Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin "Qəza vəziyyətində olan ümumtəhsil
məktəb binalarının yenidən qurulması işinin
davam etdirilməsi barədə" 2009-cu il 23 iyun
tarixli Sərəncamına uyğun olaraq Tovuz rayonunun
Yanıqlı kənd orta məktəbi üçün 360 yerlik yeni
bina inşa olunur.
Rayon təhsil şöbəsindən bildirmişlər ki, məktəb
binası yeni dərs ilində istifadəyə veriləcəkdir.
Son illərdə rayonda 2 min 704 yerlik 7 məktəb
binası tikilərək istifadəyə verilmişdir. |