənənəvi və müasir yanaşmalar" mövzusunda respublika seminarı keçirildi
 
Qafqaz Universitetində seminar
 
Ana dilim, yaşa, dilim!
 
Bu il Göygöl rayonunda üç yeni məktəb binası tikiləcək
 
Yeganənin ecazkar dünyası
 
Yubilyar şair məktəbin qonağı olub
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 
Dünya universitetləri: Mançester Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov