Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

24 Dekabr 2010 - ¹50

 

M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib

Bookmark and Share

M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Toplantıda M.Lomonosov adına Moskva Dövlət Universitetinin, bu təhsil ocağının Bakı filialının, Prezident Administrasiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, ölkəmizin orta və ali məktəblərinin riyaziyyat müəllimləri iştirak etmişlər.

Müasir riyazi təhsilin problemləri yalnız peşəkar riyaziyyatçılara deyil, bütün cəmiyyətə aid olan məsələdir.

"Dəyirmi masa"nı bu sözlərlə açan M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bildirmişdir ki, tədbirin əsas məqsədi məsələ ilə bağlı fikir mübadiləsi aparmaq və orta məktəb şagirdlərinin riyaziyyat üzrə kreativ düşüncəyə yiyələnmələri üsullarını müzakirə etməkdir.

Riyaziyyatın XXI əsrdə əhəmiyyətini qeyd edən professor Nərgiz Paşayeva rəhbərlik etdiyi təhsil ocağında riyaziyyatın tədrisi və mənimsənilməsi ilə bağlı vəziyyətin 2009-2010-cu illərdə yaxşılaşdığını da qeyd etmişdir. Rektor Bakı filialında tədrisin peşəkar Rusiya mütəxəssisləri tərəfindən aparıldığını, burada lazımi biliklərin verildiyini diqqətə çatdırmışdır.

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fatma Abdullazadə riyaziyyatın cəmiyyət üçün vacibliyini vurğulamışdır. O, biliklərin yoxlanılmasında düzgün üsulların tətbiq edilməsinin vacibliyindən danışmışdır.

Maraqlı müzakirələrlə yadda qalan "dəyirmi masa"da Moskva Dövlət Universitetinin alimləri də bir sıra faydalı təkliflər irəli sürmüşlər. Onlar riyaziyyat üzrə qabiliyyətin 13-14 yaşında özünü büruzə verdiyini və həmin zaman şagirdi bu elmə yönəltməyin vacibliyini bildirmişlər. Moskvalı alimlər biliklərin müəyyən edilməsi zamanı test sisteminin üstünlükləri və çatışmazlıqlarına nəzər salmış, riyaziyyat üzrə ixtisaslaşmış məktəblərin şəbəkəsinin genişləndirilməsini təklif etmiş, mövcud riyazi analiz ilə yanaşı, riyazi sintezin yaranmasının da vacib olduğunu söyləmişlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ölkəmizdə abituriyentlərə təqdim edilən testlərdə riyaziyyatla bağlı yalnız biliklərin deyil, həm də qabiliyyətin yoxlanıldığını demişdir.

"Dəyirmi masa"da həm Azərbaycanda, həm də Rusiyada riyaziyyat məktəbinin gücləndirilməsinin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov müəllim-şagird münasibətləri barədə danışmış, orta təhsil məktəblərində yaxşı mütəxəssislərə tələbatın böyük olduğunu bildirmişdir.

Məktəblərdə tədris proqramı, onun günün tələblərinə cavab verməsi məsələsi də "dəyirmi masa"da geniş müzakirə olunmuşdur.

Tədbiri yekunlaşdıran MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva "dəyirmi masa"da iştirak edən hər bir şəxsin müzakirə edilən məsələ ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün əlindən gələni edəcəyini bildirmişdir. Rektor qeyd etmişdir ki, MDU-nun Bakı filialı həm yaxşı müəllim, həm də yaxşı şagirdlə əlaqə yaratmağa hər zaman açıqdır.

Moskva Dövlət Universiteti ali həndəsə və topologiya kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Sabir Hüseynzadə bildirmişdir ki, MDU-nun Bakı filialının yaradılması vaxtında atılmış addımdır. Bir vaxtlar əlaqələr qismən pozulmuşdu, amma Rusiya və Azərbaycan qonşu ölkələrdir və bu əlaqələr həmişə  olacaqdır.  Bakı  filialının  yaranması  çox  yaxşı məsələdir.

Onu da qeyd edək ki, noyabrın 24-də Tbilisidə tələbələr arasında proqramlaşdırma üzrə dünya çempionatının dörddəbir final mərhələsində MDU-nun Bakı filialının tətbiqi riyaziyyat fakültəsinin tələbələrindən ibarət komanda Azərbaycanı təmsil edən komandalar arasında ən yaxşı nəticə göstərərək, çempion adına layiq görülmüşdür. Tələbələri Moskva Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi İlya Qriqoryev hazırlamışdır. O, tələbələrin keçdiyi proqramın çox zəngin olduğunu bildirərək demişdir ki, bir mühazirə və onun mənimsənilməsi üçün iki yoxlama işi aparılır. Bizdə həm nəzəriyyə, həm də təcrübə eyni zamanda aparılır.

MDU-nun Bakı filialında Moskvadan gələn professorların iştirakı ilə şagirdlər üçün bazar günü məktəbləri də təşkil edilmişdir. Burada tədris pulsuzdur.  

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

24 Dekabr 2010 - ¹50

Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edilib
 
Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxıb
 
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi  təşkilatların Siyahısı"nı təsdiq edib
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilib
 
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq konfrans
 
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı
 
Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər və ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ilə bağlı mövcud vəziyyət
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında kimya fənni üzrə nəticələr barədə
 
Qəbələ rayonu ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
"Xaricdə təhsil" sərgisi
 
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilib
 
Versal Akademiyasının əməkdaşları AMİ-nin Qazax filialında olublar
 
"Açıq qapı - İnstitut günü"
 
Şərurun yeni və müasir tipli təhsil ocaqları
 
Akademik Abel Məhərrəmov Koreya Respublikasında səfərdə olub
 
İnformasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə
 
NDU-da beynəlxalq simpozium
 
Əməkdaşlıq müqaviləsi imzalanıb
 
Kamil alim, ustad müəllim, Vətənə bağlı ziyalı
 
Məktəbdə onlayn "Qaynar xətt" xidməti təşkil etmişik
 
Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısı
 
Şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" kurikulumun tələblərinə cavab verdi
 
Ədəbiyyat dərsliklərimiz
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
 
Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"
 
Öyrədənlər öyrədilir
 
"Birincilərin" hesabat konserti oldu
 
"Vətənin igidləri"
 
Ədəbi-bədii kompozisiya
 
Cəsur təyyarəçi, vətənpərvər gənc
 
Məktəblilərin idman uğurları
 
Dünya universitetləri: Uorvik Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov