Mayın 18-də Azərbaycan Texniki Universitetində
xalq şairi, əməkdar incəsənət xadimi, Milli
Aviasiya Akademiyasının kafedra müdiri,
professor Nəriman Həsənzadə ilə görüş
keçirildi. Tədbiri universitetin rektoru,
professor Havar Məmmədov açaraq şairin həyat
yolu, zəngin yaradıcılığı barədə ətraflı məlumat
verdi. Rektor görkəmli şairin Azərbaycan
ədəbiyyatına, xüsusən poeziyamıza verdiyi
töhfələri yüksək dəyərləndirdi. Şairin 80-ci
illərdə qələmə aldığı "Nəriman" poemasını və
"Atabəylər" dramını müasir Azərbaycan
ədəbiyyatında tarixi hadisə kimi qiymətləndirdi.
Sonra Milli Aviasiya Akademiyasının kafedra
müdiri, hüquq elmləri doktoru, professor İbrahim
Quliyev, Azərbaycan Dövlət İqtisad
Universitetinin kafedra müdiri, professor
Maarifə Hacıyeva, şair Ramiz Məmmədzadə,
"Azərbaycan Cümhuriyyəti" qəzetinin redaktoru
Ramin Qurban çıxışlarında Nəriman Həsənzadənin
yaradıcılığında Azərbaycan xalqının tarixinin,
mədəniyyəti və incəsənətinin təbliğinə geniş yer
verildiyini vurğuladılar.
Xalq şairi N.Həsənzadə tələbələrin suallarını
ətraflı cavablandırdı və lirik şeirlərini
oxudu.
Görüş tələbələrin şairin şeirləri əsasında
hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa
çatdı.
Sifai SƏFƏROVA |