Dekabrın 22-də Bakıdakı 182 nömrəli orta
məktəbdə Azərbaycanın vətənpərvər və qeyrətli
oğulları, Milli Qəhrəman Mübariz İbrahimov və
"İgidliyə görə" medalı ilə təltif edilmiş
(ölümündən sonra) baş leytenant Fərid Əhmədova
həsr olunmuş "Vətənin igidləri " adlı tədbir
keçirildi.
Şagirdlərin ifasında Dövlət himninin oxunması,
həmişə zirvələrdə dalğalanan üçrəngli bayrağın
gətirilməsi ilə başlanan gecədə təhsil ocağının
direktoru Zinyət Tağıyeva vətənpərvərlik
mövzusundan geniş danışaraq, şagirdlərə Mübariz
və Fərid kimi vətənini sevməyi, qorumağı tövsiyə
etdi. Bildirdi ki, Azərbaycan xalqı qəhrəman
oğullarını heç vaxt unutmayacaq və onları həmişə
qəlbində yaşadacaqdır.
Məktəbin 10-cu sinif şagirdi İnsaf İsayeva Milli
Qəhrəmanların həyat yolu və göstərdikləri
şücaətləri haqqında tədbir iştirakçılarına
məlumat verdi.
Şagirdlər Milli Qəhrəmanlara həsr olunan şeirlər
söyləyib, mahnılar ifa etdilər.
Tədbirdə iştirak edən qonaqlar da Mübariz və
Fəridin qəhrəmanlıq və igidliklərindən
danışdılar. Onlar belə tədbirlərin təhsil
ocaqlarında keçirilməsini müsbət
qiymətləndirdilər.
Gecə Milli Qəhrəmanlara həsr olunmuş filmin
nümayişi ilə başa çatdı.
R.RAMAZANOĞLU |