| 
								
								Fevralın 19-da Azərbaycan Dillər Universitetinin 
								(ADU) İnformasiya Resurs Kompleksində 
								universitetin İctimaiyyətlə əlaqələr və mətbuat 
								xidmətinin yaranmasının 1, "Poliqlot" qəzetinin 
								10 illiyinə həsr olunmuş yubiley mərasimi 
								keçirildi. 
								
								Tədbirin əvvəlində mətbuat xidmətinin 1 illik 
								fəaliyyətini əks etdirən slaydlar nümayiş 
								etdirildi. ADU-nun İctimaiyyətlə əlaqələr və 
								mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova 
								tədbiri açaraq qurumun yaranmasından və 
								fəaliyyətindən danışdı. Ali təhsil müəssisələri 
								içərisində yalnız ADU-nun mətbuat xidmətinin KİV 
								nümayəndələri üçün brifinq təşkil etdiyi 2009-cu 
								il ərzində ADU haqqında KİV-də 1000-dən çox 
								materialın getdiyi qeyd edildi. Bu 
								fəaliyyətlərinin təhsil naziri Misir Mərdanov 
								tərəfindən də yüksək qiymətləndirilərək təşəkkür 
								məktubu aldıqlarını bildirən Z.Kazimova bu 
								uğurlara görə öncə universitetin rektoru Səməd 
								Seyidova təşəkkür etdi, "Poliqlot" qəzetinin ilk 
								universitet nəşri olaraq Mətbuat Şurasının üzvü 
								olduğu bildirildi. 
								
								ADU-nun rektoru, millət vəkili, professor Səməd 
								Seyidov çıxış edərək Dillər Universitetinin 
								tarixindən, onun keçdiyi şərəfli yoldan danışdı. 
								İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin və 
								"Poliqlot" qəzetinin fəaliyyətindən razılığını 
								bildirən Səməd Seyidov universitetin həyatında 
								baş verən hadisələrin tez bir zamanda 
								işıqlandırılmasını xidmətin əməyinin bəhrəsi 
								olduğunu vurğuladı. 
								
								Sonra nominasiyalar üzrə mükafatlandırılma 
								mərasimi baş tutdu. ADU-nun fəaliyyətini ən 
								yaxşı və geniş işıqlandıran televiziya kimi 
								Azərbaycan Televiziyası, İTV, LİDER TV, ən yaxşı 
								və geniş işıqlandıran qəzetlər kimi "İki sahil", 
								"Azərbaycan müəllimi", "525-ci qəzet", "Azərbaycan", 
								"Xalq qəzeti", " Respublika", "Yeni Azərbaycan" 
								qəzetləri, ən yaxşı və geniş işıqlandıran 
								informasiya agentlikləri kimi AzərTAc, APA, SİA, 
								Azadinform, Riyad Media informasiya agentlikləri, 
								ADU ilə əməkdaşlıqlarına görə ANS, Space, ATV, 
								Xəzər televiziya kanalları, "Ayna", "Zerkalo" 
								qəzetlərinin, "1 news.az", "Trend" informasiya 
								agentliklərinin əməkdaşlarına təşəkkür 
								məktubları verildi. ADU ilə mütəmadi 
								əməkdaşlıqlarına görə isə AzərTAc informasiya 
								agentliyindən Araz Fərzəliyev, "Azərbaycan 
								müəllimi" qəzetindən Şakir Cəfərov, "Respublika" 
								qəzetindən Cavid Məmmədov, "Lent.az" saytından 
								Pərvin Abbasov, "Nedelya" qəzetindən Milana 
								Juçkova, "Zerkalo" qəzetindən Sevinc İsmayılova 
								müxtəlif hədiyyələrlə mükafatlandırıldılar. APA 
								informasiya agentliyinin əməkdaşı Viktoriya 
								Dementyeva və "525-ci qəzet"in əməkdaşı Sevinc 
								İsmayılovaya isə noutbuk hədiyyə edildi. 
								
								Tədbirdə millət vəkili Asim Mollazadə, Milli 
								Məclisin Mətbuat xidmətinin rəhbəri Akif 
								Təvəkküloğlu, Xarici İşlər Nazirliyinin Mətbuat 
								xidmətinin rəhbəri Elxan Poluxov, Mədəniyyət və 
								Turizm Nazirliyinin Mətbuat xidmətinin rəhbəri 
								Zöhrə Əliyeva çıxış edərək ADU-nun İctimaiyyətlə 
								əlaqələr və mətbuat xidmətinin 1 illik, "Poliqlot" 
								qəzetinin 10 illik yubileyi münasibəti ilə 
								təbriklərini çatdırdılar.  
								
								
								M.NOVRUZOV |