İqtisadi durum, dövlətin təhsilə qayğısı
2010-cu hesabat ili dünya iqtisadiyyatında baş
vermiş qlobal maliyyə böhranının mənfi
nəticələrinin aradan qaldırılması istiqamətində
tədbirlərin görülməsi, əksər ölkələrdə iqtisadi
geriləmənin, əhalinin maddi gəlirlərinin
azalmasının, sosial sahədə vəziyyətin
pisləşməsinin, işsizlik səviyyəsinin
yüksəlməsinin davam etməsi ilə yadda qaldı.
Lakin böhran dövründə iqtisadi inkişaf tempini
qoruyub saxlaya bilən, son illərdə ümumi daxili
məhsulun əhəmiyyətli həcmdə artımını təmin edən,
əhalisinin maddi gəlirlərinin artımına və
beləliklə də ümumi rifah halının yüksəlməsinə
nail olmuş ölkələrdən biri olan Azərbaycan
Respublikası 2010-cu ildə də iqtisadi inkişaf
tempinə görə dünyada qabaqcıl ölkələrin
siyahısına daxil oldu. Bu, ölkəmizdə iqtisadi
sahədə həyata keçirilən siyasətin kifayət qədər
praqmatik və reallıqlara əsaslandığını, ən xırda
detallarına qədər uzaqgörənliklə düşünüldüyünü
bir daha göstərir.
Belə ki, iqtisadi sferada ölkə rəhbərliyi
tərəfindən həyata keçirilən son dərəcə
dəqiqliklə düşünülmüş siyasətin nəticəsidir ki,
digər dünya ölkələrində fəsadları hələ də davam
edən qlobal maliyyə böhranı Azərbaycan
iqtisadiyyatı üçün demək olar ki, təsirsiz
ötüşmüşdür.
Ölkə başçısı möhtərəm Prezident cənab İlham
Əliyev bununla bağlı demişdir:
"Son 7 il ərzində Azərbaycanda maaşlar və
pensiyalar orta hesabla 5-6 dəfə
artmışdır.Yoxsulluq 4 dəfə azalmışdır, 900 minə
qədər yeni iş yeri açılmışdır. Büdcə xərcləri 12
dəfə, hərbi xərclər təxminən 20 dəfə, valyuta
ehtiyatları 18 dəfə artmışdır. Bütün sosial
proqramlar uğurla icra edilir. Azərbaycanın
uğurlu iqtisadi inkişafı üçün bütün lazımi
tədbirlər görülür. Bu statistik göstəricilər
özlüyündə görülmüş işlərin əyani sübutudur".
Qeyd etmək lazımdır ki, bu gün ən prioritet sahə
hesab edilən təhsilə dövlətimiz tərəfindən böyük
diqqət və qayğı göstərilir və bu sferaya ayrılan
xərclər ildən-ilə əhəmiyyətli dərəcədə artır.
Bütün bunlar isə möhtərəm Prezidentimizin
səsləndirdiyi "Biz maddi dəyərlərimizi, iqtisadi
potensialımızı insan kapitalına çevirməliyik"
devizinin real həyatda öz əksini tapmasına bariz
nümunədir.
Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin
artım tempi
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən davam etdirilən və daim
təkmilləşən idarəetmə modelinin tətbiqi
nəticəsində dövlət büdcəsinin, həmçinin dövlət
büdcəsindən təhsilə ayrılan xərclərin həcmi
dinamik şəkildə artır. Bu dinamik inkişafı
aşağıdakı diaqramdan və cədvəldən daha aydın
görmək olar:
Dövlət büdcəsinin xərcləri və təhsilə ayrılan
xərclər, milyon manatla
|
illər |
dövlət büdcəsinin xərcləri,
mln.manatla |
təhsil xərcləri |
artım %-lə |
2003 |
1234.0 |
234.9 |
- |
2004 |
1501.0 |
294.1 |
25.2 |
2005 |
2140.7 |
372.5 |
26.7 |
2006 |
3789.7 |
479.1 |
28.6 |
2007 |
6059.5 |
723.0 |
51.0 |
2008 |
10774.2 |
979.7 |
35.5 |
2009 |
10503.9 |
1147.9 |
17.2 |
2010 (proqnoz) |
12275.3 |
1276.9 |
11.1 |
|
|
Cədvəldən göründüyü kimi, son 8 il ərzində
dövlət büdcəsindən təhsilə ayrılan xərclər
təxminən 6 dəfə artmışdır. Qeyd olunan artım
təhsilin bütün pillə və səviyyələrini əhatə
etmişdir. Belə ki, təhsil işçilərinin
əməkhaqları, tələbə və şagirdlərin təqaüdləri
artırılmış, təhsil müəssisələrinin maddi-texniki
bazası möhkəmləndirilmiş və təhsilin məzmununda
mühüm irəliləyişlər əldə edilmişdir.
Təhsil işçilərinin orta aylıq nominal əməkhaqqı
son 8 ildə 6,2 dəfə artmışdır. Bu isə təhsil
işçilərinin sosial vəziyyətinin
yaxşılaşdırılmasına dövlətin daim yüksək diqqət
və qayğı göstərməsinin təzahürüdür.
Son 8 il ərzində təhsil işçilərinin orta aylıq
nominal əməkhaqlarının artım tempini və
məbləğlərini aşağıdakı diaqram və cədvəldən daha
əyani şəkildə görmək olar:
Təhsil işçilərinin orta aylıq nominal
əməkhaqlarının artım tempi, manatla
|
illər |
orta aylıq nominal əməkhaqqı,
manatla |
artım %-lə |
2003 |
42.3 |
|
2004 |
51.3 |
21.3 |
2005 |
66.0 |
28.7 |
2006 |
87.0 |
31.8 |
2007 |
145.4 |
67.1 |
2008 |
214.4 |
47.5 |
2009 |
260.0 |
21.3 |
2010 |
265.2 |
2 |
|
|
Təhsilə ayrılan vəsaitlərin artımı həmçinin
təhsilin bütün səviyyələrində bir təhsilalana
düşən illik xərclərin də artmasına birbaşa
təsirini göstərmişdir. Bu artım son 3 ilin
timsalında aşağıdakı kimi olmuşdur:
|
təhsilin pillə və səviyyələri |
bir təhsilalana düşən illik
xərclər, manatla |
2008-ci il |
2009-cu il |
2010-cu il |
məktəbəqədər təhsil |
703 |
810 |
816 |
ümumi təhsil |
420 |
545 |
550 |
ilk peşə-ixtisas təhsili
|
943 |
1108 |
1133 |
orta ixtisas təhsili
|
566 |
741 |
750 |
ali təhsil |
986 |
1358 |
1548 |
|
|
Təhsil sahəsində həyata keçirilən dövlət
proqramları üzrə ayrılan vəsaitlər
Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin
artmasına rəğmən birbaşa Təhsil Nazirliyinə
ayrılan vəsaitlərin də həcmi aşağıdakı
diaqramdan göründüyü kimi son 8 ildə 15,6 dəfə
artmışdır.
Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin
tərkibində birbaşa Təhsil Nazirliyinə ayrılan
vəsaitlərin artım tempi, min manatla
Birbaşa Təhsil Nazirilyinə ayrılan vəsaitlərin
həcminin kəskin artması həmçinin son illərdə
təhsil sahəsində həyata keçirilən dövlət
proqramları ilə də əlaqədardır.
Qeyd etməliyik ki, möhtərəm Prezident İlham
Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda
iqtisadiyyatın müxtəlif sahələrində əldə olunan
uğurlarda dövlət proqramlarının rolu mühüm və
danılmazdır. Sirr deyil ki, məhz təhsildə son
illərdə əldə olunan uğurların əsas hissəsi bu
sahədə həyata keçirilən müxtəlif dövlət
proqramlarının nəticəsidir. Belə ki, hazırda
təhsil sahəsində dövlətin maliyyə təminatı
sayəsində 16 dövlət proqramı uğurla icra
edilir. Qeyd olunan dövlət proqramlarının,
həmçinin bir sıra xüsusi əhəmiyyətli tədbirlərin
adını və bu məqsədlə ayrılan vəsaitlərin həcmini
aşağıdakı cədvəldən görə bilərik:
Qeyd olunan dövlət proqramları hazırda ugurla
icra edilir və təhsilin keyfiyyətində müsbət
dəyişiklikərin əldə olunmasında mühüm rol
oynayır.
2011-ci ilə dövlət büdcəsi və təhsil xərcləri
Məlum olduğu kimi, "Azərbaycan Respublikasının
2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan
Respublikasının 2010-cu il 22 oktyabr tarixli
1093-IIIQ nömrəli Qanunu qüvvəyə minmişdir. Qeyd
olunan Qanuna əsasən Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsinin
gəlirləri 12061000,0 min manat, xərcləri
12748000,0 min manat (o cümlədən,
mərkəzləşdirilmiş gəlirləri 11613 958,2 min
manat, yerli gəlirləri 447041,8 min manat və
mərkəzləşdirilmiş xərcləri 11439980,0 min manat,
yerli xərcləri 1308020,0 min manat) məbləğində
təsdiq edilmişdir.
Beləliklə, 2011-ci ildə dövlət büdcəsinin
xərcləri 12.748,0 milyon manat
proqnozlaşdırılmışdır ki, bu da 2010-cu ilin
müvafiq göstəricisindən 472.7 milyon manat və ya
3,9% çoxdur.
2011-ci ildə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi
40.197,3 milyon manat proqnozlaşdırılır ki, bu
da 2010-cu ilin müvafiq göstəricisindən 2.185,2
milyon manat və ya 3,9% çoxdur.
Növbəti ilin dövlət büdcəsində xərclərin
istiqamətləri və bu xərclərin dövlət büdcəsinin
ümumi xərclərində xüsusi payı aşağıdakı kimi
olmuşdur:
2011-ci ilin dövlət büdcəsində xərclərin
istiqamətləri və bu xərclərin dövlət büdcəsinin
ümumi xərclərində xüsusu payı, %lə
2011-ci ilin dövlət büdcəsinin gəlirlərinin
hesablanmasında 1 barrel neftin qiyməti 60 ABŞ
dolları ilə nəzərə alınmışdır. 2011-ci ildə
inflyasiyanın orta illik səviyyəsinin isə cari
ildə olduğu kimi 5% olacağı proqnozlaşdırılır.
Yuxarıda göstərilən diaqramdan məlum olduğu
kimi, 2011-ci ilin dövlət büdcəsində təhsil
xərclərinin xüsusi payı 10,5 % olmaqla 1338163,1
min manat nəzərdə tutulmuşdur ki, bu da 2010-cu
illə müqayisədə 61308,1 min manat və ya 4,8%
çoxdur.
2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulan
təhsil xərclərinin strukturu aşağıdakı kimidir:
|
xərclərin strukturu |
xərclərin məbləği, manatla
|
təhsil xərclərində xüsusi payı,
%-lə |
məktəbəqədər və ibtidai təhsil
|
95 345 539,0 |
7,1 |
natamam və orta təhsil
|
758 312 224,0 |
56,7 |
internat və xüsusi məktəblər |
49 611 690,0 |
3,7 |
texniki peşə məktəbləri və
liseylər |
72 771 884,0 |
5,5 |
ali təhsil |
125 279 476,0 |
9,4 |
təhsil sahəsində tətbiqi
tədqiqatlar |
5 019 912,0 |
0,3 |
təhsil sahəsində digər xidmətlər
|
231 822 357,0 |
17,3 |
|
|
Qeyd etmək lazımdır ki, növbəti ilin büdcəsində
nəzərdə tutulan təhsil xərclərinin əsas hissəsi
əvvəlki illərdə olduğu kimi əməyin ödənişi ilə
bağlı olacaqdır. Bunu aşağıdakı diaqramdan daha
aydın görmək olar.
2011-ci ilin dövlət büdcəsində iqtisadi təsnifat
üzrə xərclərin strukturu
2011-ci ildə birbaşa Təhsil Nazirliyinə
"Təhsil" bölməsi üzrə 426.718,0 min manat
vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu
da təhsil xərclərinin 33,5%-ni təşkil etməklə,
2010-cu ilə nisbətən 24.678,6 min manat və ya
6,1 % çoxdur.
Tabelikdə olan və mərkəzləşmiş xərclərdən
maliyyələşən təşkilatların saxlanılması,
həmçinin dövlət proqramlarının icrası və s. ilə
bağlı Təhsil Nazirliyinə 2011-ci ildə ayrılması
nəzərdə tutulmuş 426.718,0 min manat vəsaitin:
- 271.105,4 min manatını və ya 63,5%-ni təhsil
işçilərinin əməkhaqqı, əməkhaqqına üstəliklər və
əməyin ödənişi ilə bağlı digər xərclər;
- 4.905,0 min manatını və ya 1,2 %-ini cari və
əsaslı təmir xərcləri;
- 55.971,5 min manatını və ya 13,1 %-ini təhsil
müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsinə yönəldilən xərclər;
- 13.851,3 min manatını və ya 3,3 %-ini kommunal
xərclər;
- 20.546,7 min manatını və ya 4,8 %-ini təqaüd
xərcləri və digər sosial müavinətlər;
- 21.403, 5 min manatını və ya 5 %-ini ərzaq
məhsullarının alınması xərcləri;
- 38.934,6 min manatını və ya 9,1%-ini sair
cari xərclər (dərmanların, sarğı
ləvazimatlarının, dəftərxana və təsərrüfat
mallarının alınması, mətbəə, mühafizə,
ezamiyyə, yanacaq, nəqliyyat xidməti, bank
xərcləri və sair xərclər) təşkil edir.
Təhsil sahəsində həyata keçirilən bir sıra
dövlət proqramlarının və xüsusi əhəmiyyətli
tədbirlərin icrası ilə bağlı Təhsil
Nazirliyinin 2011-ci ilə proqnozlaşdırılmış
büdcəsinin 11,1%-i həcmində və yaxud 47.392,3
min manat məbləğində vəsait nəzərdə
tutulmuşdur.
Həmin proqramların icrası və tədbirlərin həyata
keçirilməsi ilə bağlı 2011-ci ilə nəzərdə
tutulan vəsaitlər üzrə proqnoz göstəriciləri
aşağıdakı kimidir:
- 8.070,0 min manat respublikanın ümumi təhsil
məktəblərində oxuyan şagirdlərin pulsuz
dərsliklərlə təmin olunması üçün;
- 16.350,0 min manat Azərbaycan Respublikası
Prezidentinin 10 iyun 2008-ci il tarixli 2856
nömrəli Sərəncamı ilə təsdiq edilmiş
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı"nın icrası üçün;
- 257,0 min manat Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli
20 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların
təhsilinin təşkili üzrə İnkişaf Proqramı
(2005-2009-cu illər)"na əsasən nəzərdə tutulan
tədbirlər üçün;
- 704,0 "Sos Uşaq Kəndləri - Azərbaycan"
Assosiasiyası üzrə tədbirlərin icrası üçün ;
- 1.555,0 min manat Azərbaycan Respublikası
Prezidentinin 29 mart 2006-cı il tarixli 1386
nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı
Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası
üçün;
- 300,0 min manat yeni dərslik və dərs
vəsaitlərinin hazırlanması üçün;
- 9.174,0 min manat "Azərbaycan Respublikasında
məktəbəqədər təhsilin yeniləşdirilməsi
Proqramı"nın icrası üçün;
- 2.150,0 min manat məktəb kitabxanalarının
maddi-texniki bazasının möhkəmləndirilməsi və
müasir informasiya texnologiyaları ilə
təchizatına dair tədbirlər üçün;
- 1.698,0 min manat Azərbaycan Respublikası
Prezidentinin 03 iyul 2007-ci il tarixli 2282
nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Texniki
peşə təhsilinin İnkişaf Proqramı (2007-2012-ci
illər)"nın icrası üçün;
- 176,5 min manat Respublika Prezidentinin
müvafiq sərəncam və fərmanlarına əsasən gənc
istedadlara xüsusi təqaüdlərin ödənilməsi üçün;
- 1.000,0 min manat ilin ən yaxşı ümumi təhsil
məktəbi və ən yaxşı müəllim mükafatlarının
ödənilməsi üçün;
- 2.500,0 min manat ümumi təhsil məktəblərinə
tədris laboratoriya (fizika, kimya, biologiya)
avadanlıqlarının alınması üçün;
- 1.560,0 min manat "2009-2014-cü illərdə
Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət
Proqramı"nın icrası üçün;
- 1.900,0 min manat "2010-2013-cü illərdə
Azərbaycan Respublikasının orta ixtisas təhsili
sistemində islahatlar üzrə Tədbirlər
Proqramı"nın icrası üçün.
Ali təhsildə yeni maliyyələşmə mexanizminin
tətbiqinin mövcud vəziyyəti
Məlum olduğu kimi, ölkə Prezidentinin "Ali
təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə" 10 fevral
2010-cu il tarixli Fərmanına əsasən
2010-2011-ci tədris ilindən başlayaraq
Azərbaycan Respublikası ərazisində fəaliyyət
göstərən ali təhsil müəssisələrində dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin
dövlət sifarişi əsasında adambaşına
maliyyələşdirmə prinsipi əsasında həyata
keçirilməsinə başlanılmışdır.
Belə ki, Respublika Maliyyə Nazirliyinin müvafiq
əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
ərazisində fəaliyyət göstərən ali təhsil
müəssisələrində I kurs bakalavriat və
magistratura səviyyələri üçün dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşmənin dövlət sifarişi
əsasında həyata keçirilməsi məqsədilə cari ilin
sonunadək əlavə tələb olunan vəsaitin (2010-cu
ilin sentyabr-dekabr ayları üçün, illik məbləğin
3-dən biri həcmində) bölgüsü"nə əsasən Təhsil
Nazirliyi tərəfindən müvafiq məbləğlərdə
vəsaitlər dövlət sifarişi üzrə tələbə qəbul
etmiş ali məktəblərin hesabına köçürülmüş və bu
vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə
əlaqədar həmin ali məktəblərə tapşırıqlar
verilmişdir.
Hesab edirik ki, yeni maliyyələşdirmə
mexanizminin tətbiq edilməsi Azərbaycanın ali
təhsil sistemində yeni bir mərhələnin
başlanğıcıdır və əlbəttə ki, bu istiqamətdə
həyata keçirilən bütün tədbirlər ali təhsildə
keyfiyyətin yüksəldilməsinə yönəldilməlidir. Bu
səbəbdən qarşıya çıxan, həmçinin gözlənilən
problemlərin vaxtaşırı təhlil edilməsi və aradan
qaldırılması ən vacib şərtlərdən biridir.
Bu baxımdan 22 oktyabr 2010-cu il tarixdə Təhsil
Nazirliyində təhsil, maliyyə, iqtisadi inkişaf
nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədrinin, Respublika Nazirlər
Kabinetinin şöbə müdirinin, dövlət sifarişinin
yerinə yetirilməsində iştirak etmiş ali məktəb
rektorlarının və digər aidiyyəti şəxslərin
iştirakı ilə "Ali təhsildə yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət,
təkliflər və qarşıda duran vəzifələr" haqqında
keçirilmiş kollegiya iclasının mühüm əhəmiyyəti
olmuş və iclasda mövcud problemlərin aradan
qaldırılması ilə bağlı aşağıdakı təkliflər geniş
şəkildə müzakirə olunmuşdur:
- Dövlət sifarişi əsasında təhsil alanlar üçün
müəyyənləşdirilmiş xərc məbləğinin artırılması;
- Paytaxtdan kənarda yerləşən ali məktəblər üçün
dövlət sifarişi ilə müsabiqə balının ayrıca
müəyyənləşdirilməsi;
- Dövlət əhəmiyyətli ixtisaslara dövlət sifarişi
ilə qəbul zamanı müsabiqə ballarının
müəyyənləşdirilməsinə fərdi yanaşılması;
- Ayrı-ayrı ali məktəblərə qəbul planı
müəyyənləşdirilərkən əvvəlki ilin qəbulunun
nəticələrinin nəzərə alınması;
- Ali məktəblərin ayrı-ayrı ixtisaslarına
ödənişli əsaslarla qəbul olunan tələbələrin
təhsil haqqı məbləğinin həmin ixtisasa dövlət
sifarişi üzrə təsdiq olunmuş xərc məbləğinin
60%-dən az olmayaraq müəyyənləşdirilməsi;
- Ali məktəblərin bəzi ixtisaslarına olan
inhisarçılığın aradan qaldırılması;
- Ödənişli əsaslarla qəbul olan məcburi köçkün
və qaçqın statuslu tələbələrin təhsil
haqlarının müvafiq qaydada kompensasiya
edilməsi;
- Dövlət sifarişi üzrə qəbulda müsabiqə
ballarının ixtisas qrupları üzrə deyil, eyni
yönümlü ixtisaslar üzrə müəyyənləşdirilməsi
(məsələn, kənd təsərrüfatı, texnologiya, neft,
aviasiya və s.);
- Özəl ali məktəblərin dövlət sifarişində
iştirakının stimullaşdırılması;
- Büdcədənkənar vəsaitlərin 4 xərc maddəsi üzrə,
gələcəkdə isə ümumi məbləğ səviyyəsində
planlaşdırılması, ilin sonuna qalan vəsaitlərin
növbəti ilə keçirilməsi və bu vəsaitlərin
xərclənilməsində ali məktəblərin
səlahiyyətlərinin artırılması.
Ödənişli əsaslarla qəbul olunan və Prezidentin
müvafiq Sərəncamı əsasında təhsil haqlarından
azad olunan məcburi köçkün və qaçqın statuslu
tələbələrin təhsil xərclərinin kompensasiya
olunması ilə bağlı kollegiyada müzakirə olunan
təkilfə Respublika Maliyyə Nazirliyi tərəfindən
müsbət yanaşılmış və bu xərclərin büdcədən əlavə
olaraq ödənilməsi qərara alınmışdır. Bununla
bağlı Respublika Maliyyə Nazirliyinin rəsmi
müraciətinə əsasən hər bir dövlət ali məktəb
üzrə məlumatlar Respublika Maliyyə Nazirliyinə
təqdim olunmuşdur. Bu problemin həlli ali
məktəblərin maliyyə cəhətdən vəziyyətinin qismən
də olsa yaxşılaşmasına səbəb olacaqdır.
Bundan əlavə, kollegiya iclasında müzakirə
olunmuş təkliflərin əsaslandırılmış şəkildə
hökumətə təqdim edilməsi ilə əlaqədar Təhsil,
Maliyyə, İqtisadi İnkişaf nazirliklərinin və
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
mütəxəssislərindən ibarət işçi qrupunun
yaradılması qərara alınmışdır və bununla bağlı
hazırda təşkilati işlər görülür.
Bundan əlavə, cari ilin dekabrın 3-də Təhsil və
Maliyyə nazirliklərinin məsul əməkdaşlarının
iştirakı ilə "Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiqi, qarşıya çıxan
problemlər, onların həlli yolları və təkliflər"
mövzusunda 2010-2011-ci tədris ilində dövlət
sifarişinin yerinə yetirilməsində iştirak etmiş
ali məktəblərin baş mühasiblərinin
seminar-müşavirəsi keçirilmişdir.
Seminar-müşavirədə ölkə Prezidentinin "Ali
təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə" 10 fevral
2010-cu il tarixli Fərmanına əsasən Respublika
Maliyyə Nazirliyinin bilavasitə dəstəyi ilə
görülən konkret işlər barədə məlumatlar təqdim
olunmuş,"Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 25 iyun 2010-cu il tarixli, 120
nömrəli Qərarı ilə təsdiq olunmuş bir sıra
qaydaların və sənədlərin tələblərinin baş
mühasiblər tərəfindən öyrənilməsinin zəruriliyi
diqqətə çatdırılmış, Respublika Maliyyə
Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası ərazisində fəaliyyət
göstərən ali təhsil müəssisələrində I kurs
bakalavriat və magistratura səviyyələri üçün
dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşmənin dövlət sifarişi əsasında həyata
keçirilməsi məqsədilə cari ilin sonunadək əlavə
tələb olunan vəsaitin (2010-cu ilin
sentyabr-dekabr ayları üçün, illik məbləğin
3-dən biri həcmində) bölgüsü"nə əsasən Təhsil
Nazirliyi tərəfindən müvafiq məbləğlərdə ali
məktəblərin hesablarına köçürülmüş vəsaitlərin
təyinatı üzrə xərclənilməsi ilə əlaqədar baş
mühasiblərin qarşısında duran vəzifələrdən söz
açılmış və onlara bir sıra tapşırıq və
tövsiyələr verilmişdir.
Seminar-müşavirədə ali məktəblərə dövlət
sifarişi üzrə kadr hazırlığı ilə əlaqədar
köçürülmüş vəsaitlərdən daha səmərəli istifadəni
təmin etmək məqsədilə bu vəsaitlərin ilin
sonunda büdcəyə silinməməsi ilə bağlı təkliflər
müzakirə edilmiş və bu məsələ artıq Maliyyə
Nazirliyi tərəfindən müsbət həll edilmişdir.
Bütün qeyd edilənlər və ölkəmizdə hazırda baş
verən sürətli və davamlı sosial-iqtisadi inkişaf
Azərbaycanın seçdiyi və əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş
iqtisadi inkişaf yolunun kifayət qədər düzgün
müəyyən olunmasını və bu yolun möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən layiqli
şəkildə davam etdirilməsini bir daha sübut edir
və qarşıdakı dövr ərzində də ölkəmizin həm
təhsil, həm də digər sahələrdə yeni uğurlar
qazanacağını qətiyyətlə deməyə əsas verir.
Şahrza ƏLİYEV,
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru |