Azərbaycan Diplomatik Akademiyasında (ADA)
xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü
illik seminarı keçirilir.
ADA-dan AzərTAc-a bildirmişlər ki, seminarda
xarici universitetlərdə sosial elmlərin müxtəlif
sahələri üzrə elmi tədqiqatla məşğul olan 23
azərbaycanlı fəlsəfə doktoru və namizəd iştirak
edir. Onlar dünyanın 14 aparıcı universitetində
təhsil alırlar.
Akademiyanın rektoru Hafiz Paşayev bildirmişdir
ki, xaricdə təhsil alan azərbaycanlı fəlsəfə
doktorlarının ölkəyə qayıtması həm elmin, həm də
təhsil sisteminin inkişafına böyük töhfələr
verəcəkdir.
Seminarda iştirak edən təhsil naziri Misir
Mərdanov demişdir ki, Azərbaycanda elm və
tədrisin dünya standartlarına çatdırılması
ölkənin prioritet vəzifələrindən biridir.
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı
Fondunun icraçı direktoru Elçin Babayev isə qeyd
etmişdir ki, seminara qatılan doktorantlar
müəyyən müddətdən sonra təkcə tədrisə deyil,
elmin inkişafına da yardımçı olacaqlar. Fond
indidən bu gənclərlə əməkdaşlıq qurmaqda
maraqlıdır.
AzərTAc |