Xocalı
hadisələri bir daha onu göstərdi ki, ermənilər
Azərbaycanın təkcə torpaqlarına göz dikmək,
ərazimizi qəsb etmək yox, xalqımıza qarşı
soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər.
Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə
verdi. O dəhşətli gecədə Azərbaycan xalqının
ürəyinə bir süngü taxıldı. O süngü indiyədək
bizi sızıldadır. Bu yara hələ sağalmayıb,
bağlanmayıb, bu yara qəlbimizdə həmişə
olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc
əhaliyə hücum etmək, uşağı, qadını, qocanı,
xəstəni vəhşicəsinə yerindəcə məhv etmək,
öldürmək və onlara görünməmiş qəddarlıqla
əzab-əziyyət vermək düşmənlərimizin nə qədər
vəhşi olduğunu bir daha sübut edir.
Heydər ƏLİYEV
1992-ci il fevralın 26-da xalqımız öz taleyinin
ən ağır və acılı anlarından birini yaşadı. Həmin
gün qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi
birləşmələri tərəfindən yer üzündən silindi. Heç
bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin
tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü,
meyitləri təhqir olundu. Uşaqlar, qadınlar,
qocalar, bütöv ailələr məhv edildi. XX əsrin
sonunda təkcə Azərbaycan xalqına qarşı deyil,
bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri
baş verdi. Xocalı faciəsi öz ağırlığına,
vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə
qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer
tutur.
İlham ƏLİYEV
Faciənin dəhşətləri rəqəmlərin dili ilə
·
613 nəfər öldürülüb (106 nəfəri qadın, 63-ü
azyaşlı uşaq, 70-i qoca)
·
8
ailə
tamamilə
məhv
edilib
·
25
uşaq
hər
iki valideynini itirib
·
130
uşaq
isə
valideynlərindən
birini itirib
·
1275
nəfər
girov götürülüb
·
150
nəfər
itkin düşüb
·
1000
nəfər
əlil
olub |