| 
								
								Fevralın 25-də  Bakıdakı  M.Müşfiq adına 18 
								nömrəli orta məktəbdə ibtidai siniflərdə  
								kurikulumların tətbiqi ilə  əlaqədar "Açıq qapı" 
								günü keçirildi. Tədbirdə Təhsil Nazirliyinin, 
								Təhsil Problemləri İnstitutunun, Azərbaycan 
								Müəllimlər İnstitutunun nümayəndəlri, bir qrup 
								məktəb direktoru, fənn müəllimləri və KİV  
								əməkdaşları iştirak edirdilər. Məktəbin 
								direktoru Vaqif Hüseynov tədbirin əhəmiyyəti 
								haqqında məlumat verdi. Qonaqlar məktəbin 
								təlim-tərbiyə işləri ilə  yaxından tanış 
								olduqdan sonra I "A" sinfində  Nazirə 
								Hümbətovanın ana dili , I "C" sinfində Rəna 
								Ağazadənin riyaziyyat,  I "Ç"sinfində Mehriban 
								Qarayevanın həyat bilgisi , II "D" sinfində 
								Mehriban Qocayevanın təsviri incəsənət,  I "A"(r.b.) 
								sinfində Afaq Axundovanın texnologiya və I "B" 
								sinfində Səbinə  Musazadənin musiqi dərslərində 
								iştirak etdilər. Sonra "dəyirmi masa" arxasında 
								dinlənilən dərslərin təhlili oldu. "Açıq qapı" 
								günündə təhsil naziri  Misir Mərdanov I "C" 
								sinfində Rəna Ağazadənin riyaziyyatdan "Həndəsi 
								fiqurların qruplaşdırılması" mövzusundə keçdiyi 
								"açıq dərs"i dinlədi. Müzakirələrdə nazir 
								bildirdi ki, iştirak etdiyim dərs çox yaradıcı 
								oldu və Milli Kurikulumun tələb etdiyi 
								standartlar əsasında yüksək səviyyədə keçdi. 
								Müəllim dərsdə əyani vəsaitdən və digər 
								vasitələrdən lazımınca istifadə etdi və keçdiyi 
								dərsdə  fənlərarası  inteqrasiya yaratdı. 
								
								"Açıq dərs"dən razılıq edən təhsil naziri Misir 
								Mərdanov onu da əlavə etdi ki, müəllim dərs 
								prosesində şagirdləri qruplarla işlətdi, qruplar 
								arasında  düzgün qiymətləndirmə apardı və müasir 
								dərsə verilən digər tələbləri də keyfiyyətlə 
								yerinə yetirə bildi.  
								
								Təhsil Nazirliyindən A.Əhmədov, Azərbaycan 
								Müəllimlər İnstitutundan R.Məmmədzadə, Təhsil 
								Problemləri İnstitutundan Y.Kərimov, Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinin müdiri  N.Rzaquliyeva və 
								başqaları da  dinlənən dərslər barədə öz 
								fikirlərini söylədilər və müəlimlərin işlərindən 
								razı qaldıqlarını bildirdilər. 
								
								Sonda qonaqlar  bu cür tədbirlərin təhsil üçün 
								əhəmiyyətli olmasından söz açdılar və məktəbdə 
								kurikulumların tətbiqi istiqamətində aparılan 
								işlərdən razı qaldıqlarını bildirdilər.   
								
								
								Şakir CƏFƏROV |