Bakıdakı 96 nömrəli orta məktəbin XI sinif
şagirdi Elmar Həsənov idmanın karate növü ilə 7
yaşından məşğul olur. O, ilk yarışlarına
2002-ci ildən başlayaraq 2003-cü ildə Bakı və
Respublika çempionu olub, beynəlxalq turnirə
vəsiqə qazanıb. Dəfələrlə Azərbaycan çempionu
olan Elmar 2003-cü ilin sonlarında Moskva
şəhərində 32 ölkənin nümayəndəsinin iştirakı ilə
keçirilən beynəlxalq turnirdə fəxri kürsünün ən
yüksək pilləsinə, I yerə çıxaraq ölkəmizi
layiqli təmsil edib.
O, 2007-ci ildə Sinqapur dünya çempionatında
III, Moskva şəhərində MDB ölkələri idmançıları
arasında keçirilən beynəlxalq turnirdə isə I
yerin sahibi olub. Yunanıstanda keçirilən dünya
çempionatında isə II yeri tutan E.Həsənov
ümumilikdə beynəlxalq turnirlərdə 6 dəfə çempion
adını qazanıb.
Təhsil ocağının digər şagirdi, 1993-cü il
təvəllüdlü Elgün Balakişiyev isə yunan-Roma
güləşi ilə uşaq yaşlarından məşğul olur.
"Təhsil" Respublika İdman Mərkəzinin güləş
bölməsinin yetirməsi olan Elgün Bakı
birinciliyində dəfələrlə yüksək yerləri tutaraq
Azərbaycan çempionatına vəsiqə qazanıb. O bu il
Azərbaycan çempionu olaraq beynəlxalq turnirə
vəsiqə əldə edib. Ən böyük arzusu ölkəmizi dünya
turnirində layiqli təmsil etmək və tanıtmaqdır.
Rəşad ZİYADOV |