2010-cu ilin noyabr ayında ölkəmizin qocaman ali
təhsil müəssisələrindən olan Azərbaycan Dövlət
Neft Akademiyasının yaradılmasının 90 illiyi
tamam olur.
Fəaliyyətə başladığı vaxtdan etibarən ötən
müddət ərzində Azərbaycan Dövlət Neft
Akademiyası respublikamızda və onun
hüdudlarından kənarda neft, qaz və neft-kimya
sənayesi üçün yüksək ixtisaslı mühəndis kadrları
hazırlayan ali təhsil ocağına və elmi
tədqiqatlar mərkəzinə çevrilmişdir.
Ölkəmizdə neft sənayesi ilə bağlı sahələrin
mütəxəssislərlə təminatı istiqamətində
xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət
Neft Akademiyasının 90 illik yubileyinin
layiqincə keçirilməsini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik
yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2010-cu il |