Bakıda Azərbaycan Dövlət İqtisad Universitetinin
təşkilatçılığı ilə keçirilən İslam Dünyası
Universitetləri Federasiyasının V baş konfransı
başa çatmışdır.
Konfransda İslam ölkələri universitetlərində
qazanılan təcrübə və nailiyyətlər, son üç ildə
İslam Dünyası Universitetləri Federasiyasının
təhsilin inkişafı üzrə həyata keçirdiyi
layihələr barədə məlumat verilmiş, müzakirələr
aparılmış, qarşıda duran vəzifələr diqqətə
çatdırılmışdır.
Azərbaycan Dövlət İqtisad Universiteti ilə
Səudiyyə Ərəbistanının Al-İmam Muhammad İbn Saud
İslam Universiteti arasında əməkdaşlığa dair
niyyət memorandumu imzalanmışdır.
İslam Dünyası Universitetləri Federasiyasının üç
ildən sonra keçiriləcək növbəti VI baş
konfransının Səudiyyə Ərəbistanının Mədinə
şəhərində təşkil olunması nəzərdə tutulur.
Qurumun Bakıda keçirilən V baş konfransında
Azərbaycan, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir,
İran, Küveyt, Pakistan, Malayziya və digər
ölkələrin universitetlərinin rektorları iştirak
etmişlər. |