Bu
günlərdə Naxçıvan Dövlət Universitetinin
incəsənət fakültəsinin I kurs tələbələri geniş
tamaşaçı auditoriyası qarşısında hesabat
konserti ilə çıxış etdilər. Konsert proqramında
dahi Azərbaycan bəstəkarları Üzeyir
Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin,
Vasif Adıgözəlovun və xarici bəstəkarlardan
Sergey Prokofyevin ölməz əsərləri peşəkar musiqi
sahəsində ilk addımlarını atan tələbə
tərəfindən məharətlə ifa olundu.
Konsertdən sonra tərbiyə işləri üzrə prorektor,
fəlsəfə elmləri doktoru Məmməd Rzayev
təəssüratlarını bölüşərək, universitetin
incəsənət fakültəsində istedadlı musiqiçi
kadrlarının yetişməsi üçün hərtərəfli şəraitin
olmasından danışdı. Qeyd olundu ki, elm, təhsil,
idman sahəsində Azərbaycanın aparıcı ali
məktəblərindən olan Naxçıvan Dövlət
Universitetində incəsənətin bütün istiqamətləri
üzrə irəliləyiş və inkişaf göz qabağındadır.
Prorektor, tələbələrin və onların üzərində
ciddi çalışan müəllimlərin işini yüksək
qiymətləndirərək onlara gələcəkdə böyük
səhnələri fəth etməyi arzu etdi.
Nərmin CƏFƏROVA |