Təhsil
ocaqlarında şagirdlər İKT-dən səmərəli istifadə
edir, zəruri proqramlarla işləmə bacarıqları və
kompüterdən istifadə vərdişlərinə həvəslə
yiyələnirlər.
Bakıdakı 102 nömrəli orta məktəbin direktoru
Mayilə İsmayılova bildirdi ki, təhsil ocağında
iki kompüter otağı yaradılıb. İnformatika
otaqlarında bundan başqa 1 noutbuk, 6 proyektor
və 1 printer yerləşdirilib. Burada tədris zamanı
elektron dərsliklərdən istifadə olunması
şagirdlərin mövzuları daha dərindən
mənimsəmələrinə kömək edir. İnformatika
müəllimləri Gülnar Qarçıyeva və Adilə Sultanova
gərgin əmək sərf edərək şagirdlərə İKT-nin
sirlərini öyrədirlər.
210 nömrəli orta məktəbin direktoru Razim
Rəsulov qeyd etdi ki, cari tədris ilinin ilk
günlərindən müəllimlər şagirdlərdə bu fənnə
böyük maraq yaradıblar. Təhsil Nazirliyi
tərəfindən məktəbə 29 kompüter, 1 noutbuk, 2
printer, 1 proyektor verilib. Təhsil ocağında 2
kompüter otağı var. Şagirdlər informatika
dərslərində kompüterdən sərbəst istifadə edərək
sadə əməliyyatları yerinə yetirirlər. Dərslərdə
elektron dərsliklərdən geniş istifadə olunur.
Rəşad ZİYADOV |