Ölkəmizdə istedadlı uşaq və gənclərin aşkara
çıxarılması və onlarla iş sahəsində tədqiqatlara
başlanılıb, 21 bölgədə 32 pilot məktəbi
yaradılıb. 2010-cu ildə respublikamızın 8
bölgəsində (Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan
şəhərləri, Şəki, Lənkəran, Quba, Ağdaş rayonları)
isdedadlı uşaqlar üçün liseylərin yaradılması
nəzərdə tutulub.
Bu il Bakı şəhərində Beynəlxalq Mendeleyev
olimpiadasının, "Kiçik Akademiya"nın respublika
təsis konfransının keçirilməsi, istedadlı
şagirdlərin müəyyənləşdirilməsi məqsədilə seçim
tədbirlərinin, o cümlədən yekun seçim turunun
təşkili də planlaşdırılıb.
Müəllimlərin işə qəbulu elektron vasitələr
tətbiq edilməklə aparılacaq
Ölkəmizdə müəllimlərin peşəkarlıq səviyyəsinin
artırılması, müxtəlif müsabiqə və yarışların
təşkili, layihə və proqramların həyata
keçirilməsi sahəsində bir sıra qurumlarla
səmərəli əməkdaşlıq əlaqələri yaradılıb, birgə
tədbirlər həyata keçirilib.
Bu il ölkəmizin ümumtəhsil məktəblərində
pedaqoji kadr təminatı vəziyyətinin
monitorinqinin aparılması, respublika üzrə
müəllimlərin işə qəbulu sahəsində elektron
vasitələr tətbiq edilməklə yeni mexanizmlərin
tətbiqi nəzərdə tutulub. Eləcə də işləyən
müəllimlərin və rəhbər pedaqoji işçilərin
peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üzrə
mexanizm hazırlanıb tətbiq ediləcəkdir.
Y.ƏLİYEV |