Azərbaycanın
Aktaudakı baş konsulluğunun himayəsi və
"Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası
Assosiasiyası"nın (ABİA) maliyyə dəstəyi ilə
Azərbaycan Prezidenti Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan -
2003-2008: Zaman haqqında düşünərkən" kitabı
qazax dilində nəfis şəkildə çap olunmuşdur.
Kitabda Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev tərəfindən əsası qoyulmuş
müasir dövlətçiliyimizin möhkəmləndirilməsi
və inkişafı yolunda qazanılan uğurlar,
Azərbaycan Prezidenti İlham Əliyevin
apardığı uğurlu daxili və xarici siyasət
geniş şərh edilir.
Əsərdə Azərbaycanın müstəqilliyini bərpa
etdikdən sonra demokratiya, bazar
iqtisadiyyatına keçid, milli dövlətə çevrilmə
istiqamətində atdığı addımlar təhlil edilir,
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
güclü dövlətin yaradılması, iqtisadiyyatın
modernləşdirilməsi və azad vətəndaş cəmiyyətinin
qurulması sahəsində həyata keçirilən prinsiplər
əks etdirilir.
Kitabın Qazaxıstanın dövlət orqanları və
ictimaiyyət nümayəndələri arasında böyük maraq
kəsb edəcəyini nəzərə alaraq, onun Astana və
Aktau şəhərlərində təqdimatının keçirilməsi
nəzərdə tutulmuşdur.
Kitab Qazaxıstanın dövlət orqanlarına, ali
təhsil müəssisələrinə və kitabxanalara da təqdim
ediləcəkdir.
AzərTAc |