Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Dekabr 2010 - ¹50

 

İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə

Bookmark and Share

Dekabrın 17-də AMİ-nin Ağcabədi filialında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yenicə çapdan çıxmış "Gorus - 2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirildi.

Tədbirdə filialın professor-müəllim və tələbə heyəti ilə yanaşı Ağcabədi Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin nümayəndələri də iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, professor X.Məmmədov akademik R.Mehdiyevin  "Gorus - 2010: absurd teatrı mövsümü" kitabı barədə dolğun, təfərrüatlı məruzə etdi.

Məruzəçi Ermənistanın üzdəniraq prezidenti S. Sarkisyanın erməni diasporunu təmsil edən jurnalistlərə verdiyi müsahibəsinə tutarlı cavab verən hörmətli akademikin sözügedən əsərinin yüksək məziyyətlərindən bəhs etdi. Bildirdi ki, S.Sarkisyanın sayıqlamalarının hər birinə elmi əsasla, ən ümdəsi, faktlar, arqumentlərlə cavab verən R.Mehdiyevin  mühakimələri qarşısında Ermənistan prezidentinin hərdəmxəyal düşüncələri olduqca cılızdır.

Məruzəçi erməni millətçilərinin tarixi saxtalaşdırma işində mahir fırıldaqçı olmalarından və qarşılarına çıxan bütün mədəni-tarixi abidələri amansız bir cəlladlıqla  məhv  etmələrindən də bəhs etdi. Akademik R. Mehdiyevin fikirlərini dəstəkləyən professor X.Məmmədov tarixin atası sayılan Herodotun yazdığı mənbələrdən bəhrələnərək, ermənilərin dünyaya səpələnməsini faktlarla sübuta yetirməyə çalışdı və bildirdi ki, tarixi faktlar erməni prezidentinin bütün iddialarını əsaslı şəkildə rədd edir. 

Məruzəsinin sonunda professor X.Məmmədov müəllifin bir fikrini diqqətə çatdırdı. Müəllif yazır: "Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır - nə 20 il bundan əvvəl, nə bu  gün, nə də 100 ildən sonra. Nə birbaşa, nə də qondarma "müstəqillik" sayəsində". Müəllifin bu fikrinə münasibət bildirən məruzəçi qeyd etdi ki, hörmətli akademikimizin söylədikləri tam reallıqdır. Çünki xalqımızın min illik qəhrəmanlıq tarixi, ər oğullarının rəşadəti, həmçinin bugünkü qüdrətli yeniləşən Azərbaycan və onun müdrik rəhbəri, Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin  məqsədyönlü siyasəti və dəyanəti bunu əminliklə deməyə əsas verir.

Məruzəçi sonda bildirdi ki, biz ziyalıların ən ümdə vəzifəsi nəinki xalqımızın tarixi keçmişini bilmək və ona sahib çıxmaq, eyni zamanda onu gələcək nəslə layiqincə çatdırmaq və vətənə layiqli vətəndaşlar tərbiyə etməkdir.

Sonra məruzə ətrafında çıxışlar dinlənildi.

Çıxış edənlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə kimi yüksək dəyərləndirdilər.

 
"Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - ¹50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov