Orta
ümumtəhsil məktəblərində İKT-dən istifadə
genişləndiyindən şagirdlərdə informasiyalaşmış
cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla
işləmə bacarıqları və kompüterdən istifadə
vərdişləri xeyli artmışdır.
229 nömrəli orta məktəbin direktoru Fəridə
Bağırova bildirdi ki, rəhbərlik etdiyi təhsil
müəssisəsində iki kompüter otağı yaradılıb.
Tədris zamanı şagirdlərdə ətraf aləmi
informasiya baxımından təhlil və qərar qəbul
etmək bacarıqlarının formalaşdırılmasına ciddi
diqqət yetirilir. Hazırda I və II siniflərdə
oxuyan şagirdlər informatika müəllimləri Bahar
Bayramova və Sultanə Qurbanovanın gərgin əməyi
sayəsində İKT-nin sirlərinə həvəslə
yiyələnirlər.
242 nömrəli orta məktəbin direktoru Akif Rəsulov
isə qeyd etdi ki, cari tədris ilinin
əvvəlindən I və II siniflərin informatika
müəllimi Saçlı Əhmədova ilk gündən şagirdlərdə
bu fənnə qarşı böyük maraq oyadıb. Şagirdlər
artıq kompüterlə sərbəst davranır və onda lazımi
əməliyyatları yerinə yetirirlər. Həm də
şagirdlərdə alqoritmik təfəkkür elementlərinin
yaradılması və kompüter texnikasından istifadə
etmək qabiliyyətinin formalaşdırılmasına nail
olunur.
Şakir CƏFƏROV |