Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Dekabr 2010 - ¹50

 

Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət
göstəricilərinə görə təhlili

Bookmark and Share

Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Qəbələ rayonunun keyfiyyət göstəricilərinə görə nəticələri, bu nəticələrin keçən il ilə müqayisəli təhlili, keyfiyyət və müvəffəqiyyət göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif fənlərin mənimsənilmə səviyyəsi araşdırılmışdır. Qəbələ rayonunun keyfiyyət göstəriciləri şimal-qərb rayonları içərisində ən yüksəkdir.

2009-2010-cu dərs ilində rayonun 52 tam orta ümumtəhsil məktəblərində 1379 şagird təhsil almışdır. Onların 1356-sı (98,33)) buraxılış imtahanlarında iştirak etmiş və 1170 nəfəri (86,28%) yekun nəticəyə görə attestat almışdır. Buraxılış imtahanlarında iştirak edən 1356 şagirddən  730 nəfəri oğlan, 626 nəfəri isə qızdır. Şagirdlərin 1281-i Azərbaycan bölməsinin, 75 nəfəri isə rus bölməsinin şagirdidir. 17 nəfər şagird (Qəbələ şəhər 1 nömrəli orta məktəbindən  4 nəfər, Qəbələ şəhər 2 nömrəli, Nohurqışlaq kənd, Tüntül kənd, Vəndam qəsəbə 1 nömrəli orta məktəblərinin hər birindən 2 nəfər, Qəbələ şəhər 3 nömrəli, Daşlıca kənd, Mirzəbəyli kənd, Nic qəsəbə 3 nömrəli və Zarağan kənd 2 nömrəli orta məktəblərinin hər birindən 1 nəfər) bütün fənlərdən "5" qiymət, 7 nəfər şagird (Nic qəsəbə 5 nömrəli, Qəbələ şəhər 2 nömrəli, Bum qəsəbə, Dızaxlı kənd, Həmzəli kənd, Nic qəsəbə 4 nömrəli və Quşlar kənd orta məktəblərinin hər birindən bir şagird) isə bütün fənlərdən "2" qiymət almışdır. Rayonun 10 məktəbində (19,23%) şagird sayı 10 nəfərdən azdır. Rayon üzrə Niç qəsəbə 1 nömrəli və Abrıx kənd orta məktəblərində 32 şagirdə (2,36%) xarici dil tədris olunmur. Qəbələ rayonunun səkkiz fənn üzrə göstəricilərinin respublika üzrə göstəricilərlə müqayisəsi aşağıdakı diaqramdan aydın görünür. Göründüyü kimi, bütün  fənlərdən keyfiyyət göstəriciləri respublika üzrə göstəricilərdən yüksəkdir.

2008-2009 və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında səkkiz fənn üzrə  rayonun keyfiyyət göstəricilərinin müqayisəli təhlili aşağıdakı diaqramda verilmişdir:

Riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil fənlərindən az da olsa yüksəlişin, əksinə, fizika, kimya, biologiya fənlərindən isə geriləmənin olduğu nəzərə çarpır. Ümumilikdə rayonun yekun keyfiyyət göstəricisi 2008-2009-cu dərs ilinə nisbətən  0,99% artmışdır. 

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında fənlər üzrə yekun göstəricilər 

Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda rayonda Azərbaycan tarixi, kimya və coğrafiya fənlərinin digər fənlərə nisbətən daha yaxşı tədris olunduğu müşahidə olunur. Məktəblərin vəziyyətinə gəldikdə isə coğrafiya fənnindən 18 məktəbin (34,61%), Azərbaycan tarixi, fizika fənlərindən 21 məktəbin (40,38%), Ana dili, biologiya fənlərindən 22 məktəbin (42,31%), riyaziyyat, kimya fənlərindən 23 məktəbin (44,23%) və xarici dil fənnindən 25 məktəbin (48,08%) keyfiyyət göstəricisi rayon üzrə keyfiyyət göstəricisindən yüksəkdir.

Qəbələ rayonu tam orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının nəticələrinə görə keyfiyyət və reytinq göstəricilərinin müqayisəli təhlili aşağıdakı cədvəldə verilmişdir:

  (Cədvəli yülə)

Cədvəldən göründüyü kimi, Zarağan kənd 2 nömrəli və Nohurqışlaq kənd orta məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 9 və 19-cu yerləri tutduqları halda, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 2 və 9-cu yerləri tuturlar. Bu isə o deməkdir ki, həmin məktəblərin şagirdləri daha çox suala düzgün cavab verərək yüksək qiymətlər alıblar. Əksinə,  Zalam kənd və Böyük Əmirli  kənd orta məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 4 və 6-cı yerləri tutmalarına baxmayaraq, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 11 və 18-ci yerləri tuturlar.

Keyfiyyət göstəricisinə görə, məktəblərin sıralanmasında ilk və son iki yeri tutan məktəblərin göstəriciləri  aşağıdakı kimidir:

Zarağan kənd 2 nömrəli orta məktəbindən 20 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird Ana dilindən 16,45 suala  (65,80%), riyaziyyatdan 16,95 suala (67,80%), Azərbaycan tarixindən 10,55 suala  (70,33%), fizikadan 6,65 suala (66,50%), kimyadan 7,75 suala (77,50%), biologiyadan 7,65 suala (76,50%), coğrafiyadan 6,95 suala (69,50%), xarici dildən isə 10,20  suala  (68,00%)  düzgün  cavab  vermişdir.

Bunud kənd orta məktəbindən 22 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird Ana dilindən 16,77 suala (67,09%), riyaziyyatdan 15,14 suala (60,55%), Azərbaycan tarixindən 11,59 suala  (77,27%), fizikadan 6,32 suala  (63,18%), kimyadan 6,50 suala (65,00%), biologiyadan 6,41 suala (64,09%), coğrafiyadan 7,77 suala (77,73%), xarici dildən isə 9,86 suala  (65,76%) düzgün cavab vermişdir.

Tola kənd orta məktəbində 7 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird Ana dilindən 7,86 suala  (31,43%), riyaziyyatdan 9,71 suala  (38,86%), Azərbaycan tarixindən 3,29 suala (21,90%), fizikadan 3,57 suala  (35,71%), kimyadan 3,86 suala (38,57%), biologiyadan 3,29 suala (32,86%), coğrafiyadan 3,00 suala (30,00%), xarici dildən isə 3,14 suala  (20,95%) düzgün cavab vermişdir.

Nic qəsəbə 1 nömrəli orta məktəbindən 15 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird Ana dilindən 7,13 suala  (28,53%), riyaziyyatdan 8,20 suala  (32,80%), Azərbaycan tarixindən 5,20 suala  (34,67%), fizikadan 4,20 suala  (42,00%), kimyadan 3,00 suala  (30,00%), biologiyadan 3,47 suala  (34,67%), coğrafiyadan 4,13 suala  (41,33%) düzgün cavab vermişdir. Nic qəsəbə 1 nömrəli orta məktəbində xarici dil fənni tədris olunmur. Məktəblərin 8 fənn üzrə göstəricilərinin rayon göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı qrafiklərdə  daha aydın görünür. 

Qəbələ rayonunun və Zarağan kənd 2 nömrəli orta məktəbin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili 

Qəbələ rayonunun və Bunud kənd orta məktəbin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili 

Qəbələ rayonunun və Tola kənd orta məktəbin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili 

Qəbələ rayonunun və Nic qəsəbə 1 nömrəli orta məktəbin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili 

Qəbələ rayonu ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər üzrə keyfiyyət göstəriciləri 

Cədvəldən göründüyü kimi, orta statistik şagird rayon üzrə Ana dili fənnindən sualların 51,61%-nə düzgün cavab vermişdir. Qızların düzgün cavabları 53,68%, Azərbaycan bölməsinin düzgün cavabları isə 52,61% olmuşdur, bu da rayon göstəricisindən yuxarıdır. Əksinə, rus bölməsinin və oğlanların göstəriciləri rayon göstəricisindən aşağıdır. Cədvələ nəzər salsaq bütün 8 fəndən qızların göstəricilərinin oğlanların və rayonun göstəricilərindən daha yaxşı olduğunu görürük. Bu aşağıdakı diaqramdan daha aydın görünür.

 

Azərbaycan və rus bölmələri üzrə keyfiyyət göstəricilərinin müqayisəsi aşağıdakı diaqramdan aydın görünür.

 

Göründüyü kimi, Azərbaycan bölməsində təhsil alan şagirdlərin bütün fənlər üzrə göstəriciləri rus bölməsinin göstəricilərindən xeyli yüksəkdir.

2008-2009 və 2009-2010-cu dərs illərində səkkiz fənni qiymətlər üzrə müqayisə etdikdə, əksər fənlərdən "2" qiymət alanların faiz göstəricilərinin aşağı düşdüyünü müşahidə edirik. "2" qiymət alanların sayı Ana dilindən 2,77%, riyaziyyatdan 2,76%, Azərbaycan tarixindən 2,77%, fizikadan 1,29%, biologiyadan 0,03%, coğrafiyadan 0,75% və xarici dildən 0,70% azalmışdır. Yalnız kimyadan "2" qiymət alanların sayı 0,57% artmışdır. Ümumiyyətlə, yeddi fəndən "2" qiymət alanların sayının azalması öz növbəsində keçən il ilə müqayisədə müvəffəqiyyət faizinin artmasına təsir etmişdir. 2008-2009-cu dərs ilində 1363 şagirddən 1341 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 889-u, yəni 66,29%-i, 2009-2010-cu dərs ilində isə 1379 şagirddən 1356 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 983-ü, yəni 72,49%-i müvəffəqiyyət qazanmışdır. Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə görə də iki ilin müqayisəli təhlilini aparmaq olar.  

  (Cədvəli yülə)

Nadir MƏMMƏDOV,
Təhsil Nazirliyi Monitorinq
və qiymətləndirmə şöbəsinin

aparıcı məsləhətçisi

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - ¹50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov