Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Fevral 2010 - ¹06

 
Dünya universitetləri:

Mançester Universiteti

 
  Yerləşir: Böyük Britaniya, İngiltərə, Mançester şəhəri  
Yaranma tarixi: 1824-cü il
Tipi: Dövlət
İşçi heyəti: 5800 (akademik heyət)
Tələbələrin sayı: 35441 nəfər
İllik gəlirləri:  684 milyon funt-sterlinq
Rəsmi saytı: www.manchester.ac.uk

Mançester Universiteti  (Manchester University)  İngiltərənin şimal-qərb bölgəsinin ən böyük universitetidir  və eyniadlı şəhərdə yerləşir. Universitet Böyük Britaniyanın nəhəng elmi-tədqiqat universitetləri qurumu olan "Russell Qrupu"nun və elmi-tədqiqat layihələri üzrə "N8 Qrupu"nun üzvüdür. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının dünya universitetlərinin 2009-cu il üzrə reytinqində isə Mançester Universiteti dünyada 26-cı, Avropada 8-ci, Böyük Britaniyada 7-ci yerdə sıralanıb. Mançester Universiteti dünya elminə verdiyi töhfələri ilə tanınır.  

Tarixi 

Mançester tarix boyu mühüm sənaye şəhəri olub. 1824-cü ildə şəhərin iş adamları və sənayeçiləri tabeliklərində olan işçilərin əsas elm sahələrini, xüsusən mexanika və kimyanı daha yaxşı mənimsəmələri üçün müştərək Mexanika İnstitutunu (sonradan Mançester Elm və Texnologiya İnstitutu) açmaq qərarını verirlər. Eyni məqsədlə 1851-ci ildə toxuculuq taciri Con Ouensin təşəbbüsü ilə Ouens Kolleci təsis olunur. Kollec 1880-ci ildə Kraliça fərmanı ilə təltif olunur və İngiltərənin birinci mülkü təhsil müəssisəsi kimi fəaliyyət göstərməyə başlayır. 1903-cü ildə bu kollec Viktoriya Universiteti adlandırılır. 1905-ci ilədək  hər iki kollec bölgənin ən böyük və fəal təhsil müəssisələrinə çevrilir.

Mançester Universiteti ənənəvi olaraq  güclü elmi ilə seçilib. Dünyanın ilk kiçik təcrübə proqramı və atomun nüvə təbiəti Rezerford tərəfindən məhz burada kəşf edilib.

22 oktyabr 2004-cü ildə Böyük  Britaniya kraliçası II Yelizavetanın Kraliça fərmanına əsasən, Mançester Viktoriya Universiteti ilə Mançester Elm və Texnologiya İnstitutu rəsmən birləşərək, Mançester Universiteti adı altında fəaliyyət göstərir. Universitetin açılışında Kraliça II Yelizaveta şəxsən iştirak edir. Bu hadisə həmin ali təhsil ocağının böyük nüfuz qazanmasına səbəb olub.

Universitet Britaniyada tədris edilən akademik sahələrin sayına görə birincidir. Mançester Universiteti yaranarkən qarşıya qoyulan məqsəd onun aparılan tədqiqatların keyfiyyətinə və icrasına görə 2015-ci ilədək dünyanın ən güclü 25 tədqiqat universitetləri sırasında dayanması olub.  

Büdcə xərcləri və təhsil haqqı 

2009-cu ilin nəticələrinə əsasən, Mançester Universitetinin illik gəliri 684 milyon funt-sterlinqdən çox olub. Bu məbləğin çox hissəsi dövlət tərəfindən ayrılan qrantlardan, elmi-tədqiqat və təhsil haqlarından əldə olunur. 2008-ci ildə universitetin tədqiqatlar nəticəsində gəlirinin məbləği 253 milyon funt-sterlinq olub. Mançester Universiteti Böyük Britaniyada yüksək dəyərə malik kapital yatırımı proqramına başlayıb. Bu proqram çərçivəsində universitet binalarının təmir və tikintisinə, ictimai işlərə 400 milyon funt dəyərində vəsait xərclənəcəyi nəzərdə tutulur. Proqramın ən böyük xərc tələb edən layihələri bunlardır: Tələbə xidmətləri və tibbi müayinə binası - 65 milyon funt, Astronomiya, riyaziyyat, fizika və foton elmi binası - 59 milyon funt, Mançester Sahələrarası Biomərkəzi - 39 milyon funt və s.

125000 nümayəndənin iştirak etdiyi 1500-ə yaxın tədbir və konfransdan universitet illik 5 milyon funtdan çox gəlir əldə edir.

2009-2010-cu tədris ilində Mançester Universitetində təhsil haqqı yerli tələbələr üçün təxminən 3200 funt-sterlinq, əcnəbi tələbələr üçün isə 10000-15000 funt-sterlinq təşkil edib.

Mançester Universitetində hər bir məktəbin tələbələr üçün müxtəlif təqaüdləri mövcuddur. Həmin təqaüdlərə namizəd olmaq məqsədilə tələbələr qəbul ərizələrini göndərərkən universiteti bu barədə məlumatlandırmalıdırlar. Universitetdən əlavə, tələbələrin faydalanacağı "Britaniya Şurası" və s. qurumların da təqaüd proqramları var.  

Qəbul qaydaları 

Mançester Universitetində ərizələrin qəbulu Universitetlərə və Kolleclərə Qəbul Xidməti (Universities & Colleges Admissions Service - UCAS) vasitəsilə İnternet əsasında həyata keçirilir.  UCAS-da abituriyentlər özləri haqqında müxtəlif məlumatların saxlandığı səhifə açırlar. Lazımi sənədlər həmin sistemə yüklənir və müvafiq proqram üçün müraciət edilir. Müxtəlif proqramların fərqli tələb qaydaları olsa da, universitetlərin əksəriyyətinin tələbləri aşağıdakılara uyğun gəlir:

Niyyət məktubu - inşa şəkilində yazılan bu məktubda abituriyent proqrama nə üçün qəbul olunmaq istədiyini və bundan necə faydalanacağını göstərir.

Tövsiyə məktubları - akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktublardır.

Abituriyentin ingilis dilini bilməsini təsdiq edən sənədlərə- onların ingilis dilinə nə dərəcədə yiyələndiklərini təsdiq edən İELTS və ya TOEFL imtahanlarının nəticələri aid edilir.

Əlavə sənədlər - buraya akademik və iş fəaliyyətini təsdiq edən, müxtəlif təcrübələr haqqında sənədlər daxildir. 

Universitet bu gün 

Mançester Universiteti dünyanın digər universitetləri kimi geniş kampusa malik deyil. Buna səbəb universitetin özünün xüsusi ərazisinin olmamasıdır. Universitetin nəzdində 1,21 km2 sahəni əhatə edən 341 bina var. Həmin binalar Mançester şəhərinin cənub bölgəsində bir-birinə yaxın yerləşib. Mançester Universitetinin kampusu iki hissədən ibarətdir: Sekvil Stritdə (Sackville Street) və Oksford Roudda (Oxford Road) mərkəzləşmiş Şimal və Cənub kampuslar. Universitetə aid bəzi tikililər şəhərdən kənarda yerləşir. Məsələn, Codrel Radioastroloji Rəsədxanası (Jodrell Bank Observatory) və Van Sentral Park (One Central Park) binası Çeşir qraflığına yaxın yerdədir.

Mançester Universitetinin nəzdində 22 akademik məktəb və dünya əhəmiyyətli çoxsaylı sahələrin tədrisi və tədqiqatı ilə məşğul olan yüzlərlə tədqiqat institutları vardır. Burada dörd fakültə mövcuddur: Tibb və ictimai elmlər, Mühəndislik və fizika, Humanitar elmlər və Həyat elmləri.

Tibb və ictimai elmlər fakültəsinə Tibb, Stomatologiya, Tibb bacısı, mamalıq və ictimai iş, Əczaçılıq və formakologiya, Fizioilogiya elmləri məktəbləri daxildir.

Mühəndislik və fizika fakültəsinə Kimya mühəndisliyi və analitik elmlər, Kimya, Kompüter elmləri, Yer, atmosfer və ətraf mühit haqqında elmlər, Elektrik və elektronika mühəndisliyi, Materiallar, Mexanika, aerokosmos və mülki mühəndislik, Fizika və astronomiya məktəbləri daxildir.

Humanitar elmlər fakültəsinə İncəsənət, tarix və mədəniyyət, Pedaqoqika, Ətraf mühit və inkişaf, Linqvistika və kulturologiya, Hüquq, Biznes, Sosiologiya, Əlaqələndirilmiş elmlər mərkəzi məktəbləri aiddir.

Həyat elmləri fakültəsi eyniadlı bir məktəbdən ibarətdir.

Universitetdə 200-ə yaxın müxtəlif adda proqramlar tədris olunur. Yayda isə 800 nəfərlik xüsusi məktəblər fəaliyyət göstərir.

Mançester Universitetinin nəzdində Aerokosmik Tədqiqatlar, Biotibbi Vizualizasiya, Bruks Yoxsulluqla Mübarizə, Dalton Nüvə Tədqiqatları, Sağlamlıq Haqqında Elmlər, Etika və İnnovasiya Elmləri, Neyroelmlər və s. institutlar  mövcuddur.

Universitetin Cənub kampusunda yerləşən Con Raylend kitabxanası Böyük Britaniyanın ən böyük elektron kolleksiyalı, Oksford və Kembricdən sonra ölkənin üçüncü ən böyük akademik kitabxanasıdır. Əsası 1851-ci ildə qoyulmuş on iki binadan ibarət kitabxanada 4 milyondan çox kitab və əlyazma, 40000-dən çox jurnal və 500000 elektron kitab var. Kitabxananın viktorian qotik üslubda tikilmiş ən qədim hissəsi Mançester şəhərinin mərkəzində yerləşir. Bu bina mesenat İohann Raylendin həyat yoldaşı Avqustina Raylend tərəfindən tikilib. Burada qədim kitab və əlyazmalar, eləcə də "Əhti-Ətiq"in ("Bibliya"nın xristianlıqdan əvvəlki qədim hissəsi) ən qədim nümunəsi saxlanılır (İohann fraqmenti).

Mançester Universitetinə aid Mançester Muzeyi Böyük Britaniyanın ən böyük muzeylərindən biridir. 1821-ci ildə yaranmış muzey dünyanın hər tərəfindən gətirilmiş 4 milyondan çox eksponata sahiblik edir. Kolleksiya ilk öncə Mançester Təbiət Elmləri Cəmiyyəti tərəfindən toplanıb, sonra Mançester Coğrafiya Cəmiyyətinin eksponatları ilə zənginləşdirilib. 2004-cü ilin noyabrında muzey daşlaşmış tironozavr qalıqlarını əldə edib. Hər il 30000 məktəbli Mançester Muzeyində maarifləndirici tədbirlərdə iştirak edir.

Mançester Universitetinin nəzdində universitetin nəşriyyatı fəaliyyət göstərir. Nəşriyyat kitab, jurnal, qəzet, monoqrafiya və s. dərc edir. Oksford və Kembric universitetlərinin nəşriyyatından sonra Mançester Universiteti nəşriyyatı ölkədə üçüncü yerdədir.

Mançester Universitetində, ümumilikdə, 15500 nəfər işlə təmin olunub. Onların 5800 nəfərini akademik heyət təşkil edir. Universitetin kansleri cənab Tom Blokshem, vitse-prezidenti professor Alan Gilbertdir.

Universitetdə cari ildə təhsil alan 35441 tələbənin 74 faizi bakalavr (26160 nəfər), qalanı isə magistratura və doktorantura pilləsi üzrə oxuyurlar. 2008-ci ildə bakalavr pilləsində təhsil almaq üçün 53300 nəfər universitetə ərizə ilə müraciət edib. Bu göstəriciyə görə, Mançester Universiteti Böyük Britaniyada birincidir. Universitetin 180 ölkədən olan əcnəbi tələbələrinin sayı 6305 nəfərdir.

Universitetin tələbə və məzunlarının işlə təmin olunması üçün Karyera Xidməti mövcuddur. AGR/Barkers Media Audit şirkətinin 2002-2007-ci illərdəki araşdırmasına əsasən, bu təşkilat Böyük Britaniyanın ən yaxşı işədüzəltmə xidmətidir. Mançester Universiteti məzunlarının işədüzəlmə göstəricisi də yüksəkdir, onların 94 %-i işlə təmin olunur.

Mançester Universitetində qiymət baxımından bir-birindən çox fərqlənməyən, müxtəlif səviyyəli otaqları olan universitet və özəl yataqxanalar vardır. Universitet yataqxanalarının böyük hissəsi Felloufild (Fallowfield) kampusunda yerləşir. Universitet yataqxanalarında 9200 nəfər otaqla təmin olunur. Yataqxanada yaşamaq üçün müraciət tədris ili başlamazdan öncə universitetin saytındakı müvafiq səhifədə hesab açaraq, ərizə göndərməklə həyata keçirilir. Ödəniş ildə 2 dəfə aparılır. Universitetə yaxın ərazidəki evlərdə otaqların kirayə qiymətləri baha olmadığından tələbələrin çoxu bu seçimə üstünlük verir.

Mançester Universitetində bir neçə azərbaycanlı tələbə təhsil alır. 2009-2010-cu tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Səməd Kərəm oğlu Səfərov magistratura pilləsi üzrə Beynəlxalq Biznes və İdarəetmə proqramında oxuyur. Emin Əhmədov isə Neft Mühəndisliyi proqramının hazırlıq pilləsində təhsil alır.

Mançester Universiteti dünyanın bir çox universitetləri ilə sıx əməkdaşlıq edir və tələbələr qarşılıqlı əlaqələrin nəticəsində müxtəlif mübadilə proqramlarında iştirak etmək hüququna malikdirlər.  

Universitetin məşhur alim və məzunları 

Mançester Universitetində 23 Nobel mükafatçısı çalışaraq tədqiqat aparıb. Mançester Universitetinin tanınmış şəxslərindən atom nəzəriyyəsinin banisi Con Daltonu, atomun nüvə təbiətini kəşf etmiş Ernest Rezerfordu, fiziklər Osborn Reynoldsu, Nils Boru, Artur Şusteri, Ernest Marsdeni, Balfur Styuartı, riyaziyyatçılar Pol Erdeş Horatsiy Lembi, süni intellektin yaradıcılarından Alan Tyurinqi, məşhur filosoflar Samuel Aleksanderi, Lüdviq Vithenşteyni, radioastronomiyanın yaradıcısı Bernard Lovelli, iqtisadçı Riçard Nelsonu və s. qeyd etmək olar.      

Mançester Universitetinin məşhur məzunları

  Corc Riçards  Trinidad və Tobaqonun prezidenti  
  Veytsman Xaim  İsrailin ilk prezidenti  
  Teo Hin Sinqapurun Baş naziri  
  Səid Musa Belizin sabiq Baş naziri  
  Camaluddin Carcis Malayziyanın sabiq elm, texnologiya və  innovasiya naziri  
  Marqarit Beket  Böyük Britaniyanın keçmiş ticarət və sənaye naziri  
  Xans Bete fizika üzrə Nobel mükafatçısı  
  Ernest Rezerford kimya üzrə Nobel mükafatçısı  
  Uolter Houors  kimya üzrə Nobel mükafatçısı  
  Con Polanyi kimya üzrə Nobel mükafatçısı  
  Con Salston  tibb və fiziologiya üzrə Nobel mükafatçısı  
  Arçibald Hill  tibb və fiziologiya üzrə Nobel mükafatçısı  
  Jozef Stiqlitz iqtisadiyyat üzrə Nobel mükafatçısı  
  Artur Luis iqtisadiyyat üzrə Nobel mükafatçısı  
  Robert Bolt ssenarist və iki Oskar mükafatçısı  

Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Fevral 2010 - ¹08
Bu gün Xocalı soyqırımının on səkkizinci ildönümüdür
 
Kaliforniyanın Berkli Universitetində Xocalı faciəsinin on səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilib
 

Xocalı faciəsinin on səkkizinci  ildönümü təhsil müəssisələrində qeyd olundu

 
"Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə
 
İstedadlı uşaqlar üçün 32 pilot məktəbi yaradılıb
 
Amerikalı qonaqlar ADU-da olublar
 
Pedaqoji təcrübəyə həsr edilmiş konfrans
 
Muğam ustadları ilə görüş
 
Nazir Bakıdakı 18 nömrəli məktəbdə yeni kurikulumlarla keçilən dərsləri yüksək qiymətləndirdi
 
Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olundu
 
Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında
 
"Poliqlot" qəzetinin 10 illik yubileyi qeyd olundu
 
"Müəllim hazırlığı: Türkiyə təcrübəsi" Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunludur
 
"Təhsilin əsasları" fənni üzrə təlimin təşkilinə dair bəzi qeydlər
 
Azərbaycan Müəllimlər İnstitutunda konfrans
 
"Ermənilər ayaq dırnaqlarımı çıxartdılar"
 
Təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti
 
"Təlim prosesi: ənənəvi və müasir yanaşmalar" mövzusunda respublika seminarı keçirildi
 
Qafqaz Universitetində seminar
 
Ana dilim, yaşa, dilim!
 
Bu il Göygöl rayonunda üç yeni məktəb binası tikiləcək
 
Yeganənin ecazkar dünyası

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov