Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

21 May 2010 - ¹19

 

Pedaqoji fakültənin tələbələri üçün fiziki tərbiyədən ilk dərs vəsaiti

Bookmark and Share

Dahi öndərimiz Heydər Əliyev gənc nəslin sağlam və gümrah böyüməsini həmişə diqqət mərkəzində saxlamış, bu işdə bədən tərbiyəsi və idmanın əvəzedilməz vasitə olduğunu dəfələrlə qeyd etmişdir. Heydər Əliyev bu münasibətlə demişdir: "Böyüməkdə olan nəslin fiziki inkişafına daha çox diqqət verilməli, bədən tərbiyəsinin tədrisini yaxşılaşdırmalı, hər bir məktəbdə səmərəli idman məşğələləri üçün şərait yaradılmalı, uşaqlar fiziki cəhətdən hər vasitə ilə möhkəmləndirilməli, onların sağlamlığına düzgün qayğı göstərilməlidir".

Bu tövsiyələrin həyata keçirilməsində öyrənənlərin məqsədyönlü və nəticəyönümlü hərəki bilik, bacarıq və vərdişlərə yiyələnməsi də vacib şərtlərdəndir. Tələbə gənclərin fiziki tərbiyəyə, idmana, tibbə, gigiyenaya və s. dair müvafiq biliklərə yiyələnməsində, onlara bacarıq və vərdişlərin aşılanmasında dərslik, dərs vəsaitləri və metodik işləmələr mühüm əhəmiyyət kəsb edir.

Fiziki tərbiyə sahəsində onlarla dərs vəsaiti, proqram və metodik işləmələrin müəllifi, məktəbşünas-alim Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqoji elmlər namizədi Baloğlan Quliyevin "Fiziki tərbiyənin nəzəri-metodik və praktik işlərinin əsasları" adlı dərs vəsaitinin işıq üzü görməsi bu baxımdan yerinə düşmüşdür (Elmi redaktor: Professor M.Nəsrullayev, rəyçilər: redaqoji elmlər doktoru, professor F.Rüstəmov, professor R.Əliyev, dosentlər: A.Əmiraslanov, Ə.Mehdiyev). Həmin dərs vəsaiti pedaqoji fakültələrin "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üçün nəzərdə tutulmuş və Təhsil Nazirliyinin Elmi-Metodiki Şurası tərəfindən təsdiq edilmiş "Fiziki tərbiyə və onun tədrisi metodikası" proqramı əsasında hazırlanmışdır. Vəsaitdə mövzu üzrə plan, istifadə olunacaq ədəbiyyat, yoxlama-test sualları, nəhayət yaradıcılıq işi üçün təxmini mövzular da müəyyənləşdirilmişdir. Mətnlərin uzun illərdən bəri aparılmış tədqiqatlara, qabaqcıl sinif müəllimlərinin təcrübəsinə və şəxsi təcrübəyə əsaslanaraq işlənməsi nəzəriyyə ilə təcrübənin əlaqəsindən xəbər verir.

Müəllifin 40 ildən artıq bir müddətdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Üenidən Nazırlanma, Azərbaycan Müəllimlər institutlarında  kurslarda mütəxəssislərə və sinif müəllimlərinə, eləcə də bakalavr və magistratura pillələrində gələcək sinif müəllimlərinə oxuduğu mühazirələr, apardığı seminar, laborator və praktik məşğələlər zamanı qazanılmış nəzəri-metodik təcrübə dərs vəsaitinin lazımi səviyyədə hazırlanmasında əhəmiyyətli rol oynamışdır.

Kitabda fiziki tərbiyənin müxtəlif ictimai quruluşlarda inkişaf tarixinə, milli fiziki tərbiyə sisteminə, anlayışlara, onun təlim prosesinin elmi-nəzəri əsaslarına, prinsip və metodlarına, bədən tərbiyəsi dərslərinin, sinifdənxaric və məktəbdənkənar işlərin təşkili və keçirilməsinə nəzər salınır. Sağlamlığında qüsuru olan şagirdlərin və azkomplektli məktəblərin, ailədə uşaqların fiziki tərbiyəsi şərh edilir, bu sahədə aparılan əlbir işin məzmunu, mahiyyəti, təşkili formaları tədqiq olunur.

Dərs vəsaiti 3 bölmədən və 10 fəsil

dən ibarətdir. I bölmədə Azərbaycanda bədən tərbiyəsi və idmanın qədim zamanlarda, sovet hakimiyyəti və müstəqillik illərində inkişafına diqqət yetirilir, bu gününə, gələcək inkişaf perspektivinə nəzər salınır. Nabelə olimpiya oyunlarında idmançılarımızın iştirakı və nailiyyətləri barədə məlumat verilir, milli fiziki tərbiyə sisteminin mahiyyəti, quruluşu və başlıca istiqamətləri şərh olunur. Bölmədə ibtidai sinif şagirdlərinin fiziki tərbiyə prosesinin elmi-pedaqoji-psixoloji, fizioloji əsasları, məqsədi, vəzifələri və vasitələri də yer alıb. Təlim prinsip və metodlarından səmərəli istifadə imkanları, onların əlaqəli və həm də fəal metodların tətbiqi yolları nümunələr əsasında əyaniləşdirilir. Təhsil, təlim, tərbiyə və bədən tərbiyəsindən anlayışlara aid Azərbaycan və xarici pedaqoqların münasibətləri təhlil edilir və ümumiləşdirilir.

Fiziki tərbiyə işlərinin əsas təşkili forması olan bədən tərbiyəsi dərslərinin təşkili və keçirilməsinin mühüm komponentləri, xüsusən, dərsin xüsusiyyətləri, məqsədi, vəzifələri, quruluşu, hissələri, təşkili formaları, intensivliyi, fiziki yük, ev tapşırıqları, kurikulum hərəki normativləri üzrə nəticənin hesablanması, məşğələ yerinin düzəldilməsi, ləvazimat və avadanlıqla təchizi və s. də bu bölmədə öz əksini tapıb.

2-ci bölmədə proqram üzrə öyrədilən hərəkət növlərinin xüsusi metodikasından bəhs olunur. İlk növbədə, əsas biliklərin mahiyyəti, məzmunu, onun mənimsədilməsinin optimal yolları araşdırılır, fiziki tərbiyə məşğələsində baş verə biləcək zədələnmə və yaralanma zamanı ilk tibbi yardım və təhlükəsizlik qaydaları göstərilir. Bundan əlavə, ibtidai məktəb proqramı çərçivəsində gimnastika, atletika, rəqs hərəkətləri, kross hazırlığı və mütəhərrik oyunların, üzgüçülüyün təlimi metodikasının izahı verilir.

3-cü bölmədə isə şagirdlərin tədris-hərəki gün rejimindən səhər gigiyenik gimnastikası, bədən tərbiyəsi dəqiqəsi, fasilələrdə əyləncə və oyunların, idman bölmələrinin təşkili metodikası təqdim olunur. Eyni zamanda uşaq-gənclər idman məktəbində, uşaq yaradıcılıq birliyi və mədəniyyət evlərində, istirahət və milli parklarda, mənzil-istismar sahələrində, bələdiyyə idarələrində fiziki tərbiyə tədbirlərinin məqsədi, məzmunu və keçirilməsinin əsasları açıqlanır. Bu bölmədə, eləcə də şagirdlərin fiziki tərbiyəsində məktəbin ailə və ictimaiyyətlə birgə işinə, ailədə uşaqların fiziki tərbiyəsinə xüsusi yer ayrılmışdır.

Dərs vəsaitində pedaqoji fakültənin tələbələri və sinif müəllimlərinə kömək məqsədilə I-IV siniflər üçün mütəhərrik oyunlar, dərs nümunələri və onun icmal formalarının verilməsi nəşrin rraktik dəyərliliyini xeyli artırır. Dərs vəsaiti tələbələr və müəllimlər üçün əhəmiyyətlidir.

Ü.ƏLİÜEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

21 May 2010 - ¹19

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ə.A.Əsgərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ümumtəhsil məktəblərində "Son zəng" tədbirinin  keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi 
 
İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransı başa çatdı
 
Bakı Dövlət Universitetində Atatürkün xatirəsi anılıb
 
Şirvan şəhərindəki məktəblilərə dərsliklər paylanıb
 
"Elektron təhsil" respublika müsabiqəsinə 347 layihə təqdim olunub
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 1003 müraciət daxil olub
 
Tovuzda yeni məktəb binası inşa olunur
 
"Gənclik - bərabər imkanlar" layihəsi çərçivəsində debat keçirilib
 
Mayın 20-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ali təhsil nazirinin birinci müavini  Məhəmməd Cabir Əbu Ali, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqədir Mənsur və Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Darvişlə görüşüb.
 
İKT üzrə təlimlərə dair təqdimat
 
Bakı təhsilinə həsr olunmuş ilk sərgi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Braziliyada təhsil
 
Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırıldılar
 
Beynəlxalq maliyyə hesabatları standartları ilə bağlı təlimlərə başlanıldı
 
ADU Norveçin Aqder Universiteti ilə əlaqələrini genişləndirir
 
Əcnəbi mütəxəssis tələbə və müəllimlər üçün təqdimat keçirib
 
Xarici tələbələrin məzun günü qeyd olundu
 
Qabaqcıl təhsil işçisi
 
Azərbaycanda jurnalistika tədrisinin inkişafına dair beynəlxalq konfrans
 
Azərbaycan Müəllimlər İnstitutu Fransadan əlavə təhsil sistemini öyrənir
 
Müəllim nüfuzuna həsr olunmuş mətbuat konfransı
 
Pedaqoji fakültənin tələbələri üçün fiziki tərbiyədən ilk dərs vəsaiti
 
Əməkdar müəllim
 
Yeni təlim metodları dərsin səmərəliliyini artırır
 
Blaband kənd məktəbində bir muzey var
 
Zəngilan məktəbində Milli Qəhrəmanla görüş
 
Beynəlxalq musiqi müsabiqəsinin qalibi
 
İbtidai siniflərdə şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
Xalq şairi Nəriman Həsənzadə ilə görüş
 
Uşaqlara həsr olunmuş kitab
 
Futbol üzrə III respublika çempionatının açılış mərasimi
 
Dünya universitetləri: Fransa Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov